ABŞ-da koronavirusa yoluxma sayında yeni dünya rekordu qeydə alındı

DÜNYA
19:00 11.01.2022
293
Son sutka ərzində ABŞ-da koronavirusa azı 1,13 milyon yeni yoluxma halı qeydə alınıb.

Bu, yeni dünya rekordudur. ABŞ-ın heç də bütün ştatlarının yoluxma ilə bağlı hesabatı açıqlamaması bu göstəricinin daha böyük olacağından xəbər verir.

Məlumata görə, xəstəxanaya yerləşdirilənlərin sayında da rekord qeydə alınıb. Belə ki, ötən gün ərzində 135 500 xəstəxana yerləşdirilib.

Qeyd edək ki, Con Hopkins universitetinin məlumatına görə, ABŞ-da koronavirusa yoluxanların sayı 60 milyol nəfəri ötüb. Virusa yoluxmuş 837 min nəfər vəfat edib.

OXŞAR XƏBƏRLƏR