ABŞ səfirliyi vətəndaşlarını İranı Azərbaycan sərhədləri vasitəsilə tərk etməyə çağırıb

ABŞ səfirliyi vətəndaşlarını İranı Azərbaycan sərhədləri vasitəsilə tərk etməyə çağırıb
SİYASƏT
21:44 15.06.2025
987
ABŞ-nin İrandakı virtual səfirliyi öz vətəndaşlarını İranı tərk etməyə çağırıb.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bu barədə virtual nümayəndəliyin veb-saytında bildiriş dərc edilib.

"ABŞ vətəndaşları heç bir səbəbdən İrana səfər etməməli və əgər oradadırlarsa, dərhal İranı tərk etməlidirlər. İranı tərk edə bilməyən ABŞ vətəndaşları uzun müddət ərzində sığınacaqda qalmağa hazır olmalıdırlar”, – bildirişdə qeyd olunub.

Xatırladılıb ki, Vaşinqtonun Tehranla diplomatik və ya konsulluq əlaqələri yoxdur, ABŞ-nin maraqlarını qoruyan tərəf kimi isə İsveçrə çıxış edir.

Səfirlik vətəndaşlarına İranı Azərbaycan, Ermənistan və ya Türkiyə sərhədindən keçərək tərk etməyi təklif edib.

"Azərbaycanın quru sərhədləri bağlı qalır, lakin ABŞ vətəndaşları xüsusi icazə ilə 15 iyun tarixində Astara sərhəd-keçid məntəqəsindən Azərbaycana daxil ola bilərlər”, – virtual nümayəndəlik bildirib.

Qeyd olunub ki, amerikalılar Astara sərhəd-keçid məntəqəsinə yollanmazdan əvvəl Azərbaycan hökumətindən icazə almalıdırlar. "ABŞ-nin Bakıdakı səfirliyi bunu təşkil etməlidir”, – bildirişdə vurğulanıb.

Nümayəndəlik bildirib ki, Azərbaycana keçmək istəyən vətəndaşları ABŞ-nin Bakıdakı səfirliyi ilə əlaqə saxlamalıdırlar.

Xatırladaq ki, xarici vətəndaşların öz ölkələrinə qayıtması üçün Astara sərhəd-keçid məntəqəsindən keçmələrinə şərait yaradılıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Əlcəzairdə yol qəzası olub, 25 nəfər ölüb
19:10 31.07.2026
Əlcəzairdə yol qəzası olub, 25 nəfər ölüb
Tramp Seutadakı miqrant böhranını ABŞ-ın gələcəyi ilə müqayisə etdi
18:58 31.07.2026
Tramp Seutadakı miqrant böhranını ABŞ-ın gələcəyi ilə müqayisə etdi
Xəzər rayonunda 45 kiloqram narkotik vasitə aşkarlandı
18:42 31.07.2026
Xəzər rayonunda 45 kiloqram narkotik vasitə aşkarlandı
Küveyt İranın pilotsuz uçuş aparatlarını vurduğunu açıqladı
18:26 31.07.2026
Küveyt İranın pilotsuz uçuş aparatlarını vurduğunu açıqladı
Bu nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
18:10 31.07.2026
Bu nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
Azərbaycan–Qırğızıstan əlaqələri: Orta Dəhlizdən QHT əməkdaşlığınadək
18:02 31.07.2026
Azərbaycan–Qırğızıstan əlaqələri: Orta Dəhlizdən QHT əməkdaşlığınadək
Ramiz Mehdiyevin ailəsinə məxsus bankın lisenziyası ləğv edildi
17:54 31.07.2026
Ramiz Mehdiyevin ailəsinə məxsus bankın lisenziyası ləğv edildi
Birinci xanımlar reabilitasiya mərkəzi ilə tanış olublar - FOTOLAR
17:46 31.07.2026
Birinci xanımlar reabilitasiya mərkəzi ilə tanış olublar - FOTOLAR
Telefon almazdan əvvəl bunu bilin: Hansı markalar daha etibarlıdır?
17:29 31.07.2026
Telefon almazdan əvvəl bunu bilin: Hansı markalar daha etibarlıdır?
İspaniya Baş naziri: Sebteyə miqrant axını ərazi bütövlüyümüzə təhdiddir
17:25 31.07.2026
İspaniya Baş naziri: Sebteyə miqrant axını ərazi bütövlüyümüzə təhdiddir
Qırğızıstanda “Baku Resort & Spa” açıldı - FOTOLAR
17:14 31.07.2026
Qırğızıstanda “Baku Resort & Spa” açıldı - FOTOLAR
HƏMAS: Qəzzada hərtərəfli atəşkəs razılaşmasını qəbul etmişik
16:58 31.07.2026
HƏMAS: Qəzzada hərtərəfli atəşkəs razılaşmasını qəbul etmişik
Rusiya və Ukraynada oxuyan tələbələr Azərbaycan universitetlərinə köçürülə bilər?- AÇIQLAMA
16:41 31.07.2026
Rusiya və Ukraynada oxuyan tələbələr Azərbaycan universitetlərinə köçürülə bilər?- AÇIQLAMA
TuranBank Enerji Effektivliyi Fondu vasitəsilə güzəştli kreditlərin verilməsinə başladı
16:26 31.07.2026
TuranBank Enerji Effektivliyi Fondu vasitəsilə güzəştli kreditlərin verilməsinə başladı
150 balla qəbulu mümkün olan ixtisasların sayı artırılıb
16:14 31.07.2026
150 balla qəbulu mümkün olan ixtisasların sayı artırılıb
Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir
16:04 31.07.2026
Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir