AZXEBER.COM xəbər verir ki, səfirliyin "X” səhifəsində yaydığı məlumatda ABŞ vətəndaşlarına ehtiyatlı olmağı, uçuşların ləğvi və hava məkanının vaxtaşırı bağlanması ehtimalına hazır olmalarını tövsiyə edilib.
"ABŞ vətəndaşları ayıq-sayıq olmalıdır. ABŞ maraqlarının və ya şirkətlərinin indiyədək hər hansı ölkədə hədəfə alınmaması gələcəkdə də təhlükəsiz olacaqları anlamına gəlmir", – deyə səfirliyin xəbərdarlığında vurğulanıb.
Açıqlamada qeyd olunub ki, İran son vaxtlar regionda əvvəlcədən xəbərdarlıq etmədən və təxribat olmadan hücumlar həyata keçirib, həmçinin hücumlarının coğrafiyasını əvvəllər hədəf alınmayan ərazilərə, o cümlədən Misirə qədər genişləndirib.
//apa










































