Abşeronda 33 yaşlı kişi bıçaqlandı

Abşeronda 33 yaşlı kişi bıçaqlandı
SOSİAL
23:13 22.06.2021
380
Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.

AZXEBER.COM-un məlumatına görə, hadisə Müşfiqabad qəsəbəsində qeydə alınıb.

1988-ci il təvəllüdlü Həşimov İrza Vaqif oğlu mübahisə zəminində bıçaqlanıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.
OXŞAR XƏBƏRLƏR