Əlcəzairdə yol qəzası olub, 25 nəfər ölüb

Əlcəzairdə yol qəzası olub, 25 nəfər ölüb
DÜNYA
19:10 31.07.2026
103
Əlcəzairin Bumerdes əyalətində sərnişin avtobusunun aşması nəticəsində azı 25 nəfər ölüb.

"Reuters"ə istinadən xəbər verir ki, bu barədə Əlcəzairin Mülki Müdafiə Agentliyindən bildirilib.

Bundan əlavə, hadisə nəticəsində 44 nəfər yaralanıb.

Məlumata görə, zərərçəkənlər yaxınlıqdakı xəstəxanalara təxliyə ediliblər.
OXŞAR XƏBƏRLƏR