Abşeronda rayonunda 20 Yanvar şəhidlərinin xatirəsi anılmışdır - FOTOLAR

Abşeronda rayonunda 20 Yanvar şəhidlərinin xatirəsi anılmışdır - FOTOLAR
SOSİAL
15:13 20.01.2023
156
Abşeron rayonunda 20 Yanvar faciəsi qurbanlarının 33-cü ildönümü dərin ehtiramla yad edilmişdir. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak etmişdir. İştirakçılar əvvəlcə Xırdalan səhərində Şəhidlər abidəsini ziyarət edərək şəhidlərimizin xatirələrini ehtiramla yad etmişlər. 
 
Daha sonra Heydər Əliyev Mərkəzində "Ümummilli Lider Heydər Əliyev və 20 Yanvar həqiqətləri” mövzusunda davam edən anm tədbirində Ümummilli Liderin və ölkəmizin azadlığı uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, dövlət himni oxunmuşdur.
 
Tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev bildirmişdir ki, 20 Yanvar faciəsi zamanı qəddar Sovet rəhbərliyi Azərbaycan xalqına qarşı dəhşətli cinayət törədib. Qeyd edilmişdir ki, bu faciəyə aparan yol hələ 1987-ci ildən başlanıb. Azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasının, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı bir zamanda gərginlik artan xətt üzrə inkişaf etmiş və bilərəkdən artırılmışdır. Sovet rəhbərliyi isə gərginliyin qarşısını almaq istiqamətində nəinki tədbirlər görməyə çalışmış, əksinə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxmağımıza görə Azərbaycanı cəzalandırmaq yolunu tutaraq Qanlı Yanvar qırğınını törətmişdir. 
 
RİH başçısı qeyd etmişdir ki, faciədən dərhal sonra xalqımızın Ümummilli Lideri Heydər Əliyev siyasi iradə nümunəsi göstərmiş, 1990-cı il yanvarın 21-də həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etmiş, cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını yol verilmiş kobud siyasi səhv kimi ifşa etmişdir. Ulu Öndər sonrakı fəaliyyəti dönəmində də 20 Yanvar həqiqətlərinə hüquqi qiymət verilməsi istiqamətində də çox mühüm addımlar atmışdır. Ümummilli Liderin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etmişdir. 1994-cü ilin mart ayının 29-da Ulu Öndərin təşəbbüsü və göstərişləri ilə Milli Məclis "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etmiş, 1998-ci ildə isə "20 Yanvar Şəhidi” fəxri adı təsis olunmuşdur. Məhz Ümummilli Liderin  sayəsində 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarlar üzə çıxmışdır. 
 
RİH başçısı bildirmişdir ki, Ulu Öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayırır. Dövlət başçısının təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb. Qeyd edilmidşir ki, ölkəmizdə şəhid ailələrinə və qazilərə böyük diqqət və qayğı göstərilir. Onlar həyatlarının hər bir anında bu diqqət və qayğını hiss etməkdədirlər. 
 
Daha sonra çıxış edən "20 Yanvar Cəmiyyəti”nin Abşeron Rayon Şöbəsinin sədri Eyşan İsgəndərov, Vətən Müharibəsi şəhidi Elçin Həsənlinin anası, Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Xatirə İsmayılova,  Vətən Müharibəsi şəhidi Rauf İbadovun atası Məhərrəm İbadov bildirmişlər ki, Azərbaycan xalqının qürur mənbəyinə çevrilmiş 20 Yanvar faciəsi təkcə ümumxalq hüzn günü kimi deyil, eyni zamanda, öz azadlığına və müstəqilliyinə can atan xalqımızın mübarizliyini, məğrurluğunu nümayiş etdirən qəhrəmanlıq tarixi kimi qeyd olunur. Çıxış edənlər həmçinin şəhid ailələrinə və qazilər göstərilən diqqət və qayğını yüksək qiymətləndirdiklərini vurğulamış, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya təşəkkürlərini bildirmişlər.
 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şəkidə elektrik cəryanının vurduğu kişi yanaraq ölüb
13:50 02.08.2026
Şəkidə elektrik cəryanının vurduğu kişi yanaraq ölüb
Mərakeşdən İspaniyaya keçmək istəyərkən ölən miqrantların sayı 90-a çatıb
13:42 02.08.2026
Mərakeşdən İspaniyaya keçmək istəyərkən ölən miqrantların sayı 90-a çatıb
Gəncədə 3 mərtəbəli evdə yanğın oldu - Fotolar
13:37 02.08.2026
Gəncədə 3 mərtəbəli evdə yanğın oldu - Fotolar
Moskvada restoranda partlayış - Hədəf Baş Komandan olub
13:20 02.08.2026
Moskvada restoranda partlayış - Hədəf Baş Komandan olub
"Nəriman Həsənzadə Fəxri xiyabanda uyumağa layiq şəxsiyyət idi" - Qəzənfər Paşayev
13:09 02.08.2026
"Nəriman Həsənzadə Fəxri xiyabanda uyumağa layiq şəxsiyyət idi" - Qəzənfər Paşayev
Sabah hava necə olacaq?
12:55 02.08.2026
Sabah hava necə olacaq?
"Nəriman Həsənzadə təpədən dırnağa qədər şair idi" - İsa Həbibbəyli
12:48 02.08.2026
"Nəriman Həsənzadə təpədən dırnağa qədər şair idi" - İsa Həbibbəyli
Nəriman Həsənzadə dəfn olundu -  VIDEO - FOTOLAR
12:34 02.08.2026
Nəriman Həsənzadə dəfn olundu - VIDEO - FOTOLAR
Şairə Cığatel Nəriman Həsənzadənin dəfnində göz yaşlarını saxlaya bilmədi - VİDEO
12:30 02.08.2026
Şairə Cığatel Nəriman Həsənzadənin dəfnində göz yaşlarını saxlaya bilmədi - VİDEO
"Nəriman Həsənzadənin vəfatı bir dövrün başa çatması deməkdir" - Orxan Fikrətoğlu - VIDEO
12:24 02.08.2026
"Nəriman Həsənzadənin vəfatı bir dövrün başa çatması deməkdir" - Orxan Fikrətoğlu - VIDEO
"Nəriman Həsənzadənin şeirləri gələcək nəsillər üçün örnək olacaq" - Rəşad Məcid - VIDEO
12:16 02.08.2026
"Nəriman Həsənzadənin şeirləri gələcək nəsillər üçün örnək olacaq" - Rəşad Məcid - VIDEO
“Azərbaycan böyük şairini itirdi” – Vahid Əziz Nəriman Həsənzadədən danışdı - VIDEO
12:07 02.08.2026
“Azərbaycan böyük şairini itirdi” – Vahid Əziz Nəriman Həsənzadədən danışdı - VIDEO
“Səmimiyyətin meyarı Nəriman Həsənzadə idi” – Səməd Seyidov - VIDEO
12:04 02.08.2026
“Səmimiyyətin meyarı Nəriman Həsənzadə idi” – Səməd Seyidov - VIDEO
Murad Dadaşov Nəriman Həsənzadədən danışdı: “Bu gün böyük bir ağsaqqalı itirdik” - VIDEO
12:00 02.08.2026
Murad Dadaşov Nəriman Həsənzadədən danışdı: “Bu gün böyük bir ağsaqqalı itirdik” - VIDEO
“Atam bizə görə başqa qadını evimizə gətirmədi” – Nəriman Həsənzadənin oğlu - VIDEO
11:55 02.08.2026
“Atam bizə görə başqa qadını evimizə gətirmədi” – Nəriman Həsənzadənin oğlu - VIDEO
Nəriman Həsənzadə ilə vida mərasimində onlar iştirak etdilər - FOTOLAR
11:49 02.08.2026
Nəriman Həsənzadə ilə vida mərasimində onlar iştirak etdilər - FOTOLAR