“AccessBank 20 illik yubileyini qeyd edir” - David Tsiklauri

“AccessBank 20 illik yubileyini qeyd edir” - David Tsiklauri
İQTİSADİYYAT
11:45 23.06.2022
333
AccessBank bu il 20 illik yubileyini qeyd edir. İdarə Heyətinin sədri David Tsiklauri müsahibəsində bankın 20 illik fəaliyyəti, hazırkı vəziyyəti, eləcə də gələcək planlar barədə danışıb. 

- David Tsiklauri, sizcə, AccessBank-ın son 20 ildə Azərbaycan bazarında  inkişafına və uğur qazanmasına nə kömək edib?

- AccessBank-da yarım ilə yaxın işləyib bu qənaətə gəlmişəm ki, Bankın uğur düsturu onun insanları – komandamız, Müşahidə Şurası və səhmdarlarımızdır. Bazarın son illər üzləşdiyi bəzi çətinliklərə baxmayaraq, AccessBank-da işimizi səmərəli şəkildə həyata keçirmək üçün hər zaman enerjili və əzmkarıq. AccessBank həm də yüksək korporativ idarəetmə və şəffaflıq standartları ilə seçilir. Bu, 20 ildən artıqdır ki, bankın uğur və rifahının resepti olaraq qalır.

- Son 20 il ərzində AccessBank Azərbaycanda mikromaliyyələşdirmə mədəniyyətinin formalaşdırılması və daha da möhkəmlənməsinə böyük töhfələr verib. Yerli bazarda AccessBank üçün bu gün və yaxın gələcəkdə  hansı imkanları görürsünüz?

- AccessBank Azərbaycanda mikromaliyyələşdirmə üzrə açıq-aşkar liderdir və biz bu seqmentdə mövqeyimizi qoruyub saxlamaq niyyətindəyik. Hesab edirəm ki, Azərbaycan iqtisadiyyatının yüksək inkişaf dinamikası ilə onun bütün sektorlarında mikro biznesin kreditləşdirilməsi üçün daha çox imkanlar yaranacaq. Kiçik və orta biznesi daha çox dəstəkləmək məqsədilə AccessBank bu seqmentin artan ehtiyaclarına yönəlmiş bir çox təşəbbüslər hazırlayır. Eyni zamanda, müştərilərin müxtəlif növ maliyyə sorğularına   baxılma müddətini xeyli azaltmaq niyyətindəyik ki, onlar ehtiyac duyduqları vəsaitləri daha tez əldə edə bilsinlər.

Digər tərəfdən, pərakəndə satış seqmenti də AccessBank üçün çox maraqlıdır, çünki bazar bizə kifayət qədər mənimsənilmiş kimi görünmür. Müddətli əmanətlərin həcminə görə ən böyük banklardan biriyik. Bu o deməkdir ki, AccessBank-a güvənirlər. Biz pərakəndə satış seqmenti üçün təkliflərimizin çeşidini genişləndirmək niyyətindəyik ki, müştərilərimiz təkcə yığım deyil, həm də gündəlik həyatda bu təkliflərdən istifadə edə bilsinlər.

- İnkişaf etməkdə olan bazar reallıqları qısamüddətli planlaşdırmanı diktə edir, amma soruşmaq istərdim... AccessBank-ın 20 illik yubileyi mühüm mərhələdir. Bankı 30 illiyində necə təsəvvür edirsiniz?

- Həqiqətən də sürətlə inkişaf edən regionda və daim böyüyən bazarda fəaliyyət göstəririk. Hər 4-5 ildən bir maliyyə institutlarının fəaliyyət göstərdiyi mühitə yetəri qədər təsir göstərən dəyişikliklər baş verir və biz baş verənlərə uyğunlaşmalıyıq. Məsələn, COVID-19 pandemiyası bizə heç vaxt ağlımıza gəlməyəcək şeylər öyrətdi.

Gəlin, Bankın 30 illik yubileyi haqqında deyil, daha qısa müddətdən danışım - deyək ki, 3 il sonra. Əminəm ki, 3 ildən sonra AccessBank həm kiçik və orta biznesin maliyyələşdirilməsi, həm də pərakəndə satış üzrə əsas oyunçu olacaq. Mən AccessBank-ı müştərilər üçün sadə və effektiv maliyyə məhsulları təqdim etmək üçün innovasiyalara sərmayə qoyan bank kimi görürəm.

- AccessBank-da işləməkdə ən çox nəyi bəyənirsiniz?

- Məmnun müştəriləri! Onları görmək çox xoşdur. Müştərilərimizi məmnun etmək üçün komandamızın daim təkmilləşdirməyə və reallaşdırmağa çalışdığı  hər bir əməliyyatın pərdəarxası məqamları var. Komanda tərəfindən pərdəarxası işlərin düzgün qurulduğunun göstəricisi isə məhz həmin o məmnun müştərilərdir.   

AccessBank komandası ilə istənilən planları həyata keçirmək olar. Ətrafımda həmfikir insanlar görmək və onlarla işləmək çox xoşdur

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar insanlara təhlükədir? - VİDEO
21:53 18.09.2026
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar insanlara təhlükədir? - VİDEO
Cəlilabadda sürücü yük maşınını təmir edərkən altında qaldı
21:48 18.09.2026
Cəlilabadda sürücü yük maşınını təmir edərkən altında qaldı
Göygöl rayonunun Üçtəpə kəndində qanunsuz tikili sökülüb  - FOTOLAR
21:43 18.09.2026
Göygöl rayonunun Üçtəpə kəndində qanunsuz tikili sökülüb - FOTOLAR
Narkotikə görə saxlanılan məşhurlardan xəbər var
21:30 18.09.2026
Narkotikə görə saxlanılan məşhurlardan xəbər var
Qohum nikahı qadağası ilə bağlı iddia - Açıqlama
21:16 18.09.2026
Qohum nikahı qadağası ilə bağlı iddia - Açıqlama
Sumqayıtda 4 yaşlı uşağı avtobus vurub öldürdü
21:13 18.09.2026
Sumqayıtda 4 yaşlı uşağı avtobus vurub öldürdü
30 ildir astma xəstəsi olan şəxsin əlilliyi səhv qeyd olunub? - Video
20:53 18.09.2026
30 ildir astma xəstəsi olan şəxsin əlilliyi səhv qeyd olunub? - Video
Sürücülər NƏZƏRİNƏ: Bakının mərkəzi küçələrindən biri BAĞLANIR
20:44 18.09.2026
Sürücülər NƏZƏRİNƏ: Bakının mərkəzi küçələrindən biri BAĞLANIR
Sevda Saleh Məmmədzadə vəfat etdi
20:32 18.09.2026
Sevda Saleh Məmmədzadə vəfat etdi
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
20:15 18.09.2026
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
“Neftçi” 1000-ci oyununda qələbə qazandı
20:12 18.09.2026
“Neftçi” 1000-ci oyununda qələbə qazandı
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
19:37 18.09.2026
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
19:34 18.09.2026
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
Rəsmi Bakıdan Fransaya çağırış
19:30 18.09.2026
Rəsmi Bakıdan Fransaya çağırış
Moskva Tokiodan ABŞ raket sistemlərini çıxarmağı tələb etdi
19:11 18.09.2026
Moskva Tokiodan ABŞ raket sistemlərini çıxarmağı tələb etdi
Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib
18:54 18.09.2026
Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib