AccessBank 2022-ci ilin üçüncü rübünün maliyyə hesabatını açıqlayır

AccessBank 2022-ci ilin üçüncü rübünün maliyyə hesabatını açıqlayır
İQTİSADİYYAT
12:36 26.10.2022
486

Mikro, kiçik və orta sahibkarlığın kreditləşməsi bazarının lideri olan AccessBank, 2022-ci ilin üçüncü rübü üzrə maliyyə nəticələrini açıqlayır.

 

 

 

Ətraflı məlumat əldə etmək üçün: https://www.accessbank.az/az/our-bank/in-figures/


 

Aktivləri 1 milyard manatı keçmiş Bank, son rüb ərzində də bütün əsas göstəricilər üzrə dinamik artım nümayiş etdirib, biznesin maliyyələşdirilməsində liderlik mövqeyini qoruyub. AccessBank son rüb ərzində əməliyyat gəlirlərində kəskin artıma nail olub.

 

 

-Bankın aktivləri rüb ərzində 4.8%, ilin əvvəlindən isə 12.9% artıb. Hazırda 1.1 milyard manat təşkil edir.


 

-Kredit portfeli rüb ərzində 7.4%, ilin əvvəlindən isə 21% artıb. Hazırda 765.4 milyon manat təşkil edir.


 

-Kredit portfelinin 80%-ni biznesə ayrılmış kreditlər təşkil edir. İl ərzində biznes portfeli 13.6% və ya 73.5 milyon manat artıb. İl ərzində verilmiş biznes kreditlərinin 34%-i regionların payına düşür.

 

 

-Depozit portfeli rüb ərzində 2.9%, ilin əvvəlindən isə 16.3% artıb. Hazırda 802 milyon manat təşkil edir.

 

 

-Əhalinin müddətli əmanətləri rüb ərzində 1.7%, ilin əvvəlindən isə 20% artıb. Hazırda 555 milyon manat təşkil edir.


 

-Faiz gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 38% artaraq 100 milyon manatı ötüb. Xalis faiz gəlirləri isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 50% artaraq 57 milyon manata yüksəlib.

 

 

-Qeyri-faiz gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 14.6% artaraq 8.5 milyon manata çatıb.

 

 

-Xalis əməliyyat mənfəəti dəfələrlə artaraq 13 milyon manata çatıb. Təkcə 3-cü rüb ərzində bankın xalis əməliyyat mənfəəti cari ilin 2-ci rübü ilə müqayisədə 76.7% artıb.

 

 

-Yekun xalis mənfəət də il ərzində dəfələrlə artaraq 5.3 milyon manata çatıb. 3-cü rüb ərzində bankın xalis mənfəəti cari ilin 2-ci rübü ilə müqayisədə 3 dəfəyə qədər artıb.

 

 

-Bankın məcmu kapitalı son 1 il ərzində 13.3% və ya 10.3 milyon manata artaraq 87.9 milyon manata çatıb. Bu da AMB-ın tələb etdiyi minimum normadan 37.9 milyon manat artıqdır.


 

-Bankın likvidlik əmsalı 63.3% təşkil edir ki, bu AMB-ın tələb etdiyi minimum normadan (30%) 2 dəfə yüksəkdir.

 

 

AccessBank-ın İdarə Heyətinin sədri Davit Tsiklauri bank göstəricilərini şərh edərkən bildirdi ki, Bankın əsas məqsədi inkişaf edərək həm daha yüksək nəticələr, həm də daha keyfiyyətli xidmət göstərməkdir: ”Bir il ərzində xalis əməliyyat mənfəətinin kəskin artımı daima üzərimizdə işləməyimizin bəhrəsidir. Biz anlayırıq ki, artan təkcə rəqəmlər deyil, həm də müştəri məmnuniyyəti və rəqabətdir. Bazarda mikromaliyyələşdirmə lideri olmaqla yanaşı, həm də pərakəndə bankçılıq xidmətlərini təkmilləşdirməyimiz öz nəticəsini artıq göstərir. Məqsədimiz daha çox inkişaf və daha yüksək xidmətdir.”

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sürücülər NƏZƏRİNƏ: Bakının mərkəzi küçələrindən biri BAĞLANIR
20:44 18.09.2026
Sürücülər NƏZƏRİNƏ: Bakının mərkəzi küçələrindən biri BAĞLANIR
Sevda Saleh Məmmədzadə vəfat etdi
20:32 18.09.2026
Sevda Saleh Məmmədzadə vəfat etdi
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
20:15 18.09.2026
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
“Neftçi” 1000-ci oyununda qələbə qazandı
20:12 18.09.2026
“Neftçi” 1000-ci oyununda qələbə qazandı
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
19:37 18.09.2026
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
19:34 18.09.2026
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
Rəsmi Bakıdan Fransaya çağırış
19:30 18.09.2026
Rəsmi Bakıdan Fransaya çağırış
Moskva Tokiodan ABŞ raket sistemlərini çıxarmağı tələb etdi
19:11 18.09.2026
Moskva Tokiodan ABŞ raket sistemlərini çıxarmağı tələb etdi
Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib
18:54 18.09.2026
Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
18:39 18.09.2026
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
18:23 18.09.2026
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb
18:12 18.09.2026
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
17:54 18.09.2026
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
Makronun həyat yoldaşı ilə bağlı məhkəmədə bəraət qazanan jurnalist vəfat etdi
17:43 18.09.2026
Makronun həyat yoldaşı ilə bağlı məhkəmədə bəraət qazanan jurnalist vəfat etdi
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görüldü
17:39 18.09.2026
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görüldü
“Qarabağ” və “Neftçi” oynayır: Favoritlər kimlərdir?
17:28 18.09.2026
“Qarabağ” və “Neftçi” oynayır: Favoritlər kimlərdir?