AccessBank-ın ilk biznes forumunda cavabsız sual qalmadı!

AccessBank-ın ilk biznes forumunda cavabsız sual qalmadı!
İQTİSADİYYAT
14:19 12.06.2019
3664
2019-cu ilin iyun ayının 11-də AccessBank-ın təşkilatçılığı ilə vergi və gömrük məsələlərinə aid biznes forum keçirildi.

AZXEBER.COM xəbər verir ki, forumun açılışında çıxış edən AccessBank-ın İdarə Heyətinin sədri Anar Həsənov qeyd edib ki, tədbirə maraq olduqca böyük idi: "Bunun əsas səbəbi burada müzakirə olunacaq mövzulardır. Bildiyimiz kimi, bizim müştərilərimiz və potensial tərəfdaşlarımızın hər biri vergi ödəyiciləridir. Üstəlik, onların böyük bir qismi idxal-ixrac əməliyyatları ilə məşğuldur. Sözsüz ki, onların bu sahələrə aid xeyli sualları var. "Sahibkarın dostu" adını qazanmış bir bank kimi biz qərara gəldik ki, belə bir tədbir keçirək və sahibkarları maraqlandıran sualları cavablandıraq".

Daha sonra sədr təqdimatla çıxış edib. Cənab Həsənov təqdimatında bildrib ki, ölkədə müşahidə olunan makroiqtisadi sabitlik sahibkarlıq subyektlərinin fəaliyyətinə müsbət təsir edən əsas amillərdəndir. Bank rəhbərinin sözlərinə görə, AccessBank öz missiyasına sadiq qalaraq yarandığı gündən etibarən ölkədə sahibkarlığın inkişafına dəstək verir: "Bir qürurverici faktı diqqətinizə çatdırmaq istərdim ki, mikro sahibkarlıq sahəsində verilən kreditlərin 60%-dək AccessBank-ın payına düşür. Biz bundan sonra da geniş filial şəbəkəmiz vasitəsilə müştərilərimizə tamçeşidli xidmətlər təklif etməklə əlçatanlığımızı qorumağı çalışacağıq. Bununla yanaşı, innovativ maliyyə xidmətlərinin tətbiqi bizə bazardakı lider mövqelərimizi saxlamağa imkan verəcək".

Daha sonra forum paralel keçirilən iki panellərlə davam etdirilib. Vergi panelinə qatılanların suallarını iqtisadçı-ekspert Samir Əliyev, AccessBank-ın Biznesə dəstək departamentinin direktoru Rəhman Əliyev, Beynəlxalq Təlim və Layihə Mərkəzinin təlimçisi İlkin Dövlətov, KPMG-nin baş vergi məsləhətçisi Xəlil Əlizadə cavablandırıb. Gömrük panelinə qatılanlar isə suallarını AccessBank-ın Pərakəndə biznes departamentinin meneceri Cəmilə Tağıyeva, Beynəlxalq Təlim və Layihə Mərkəzinin təlimçiləri Fuad Məmmədov və Əliəkbər Heydərov, KPMG-nin hüquq üzrə meneceri Simuzər Feyzullayevaya ünvanlayıblar.
 
Sual-cavab sessiyası olduqca maraqlı diskussiya şəraitində keçib.
 
 

 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xorvatiya minatəmizləmə fəaliyyətində Azərbaycanı dəstəkləməyə hazırdır
20:17 20.10.2026
Xorvatiya minatəmizləmə fəaliyyətində Azərbaycanı dəstəkləməyə hazırdır
Milli Məclisin növbəti iclası oktyabrın 23-də keçiriləcək
20:14 20.10.2026
Milli Məclisin növbəti iclası oktyabrın 23-də keçiriləcək
UEFA Çempionlar Liqası: "Sabah" və "Borussiya" komandalarının start heyətləri açıqlanıb
20:08 20.10.2026
UEFA Çempionlar Liqası: "Sabah" və "Borussiya" komandalarının start heyətləri açıqlanıb
XİN: Azərbaycan vətəndaşlarının Fransaya səfərdən çəkinmələri tövsiyə olunur
20:06 20.10.2026
XİN: Azərbaycan vətəndaşlarının Fransaya səfərdən çəkinmələri tövsiyə olunur
Leyla Abdullayeva ilə Bricit Makron arasında müzakirələr baş tutub
20:02 20.10.2026
Leyla Abdullayeva ilə Bricit Makron arasında müzakirələr baş tutub
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub
19:56 20.10.2026
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub
Aşqabadda MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisi açılıb
19:43 20.10.2026
Aşqabadda MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisi açılıb
Zelenski: Putinin təcriddən çıxması prosesi artıq başlayıb
19:31 20.10.2026
Zelenski: Putinin təcriddən çıxması prosesi artıq başlayıb
Britaniya Səudiyyə Ərəbistanında “Typhoon” qırıcıları yerləşdirəcək
19:14 20.10.2026
Britaniya Səudiyyə Ərəbistanında “Typhoon” qırıcıları yerləşdirəcək
"Reuters": İran ABŞ-la danışıqları bilərəkdən uzadır
18:54 20.10.2026
"Reuters": İran ABŞ-la danışıqları bilərəkdən uzadır
Rəsmi Moskva ABŞ-ın Raul Kastro barəsində həbs orderi verməsini qınayıb
18:45 20.10.2026
Rəsmi Moskva ABŞ-ın Raul Kastro barəsində həbs orderi verməsini qınayıb
Fransada iğtişaşlarda iştirak edən 149 nəfər həbs cəzasına məhkum edilib
18:31 20.10.2026
Fransada iğtişaşlarda iştirak edən 149 nəfər həbs cəzasına məhkum edilib
"Reuters": Uitkoff Ukrayna üzrə danışıqlar üçün Norveçə gedib
18:19 20.10.2026
"Reuters": Uitkoff Ukrayna üzrə danışıqlar üçün Norveçə gedib
Zelenski Ukraynanın NATO-ya üzvlükdən imtinasının şərtini açıqlayıb
17:54 20.10.2026
Zelenski Ukraynanın NATO-ya üzvlükdən imtinasının şərtini açıqlayıb
“Qarabağ” – “Neftçi” oyununa görə 8700 manatlıq cərimə
17:49 20.10.2026
“Qarabağ” – “Neftçi” oyununa görə 8700 manatlıq cərimə
Bu marşrutlarının hərəkət sxemi dəyişdirildi
17:35 20.10.2026
Bu marşrutlarının hərəkət sxemi dəyişdirildi