Ağdamın işğaldan azad edilməsindən 5 il ötür

Ağdamın işğaldan azad edilməsindən 5 il ötür
SİYASƏT
00:02 20.11.2025
235
Ağdamın işğaldan azad edilməsindən 5 il ötür.

AZXEBER.COM xəbər verir ki, Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum əməliyyatı 2020-ci il noyabrın 9-da başa çatıb. Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində ümumilikdə 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad edib.

Noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə müharibədə məğlub olduğunu anlayan Ermənistan məcburiyyət qarşısında qalaraq kapitulyasiya aktına imza atıb. Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bəyanat imzalanıb.

Bəyanatın 2-ci bəndinə əsasən, Ağdam şəhəri və Ağdam rayonunun işğal altında olan hissəsi 20 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikasına qaytarılıb. Bununla da, Ağdamın 27 illik işğalına son qoyulub.

Bəyanatın 6-cı bəndinə əsasən, 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu, dekabrın 1-də isə Laçın rayonu işğaldan azad edilib. Azərbaycan Ağdamın, eləcə də Kəlbəcər və Laçın rayonlarının işğaldan azad edilməsinə heç bir itki vermədən nail olub.

Ağdam rayonunun işğaldan azad edilməsi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev 20 noyabr 2020-ci ildə xalqa müraciət edib. Prezident müraciətində Ağdam rayonunun işğaldan azad olunmasının noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsi olduğunu bildirib. Ağdam rayonunun işğaldan azad olunmasını tarixi hadisə adlandıran dövlət başçısı rayonun 73 faizinin 27 il işğal altında qaldığını qeyd edib.

Prezident İlham Əliyev vurğulayıb ki, Ağdamın işğaldan azad edilməsi şanlı hərbi Qələbə nəticəsində mümkün olub. Ali Baş Komandan bəyan edib ki, Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmayacaqdı.

Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, 20 noyabr - Ağdam Şəhəri Günüdür.

Qeyd edək ki, Ağdamın işğaldan azad edilməsi şərəfinə Azərbaycan Respublikasında "Ağdamın azad olunmasına görə” medalı təsis olunub. Prezident İlham Əliyevin Sərəncamı ilə Ağdamın işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş hərbi qulluqçular "Ağdamın azad olunmasına görə” medalı ilə təltif edilib.

Xatırladaq ki, Ağdam rayonu 1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Ermənistan işğal müddətində Ağdam şəhərini və rayonun yaşayış məntəqələrini talayıb, darmadağın edib, tarixi, mədəni, dini abidələr, qəbiristanlıqlar yer üzündən silinib. 2001-ci ildə işğal altında olan ərazilərə səfər edən məşhur amerikalı jurnalist və yazıçı Tomas de Vaal dağıdılmış məscidin minarəsindən ziyarət edərkən dağıntıların miqyasına görə, Ağdamı 1945-ci ildə ABŞ-ın atom bombası atması nəticəsində dağılmış Yaponiyanın Xirosima şəhərinə bənzədib. Bundan sonra Ağdam "Qafqazın Xirosiması” adlandırılıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
14:56 05.11.2026
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
14:49 05.11.2026
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
14:37 05.11.2026
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
Daha bir marşrutun avtobusları yenilənir
14:19 05.11.2026
Daha bir marşrutun avtobusları yenilənir
“İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”
14:08 05.11.2026
“İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”
Gədəbəyin icra başçısı "Gəncə təndiri"ni ziyarət etdi, tənqid olundu
14:05 05.11.2026
Gədəbəyin icra başçısı "Gəncə təndiri"ni ziyarət etdi, tənqid olundu
Məzuniyyət günlərini pula dəyişmək tarixə qovuşur? - 32 ildə dəyişənlər
14:01 05.11.2026
Məzuniyyət günlərini pula dəyişmək tarixə qovuşur? - 32 ildə dəyişənlər
Siqaret, telefon, avtomobil... – Daha hansı mallara aksiz vergisi ödəyirik?
13:46 05.11.2026
Siqaret, telefon, avtomobil... – Daha hansı mallara aksiz vergisi ödəyirik?
Dünya ölkələri vətəndaşlarına xəbərdarlıq edir - “Hər şey birdən çökə bilər”
13:44 05.11.2026
Dünya ölkələri vətəndaşlarına xəbərdarlıq edir - “Hər şey birdən çökə bilər”
"İsmayıl məqamı" sənədli filmi təqdim olundu - FOTOLAR
13:40 05.11.2026
"İsmayıl məqamı" sənədli filmi təqdim olundu - FOTOLAR
Sosial ödənişlər artır - Bu yeniliklər gözlənilir
13:22 05.11.2026
Sosial ödənişlər artır - Bu yeniliklər gözlənilir
Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
13:19 05.11.2026
Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
Leysan, şimşək, dolu - Sabahın havası
13:14 05.11.2026
Leysan, şimşək, dolu - Sabahın havası
Zelenski: ABŞ yardımı artsa, Putin geri çəkilə bilər
12:59 05.11.2026
Zelenski: ABŞ yardımı artsa, Putin geri çəkilə bilər
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək
12:41 05.11.2026
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək
DTX Biləsuvarda dron vasitəsilə narkotik qaçaqmalçılarını saxladı
12:38 05.11.2026
DTX Biləsuvarda dron vasitəsilə narkotik qaçaqmalçılarını saxladı