Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) Marketinq və Kommunikasiya Departamenti yaradılıb.AZXEBER.COM-un məlumatına görə, Departamentin əsas fəaliyyəti ADİU-nun yeni imici üzərində işləməkdən ibarət olacaq.Departament tədbir və konfransları təşkil edəcək. Həmçinin ADİU-da aylıq nəşr olunan “İqtisadçı” qəzeti, aseu.az saytı, “Qaynar xətt” və İctimaiyyətlə Əlaqələr şöbəsi departamentin nəzdində fəaliyyət göstərəcək.