"Aeroflot"un keçmiş baş direktoru Mixail Poluboyarinov saxlanılıb. Bu barədə "Vedomosti" nəşri məlumat yayıb. Bildirilib ki, Poluboyarinov hazırda istintaq altındadır. Nəşrin mənbələri onun cinayət işindəki statusunu açıqlaya bilməyiblər.