Aİ İlon Maska cavab verib

Aİ İlon Maska cavab verib
SİYASƏT
18:13 08.12.2025
112
Avropa İttifaqı sahibi olduğu "X” platformasının cərimələnməsinə qarşı çıxan İlon Maska cavab verib.

Blok platformanın qanuna uyğun əməl etmədiyini təkrarlayıb.

"İcazə verin deyim ki, tamamilə sərsəmcəsinə söylənilən bəyanatları paylaşmaq da söz azadlığının bir hissəsidir”, - Aİ sözçüsü Paula Pinho bildirib.

Qeyd edək ki, bundan əvvəl Aİ "X” şirkətini 120 milyon avro məbləğində cərimələyib, bu hərəkət isə İlon Maskın kəskin etirazına səbəb olub. Mask hətta Avropa İttifaqının ləğv edilməsinə çağırış da edib.
 
///apa
OXŞAR XƏBƏRLƏR