İtkin pilot haqqında bilmədiklərimiz - FOTO

SOSİAL
11:27 26.07.2019
8554
İyulun 24-də axşam saatlarında təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin "Miq-29" təyyarəsinin Xəzər dənizində itkin düşən pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev haqqında bəzi məlumatları çatdırırıq.

Rəşad Atakişiyev 1985-ci il yanvar ayının 7-si Gəncədə anadan olub. Ailənin üç qardaş olublar. Orta məktəbi Şəmkir rayonununda oxuyub. Müəllimlərin sevimli şagirdi olub. Bacarığı və istedadı ilə həmişə sinif yoldaşlarından fərqlənib. Məktəbi çox yüksək qiymətlərlə başa vurub.
 
Ali təhsilini isə Bakıda Hərbi Hava Qüvvələrinin məktəbinə alıb. Oranı da yüksək qiymətlərlə başa vurub. Polkovnik-leytenant rütbəsinə qədər yüksəlib.

Onu da xatırladaq ki, polkovnik-leytenant tanınmış politoloq Qabil Hüseynlinin kürəkəndir və  hərbi hissə komandirinin müavini olub.
 
Ailəlidir, iki övladı var.
 

 

 


OXŞAR XƏBƏRLƏR