Bu barədə "Bloomberg" məlumat yayıb.
Agentliyin məlumatına görə, Bremenhafendəki böyük Avropa limanında modernləşdirmə işləri aparılır. Əvvəllər əsasən avtomobil daşımaları üzrə ixtisaslaşan bu limanın hərbi logistika ehtiyaclarına uyğunlaşdırılması məqsədilə büdcədən 1.35 milyard avro vəsait ayrılıb.
Bu nümunə Berlinin ehtimal edilən müharibəyə genişmiqyaslı hazırlıq gördüyünü nümayiş etdirir. Bununla yanaşı, hərbiləşdirmə üçün dövlət büdcəsindəki vəsait qıtlığı səbəbindən rəhbərlik iş adamlarını prosesə qoşmağa cəhd edir, lakin özəl sektor bu vəziyyətə müqavimət göstərir və hər zaman əməkdaşlığa razı olmur", - deyə "Bloomberg" qeyd edir.











































