21:02 Cümə Axşamı, 14 Noyabr 2019
İQTİSADİYYAT

“Amrahbank”ın faiz gəlirləri 45,3 faiz artıb

10:29, 04.11.20192427
“Amrahbank”ın faiz gəlirləri 45,3 faiz artıb
"Amrahbank”ın faiz gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb. Belə ki, 2019-cu ilin 3-cü rübünün sonuna "Amrahbank”ın faiz gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 mln. 710 min manat və ya 45.3 faiz artaraq 8,7 milyon manat təşkil edib.
 
AZXEBER.COM xəbər verir ki, bankın depozit portfelində də atrım var. 30 sentyabr 2019-cu il tarixinə bankın müştəri hesabları, o cümlədən müddətli və tələbli depozitlər 163 mln 390 min manat təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.9 mln manat və ya 1.17 faiz çox deməkdir.

30 sentyabr 2019-cu ilin sonuna olan məlumata görə "Amrahbank”ın kredit portfeli 100 mln. 226 min manat təşkil edib.

Amrahbank: Sizə açıq və aydın bank!
 
XƏBƏR LENTİ