ANS-dən açıqlama: Qənirə Ataşovaya minnətdar olmaq lazımdır, qınamaq yox

ANS-dən açıqlama: Qənirə Ataşovaya minnətdar olmaq lazımdır, qınamaq yox
MEDIA
14:26 20.12.2015
10380
ANS TV Xəbərlər Xidmətinin Baş Redaktoru Xanım Yadigarlı ANS-in xüsusi müxbirinin sualı ətrafındakı qalmaqala rəy bildirib.AZXEBER.COM həmin açıqlamanı təqdim edir:Dünən həmkarım və əməkdaşımız Qənirə Ataşovanın ABŞ Dövlət Departamentinin mətbuat katibinə ünvanladığı sualına mənşəyi və məqsədi bəlli olmayan bir sira cırtdan saytlarda dərc olunan şərhlər və birmənalı olmayan reaksiyalar məni məyus etməyə bilməzdi...Azərbaycan müstəqil dövlətdir və köləlik dövründən 20 ildən çoxdur ki çıxıb və vuruşaraq istiqlaliyyət qazanıb. Ərəb, Rus, İngilis, Fars, Fransız, Alman və digər dilllərə hörmət etsə də dövlət dili olaraq yalnız Azərbaycan dilini seçib. ANS TV rəhbərliyi Xarici bürolarına rəhbər seçərkən əsasən savada, təfəkkürə, reportyor və analitik qabiliyyətinə önəm verir, müxbirlərimizin əcnəbi dili səlis bilməsi məsələsini əsas qoymur, elə buna görə də bürolarda tərcüməçilər çalışır... Jurnalist Qənirə Ataşovaya gəldikdə isə, O, 20 ildən artıqdır ki, bu sahədə çalışır, Azərbaycanın ən ağır günlərində peşəkarlıqla xalqa xidmət edib, beynəlxalq jurnalistika assosasiyaları tərəfindən dəfələrlə qiymətləndirilib, Azərbaycan rəhbərliyii tərəfindən mükafatlandırılıb. Mən çəkinmədən onu dünya miqyaslı jurnalist adlandırıram. Qənirə xanım ANS-in ABŞ bürosunda artıq 8 aydan çoxdur ki, fəaliyyət göstərir və 120-dən çox reportaj hazırlayıb. Onların arasında ABŞ-ın bir sıra yüksək vəzifəli şəxsləri ilə müsahibələr də olub - o cümlədən elə adı çəkilən Ceyms Uorliklə... ABŞ dövlət departamentinin adı çəkilən mötəbər mətbuat konfransına müəmmalı səbəbdən ANS-in tərcüməçisi daxil ola bilməyib və Qənirə Ataşova Azərbaycan üçün çox vacib olan sualı bacardığı kimi verib: "Necə ola bilər ki, həmsədr Ceyms Uorlik Konqresdə separatçı dağlıq Qarabağ rəhbərliyi ilə görüş keçirir? Buna necə qiymət verə bilərsiz?" Mən Qənirə Ataşovanı yaxşı tanıyıram... Ola bilməzdi ki, onun kimi vətənpərvər jurnalist bu sualı Con Kirbiyə verməsin, onun ingilis dili imkanları heç olmasaydı belə, o ən azı əl işarələri ilə bu sualı başa salacaqdı və sualına cavab alacaqdı. Ona görə ki, bu Azərbaycan üçün taleyüklü sualdı! Eyni zamanda Con Kirbi öz növbəsində bu suala cavab verməli idi. Sual yaranır: Axı nə cavab verəydi?
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
00:16 19.04.2026
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
23:50 18.04.2026
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
23:32 18.04.2026
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
23:23 18.04.2026
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
23:15 18.04.2026
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
22:56 18.04.2026
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
22:45 18.04.2026
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
22:24 18.04.2026
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir