AntiTuran fəaliyyətilə məşğul olan “Turan”…

AntiTuran fəaliyyətilə məşğul olan “Turan”…
KÖŞƏ
19:10 08.03.2019
12257

Azər HƏSRƏT,

[email protected]

Mehman Əliyev yenə də danışıb. Yenə də dəxli olmayan mətləblərdən danışıb. Ona sual veriblər ki, "Sputnik Azərbaycan”ın redaktor Mətin Yaşaroğlunu işdən çıxarmasını necə dəyərləndirirsiniz? Cavab verib ki, "mən o agentliyi izləmirəm, ona görə də nə işlə məşğul olduqlarını bilmirəm”. Və dübarədən əlavə edib ki, bu agentliyə görə Prezidentin köməkçisi Əli Həsənov cavab verməlidir. Ardınca da bir sıra iddia və ittihamlar sıralayıb…

Maraqlıdır, agentliyin nə işlə məşğul olduğunu bilmədən bu Mehman Əliyev niyə yenə də diqqəti dəxli olmayan şəxsin üzərinə yönəltmək istəyir? Məgər həmin şəxs hansısa agentliyin daxilindəki kadr məsələlərini həll edir? Yəni onun belə bir səlahiyyəti, vəzifəsi var ki? Təbii ki, yoxdur.

Hə, əgər söhbət ümumiyyətlə dövlətin xarici media qurumlarıyla münasibətlərindən, onların Azərbaycandakı təmsilçiliklərindən gedirsə, bu, başqa məsələ. Əlbəttə ki, dövlətimiz Azərbaycanda fəaliyyət göstərən hər bir xarici media qurumunun nə işlə məşğul olduğundan xəbərdardır. Onlar bizim dövlətimizin siyasətinə zidd hər hansı addım atarsa, burada qalmazlar, fəaliyyətləri əngəllənər.

O cümlədən də Rusiya mediasının buradakı təmsilçiliklərinə münasibət eynidir. Bizim müşahidələrimiz onu göstərir ki, "Sputnik Azərbaycan” da daxil olmaqla Rusiyaya bağlı media qurumları həm də Azərbaycanın səsinin rus dilində dünyaya çatdırılmasında bəlli bir rol oynayır. Bu isə bizə çox lazımdır.

Rusiya mediası Azərbaycana daim diqqət göstərir. Ayrı-ayrı rəsmi şəxslərlə, o cümlədən Prezident İlham Əliyevlə az qala hər ay qısa və ya geniş müsahibələr yayımlanır Rusiya mediasında. İndi bu, bizə lazım deyilmi?

"Sputnik”in prezidenti Dmitri Kiselyovun Prezident İlham Əliyevlə dəfələrlə geniş müsahibələri yayımlanıb, onun fəaliyyəti daim agentliyin diqqətində olub. Yəni Azərbaycan və onun siyasi rəhbərliyi bu qurumla qarşılıqlı faydalı əməkdaşlıq edir. Əlbəttə, bu əməkdaşlıq Azərbaycanın zərərinə olsaydı dövlət Mehman Əliyevdən qabaq bunu sezər və tədbir görərdi.

Elə "Sputnik Azərbaycan”ın özü də ölkəmizin ictimai-siyasi, mədəni həyatını keyfiyyətli və geniş bir şəkildə işıqlandırır. Orada işləyənlər də Azərbaycan vətəndaşlarıdır. İndi bir nəfər işdən çıxarılıbsa, yerdə qalanları satqın, xain elan etməliyikmi?

Mehman Əliyev xəbəri olmadan belə məsələlərdən danışacağına özünün adını "Turan” qoyub antiTuran fəaliyyətilə məşğul olan agentliyindən danışsa yaxşı olmazmı? Bu agentlik nə vaxt Turan ideallarına xidmət etdi? Biz onu Türk-Turan davasının heç bir mərhələsində yanımızda-arxamızda görmədik. Bu agentlik daim ölkədəki milliyyətçi kəsimi gözardı etdi, antiAzərbaycan qüvvələrə tribuna verdi. Hətta o həddə ki, Azərbaycan dövlətinə xəyanəti məhkəmə yoluyla təsdiq edilmiş, buna görə cəzasını çəkərkən bu dövlətin mərhəməti sayəsində azadlığa çıxmış bölücü xain Əlikram Hümbətovu "xaricdə yaşayan siyasi mühacir” kimi təqdim edir.

Biz unutmadıq. Əlikramın dəstəsindən olan bütün bölücüləri Mehman Əliyevin "Turan”ı siyasi məhbus kimi qələmə verdi həmişə. Şəxsən özüm bu məsələni dəfələrlə dilə gətirib təəccübümü ifadə etmişəm. Ki, necə olur bir agentlik özünə "Turan” adı qoyur, lakin açıq türk düşmənliyi edənlər üçün təbliğat ruporu kimi çıxış edir?

Azərbaycanın haqlı Qarabağ davasında da "Turan”ı və Mehman Əliyevi ön sıralarda görmədik. Heç arxa sırada da görmürük onu. Millət və dövlət olaraq əl-ələ verib dünyaya haqlı davamızı anlatmaqdaykən Mehman Əliyevin agentliyi arxamızca Azərbaycanın qara tablosunu cızmaqdan başqa bir iş görməyib…

Hələ mən bu agentliyin şübhəli xarici mərkəzlərdən pul alaraq göstərdiyi fəaliyyəti demirəm. NED, USAID, Soros kimi fondlar necə olur ki, "Turan” adı altında fəaliyyət göstərən bir quruma pulu su kimi axıdır? Nədir onların marağı? Doğrudanmı onlar da Turan yolçularıdır bizim kimi?..

Qeyd: Mətin Yaşaroğlunun işdən ayrılması şəxsən məni də narahat edir. Lakin onun özü hələlik hər hansı açıqlama verib doğrudan da işin içində nəyin olduğunu demir. Demirsə, bizim də haqqımız yoxdur ki, məsələylə bağlı haray salaq. Buyursun, Mətin bəy dostumuz konkret açıqlama versin, biz də "Sputnik Azərbaycan”dan soruşub aydınlıq gətirək…

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Londonun mərkəzində bıçaqlı hücum - 4 nəfər xəsarət aldı
19:21 05.08.2026
Londonun mərkəzində bıçaqlı hücum - 4 nəfər xəsarət aldı
Rusiyada ballistik raketlər üzrə tədqiqat aparan institutda yanğın olub
19:09 05.08.2026
Rusiyada ballistik raketlər üzrə tədqiqat aparan institutda yanğın olub
Ermənistana 14 vaqon buğda göndəriləcək
18:50 05.08.2026
Ermənistana 14 vaqon buğda göndəriləcək
Makron: Rusiyaya qarşı sanksiyaları gücləndirəcəyik
18:33 05.08.2026
Makron: Rusiyaya qarşı sanksiyaları gücləndirəcəyik
"Reuters": Müharibədə 3 400-dən çox iranlı və 18 ABŞ hərbçisi həlak olub
18:22 05.08.2026
"Reuters": Müharibədə 3 400-dən çox iranlı və 18 ABŞ hərbçisi həlak olub
Abbas Əraqçi Pakistana səfər edəcək
18:05 05.08.2026
Abbas Əraqçi Pakistana səfər edəcək
Tum çırtlayan, siqaret çəkən, evlilik təklifi edən sürücülər... Avtobuslarda nələr baş verir?
17:51 05.08.2026
Tum çırtlayan, siqaret çəkən, evlilik təklifi edən sürücülər... Avtobuslarda nələr baş verir?
Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
17:43 05.08.2026
Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
Azərbaycanda hansı məşhur filmlər çəkilib? - "Forsaj", "Ceyms Bond", "Brliyant əl"...
17:40 05.08.2026
Azərbaycanda hansı məşhur filmlər çəkilib? - "Forsaj", "Ceyms Bond", "Brliyant əl"...
"Bakıda taksi qiymətləri bahalaşacaq, tıxaclar artacaq" - XƏBƏRDARLIQ
17:36 05.08.2026
"Bakıda taksi qiymətləri bahalaşacaq, tıxaclar artacaq" - XƏBƏRDARLIQ
Zəng yox, mesaj: İnsanlar niyə danışmaq əvəzinə yazışmağa üstünlük verir?
17:23 05.08.2026
Zəng yox, mesaj: İnsanlar niyə danışmaq əvəzinə yazışmağa üstünlük verir?
Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ
17:08 05.08.2026
Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ
Bakıda bu avtobus marşrutunun hərəkəti dəyişdirildi
17:04 05.08.2026
Bakıda bu avtobus marşrutunun hərəkəti dəyişdirildi
“Köhnə stereotiplər Azərbaycanın hüquqi mövqeyini dəyişə bilməz”- Deputat
16:55 05.08.2026
“Köhnə stereotiplər Azərbaycanın hüquqi mövqeyini dəyişə bilməz”- Deputat
Hacıbəy Heydərli: Bu fərman sosial şəbəkə platformalarının məsuliyyətini artıracaq
16:38 05.08.2026
Hacıbəy Heydərli: Bu fərman sosial şəbəkə platformalarının məsuliyyətini artıracaq
Kapital Bank-ın istiqrazlarına tələbat buraxılış həcmini üç dəfəyə yaxın üstələdi
16:37 05.08.2026
Kapital Bank-ın istiqrazlarına tələbat buraxılış həcmini üç dəfəyə yaxın üstələdi