APA ilə Çinin CCTV+ Agentliyi arasında əməkdaşlıq sazişi imzalandı

APA ilə Çinin CCTV+ Agentliyi arasında əməkdaşlıq sazişi imzalandı
MEDIA
15:20 13.08.2026
1161
Azərbaycanın APA Agentliyi ilə Çinin CCTV+ Videoxəbər Agentliyi arasında əməkdaşlıq haqqında saziş imzalanıb.

Tərəflər arasında imzalanmış "Xəbər Xidmətləri haqqında Saziş” iki media qurumunun xəbər, video və digər multimedia məzmunlarının mübadiləsini, media sahəsində qarşılıqlı əlaqələrin qurulmasını, peşəkar təcrübə mübadiləsini, eləcə də gələcək əməkdaşlığın müxtəlif istiqamətlər üzrə inkişaf etdirilməsini nəzərdə tutur.

CCTV+ Çinin beynəlxalq videoxəbər agentliklərindən biridir və qlobal media məkanında geniş tərəfdaşlıq şəbəkəsinə malikdir. Agentlik Çin və dünyanın müxtəlif regionlarında baş verən hadisələrə dair videoxəbərlər, multimedia materialları və digər informasiya məhsullarını beynəlxalq media qurumlarına təqdim edir.

CCTV+ eyni zamanda "Qlobal Cənub Media Tərəfdaşları” mexanizminin iştirakçısıdır. Bu mexanizm müxtəlif ölkələrin media qurumları arasında informasiya və təcrübə mübadiləsinin təşviq edilməsini, media əlaqələrinin inkişaf etdirilməsini və "Qlobal Cənub” ölkələrinin inkişaf gündəliyinin beynəlxalq informasiya məkanında daha geniş işıqlandırılmasını nəzərdə tutur.

İmzalanmış saziş APA ilə CCTV+ arasında birbaşa media əlaqələrinin qurulması və sistemli informasiya mübadiləsinin həyata keçirilməsi üçün əsas yaradır. Razılaşma çərçivəsində tərəflər xəbər və multimedia məhsullarının qarşılıqlı mübadiləsini həyata keçirəcək, media sahəsində əlaqələri inkişaf etdirəcək və əməkdaşlığın yeni istiqamətləri üzrə birgə fəaliyyət göstərəcəklər.

Saziş APA-nın beynəlxalq media əlaqələrinin və informasiya mübadiləsi imkanlarının genişləndirilməsi baxımından da əhəmiyyət daşıyır. CCTV+ ilə əməkdaşlıq Azərbaycanla bağlı xəbər və multimedia materiallarının beynəlxalq informasiya məkanında daha geniş yayılması, eyni zamanda, Çin və digər regionlarla bağlı informasiya və videomateriallara çıxış imkanlarının artırılması üçün yeni imkanlar yaradacaq.

APA ilə CCTV+ arasında sazişin imzalanması Azərbaycan və Çin media qurumları arasında birbaşa əlaqələrin inkişafına, informasiya və peşəkar təcrübə mübadiləsinin gücləndirilməsinə, həmçinin iki ölkə arasında media sahəsində əməkdaşlığın genişləndirilməsinə töhfə verəcək.

2004-cü ildə yaradılan APA İnformasiya Agentliyi APA Media Group-un tərkibində fəaliyyət göstərən aparıcı informasiya agentliyi və qrupun əsas xəbər, məlumat və analitika istehsalı mərkəzidir.

İyirmi ildən artıq fəaliyyəti ərzində APA Azərbaycan media sənayesinin inkişafına mühüm töhfələr verib, peşəkar jurnalistika, rəqəmsal media və operativ informasiya istehsalı sahəsində yeni standartlar formalaşdırıb. Bu gün agentlik yalnız gündəlik xəbər istehsal edən media qurumu deyil, eyni zamanda zəngin kontent arxivi, analitik potensialı və çoxdilli informasiya resursları ilə regionun ən etibarlı media platformalarından biridir.

APA Azərbaycan, Cənubi Qafqaz və yaxın region üzrə real vaxt rejimində xəbərlər, foto, video, analitik materiallar və multimedia kontenti hazırlayır. Agentliyin istehsal etdiyi məlumatlar media qurumları, dövlət təşkilatları, beynəlxalq institutlar, diplomatik nümayəndəliklər, universitetlər, tədqiqat mərkəzləri və özəl sektor tərəfindən etibarlı informasiya mənbəyi kimi istifadə olunur.

Çində yerləşən CCTV+ 2010-cu ilin dekabrında fəaliyyətə başlayan beynəlxalq videoxəbər agentliyidir. Agentlik dünyanın müxtəlif media qurumlarına videoxəbərlər, canlı görüntülər və multimedia materialları təqdim edir. Çin və digər regionlarda baş verən hadisələri işıqlandıran CCTV+ geniş qlobal məzmun yayımı və əməkdaşlıq şəbəkəsinə malikdir. Agentlik, həmçinin "Qlobal Cənub Media Tərəfdaşları” mexanizmi də daxil olmaqla, müxtəlif tərəfdaşlıq təşəbbüsləri vasitəsilə beynəlxalq media qurumları arasında peşəkar əlaqələrin və informasiya mübadiləsinin inkişafına dəstək verir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Saçlara qulluqla bağlı ən çox edilən səhvlər
12:41 11.10.2026
Saçlara qulluqla bağlı ən çox edilən səhvlər
“Şagirdin geyim tərzi valideynin dünyagörüşünü nümayiş etdirməməlidir”
12:25 11.10.2026
“Şagirdin geyim tərzi valideynin dünyagörüşünü nümayiş etdirməməlidir”
Azərbaycan millisi Avstriyaya qalib gəldi
12:23 11.10.2026
Azərbaycan millisi Avstriyaya qalib gəldi
Qazaxda Gürcüstan vətəndaşı olan 73 yaşlı TIR sürücüsünün meyiti tapılıb
12:20 11.10.2026
Qazaxda Gürcüstan vətəndaşı olan 73 yaşlı TIR sürücüsünün meyiti tapılıb
ŞAD XƏBƏR - Bu şəxslərə lotoreya ilə evlər veriləcək
11:50 11.10.2026
ŞAD XƏBƏR - Bu şəxslərə lotoreya ilə evlər veriləcək
"Azərbaycanda vahid məktəbli formasının tətbiqi təhsilalanların bərabərliyini müəyyən edir"
11:27 11.10.2026
"Azərbaycanda vahid məktəbli formasının tətbiqi təhsilalanların bərabərliyini müəyyən edir"
Ukrayna Rusiyanın strateji raket obyektinə zərbə endirib
11:23 11.10.2026
Ukrayna Rusiyanın strateji raket obyektinə zərbə endirib
“Yad düşüncələrdən uzaq durmalı və ideoloji təxribatlara qarşı mübarizə aparmalıyıq"
11:15 11.10.2026
“Yad düşüncələrdən uzaq durmalı və ideoloji təxribatlara qarşı mübarizə aparmalıyıq"
Yəməndə husilər yolları bağladı - xəstəxanaların fəaliyyəti dayana bilər
11:05 11.10.2026
Yəməndə husilər yolları bağladı - xəstəxanaların fəaliyyəti dayana bilər
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq öldü
10:40 11.10.2026
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq öldü
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
10:17 11.10.2026
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Şəmkirdə 18 yaşlı oğlan bıçaqlandı - Qardaşı şübhəlidir
10:13 11.10.2026
Şəmkirdə 18 yaşlı oğlan bıçaqlandı - Qardaşı şübhəlidir
Azərbaycanlı gənc Polşada vəfat etdi
10:09 11.10.2026
Azərbaycanlı gənc Polşada vəfat etdi
Dneprdə PUA hücumu nəticəsində yaşayış binası və avtomobillər zədələndi
09:49 11.10.2026
Dneprdə PUA hücumu nəticəsində yaşayış binası və avtomobillər zədələndi
Azərbaycan millisi Bakıda cüdo üzrə dünya çempionatının son günündə Avstriya ilə qarşılaşacaq
09:40 11.10.2026
Azərbaycan millisi Bakıda cüdo üzrə dünya çempionatının son günündə Avstriya ilə qarşılaşacaq
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Ağdamdakı dəhşətli cinayətin təfərrüatı
09:32 11.10.2026
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Ağdamdakı dəhşətli cinayətin təfərrüatı