AQP-nin 2026-cı il üçün fəaliyyət planı və büdcə layihəsi təsdiqləndi

AQP-nin 2026-cı il üçün fəaliyyət planı və büdcə layihəsi təsdiqləndi
İQTİSADİYYAT
14:23 12.01.2026
457
Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) 2026-cı il üçün fəaliyyət planı və büdcə layihəsi təsdiqlənib.

AZXEBER.COM AQP-yə istinadən xəbər verir ki, bununla bağlı səsvermə AQP-nin illik ümumi hesabat yığıncağı çərçivəsində keçirilib.

Bu tədbirdə Palata rəhbərliyi, üzvlər, qiymətləndirici təşkilatların nümayəndələri və müvafiq qurumların təmsilçiləri iştirak ediblər.

Yığıncağın sədarəti və katibliyi seçildikdən sonra AQP-nin sədri Nüsrət İbrahimov hesabat məruzəsi ilə çıxış edib. O bildirib ki, hesabat dövrü Palatanın institusional möhkəmlənməsi, normativ bazasının təkmilləşdirilməsi və beynəlxalq inteqrasiyanın dərinləşdirilməsi baxımından mühüm mərhələ olub. Sədr qeyd edib ki, ötən il ərzində AQP dövlət qurumları, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq əlaqələrini genişləndirərək bir sıra uğurlu təşəbbüslərə imza atıb.

Çıxışında "Qiymətləndiricinin Elektron Portalı"nın istifadəyə verilməsini Palatanın fəaliyyətində strateji əhəmiyyət daşıyan yenilik kimi dəyərləndirən N.İbrahimov bildirib ki, bu platforma qiymətləndirmə fəaliyyətində şəffaflığın artırılması, əməliyyat proseslərinin sürətləndirilməsi və məlumatların vahid, standartlaşdırılmış mühitdə idarə olunmasına xidmət edir. Onun sözlərinə görə, portal eyni zamanda dövlət informasiya sistemləri ilə qarşılıqlı inteqrasiyanın gücləndirilməsi və gələcəkdə avtomatlaşdırılmış qiymətləndirmə modelinin tətbiqi üçün mühüm texnoloji baza rolunu oynayır.

Sədr diqqətə çatdırıb ki, hazırda Palatada 175 fərdi qiymətləndirici qeydiyyatdan keçib və onların 125-i qiymətləndirici təşkilatlarda fəaliyyət göstərir. Bu göstəricilər ölkədə qiymətləndirmə bazarının institusional inkişafının və Palatanın sahə üzrə aparıcı platforma kimi mövqeyinin gücləndiyini nümayiş etdirir. N.İbrahimov AQP-nin Beynəlxalq Qiymətləndirmə Standartlarına (IVS-2025) uğurla inteqrasiya olunduğunu qeyd edərək, bu istiqamətdə həyata keçirilən tədbirlərin qiymətləndirmə fəaliyyətinin keyfiyyətinin yüksəldilməsinə və beynəlxalq təcrübəyə uyğunlaşdırılmasına xidmət etdiyini bildirib.

O, ötən il ərzində Palata rəhbərliyinin xarici səfərləri, eləcə də Bakıda keçirilən beynəlxalq tədbirlər çərçivəsində qurulan əməkdaşlıq əlaqələrinin əhəmiyyətini vurğulayıb. Beynəlxalq inteqrasiyanın əsas istiqamətlərindən biri kimi normativ və metodoloji bazanın beynəlxalq tələblərə uyğunlaşdırılması sahəsində əldə olunan nəticələr xüsusi qeyd edilib. Palata sədrinin sözlərinə görə, üzvlərin peşəkar bilik və bacarıqlarının artırılması AQP-nin prioritet fəaliyyət istiqamətlərindən biridir. Bu çərçivədə Dövlət İmtahan Mərkəzi tərəfindən qiymətləndiricilər üçün təşkil olunan imtahanların sual bazasının hazırlanmasında Palatanın yaxından iştirak etdiyi, indiyədək AQP-nin təşəbbüsü ilə çoxsaylı təlim, seminar və maarifləndirici tədbirlərin keçirildiyi bildirilib.

Daha sonra AQP-nin sədr müavinləri Ayan Qəmbərova və Günay İsmayılqızı kurasiya etdikləri sahələr üzrə illik hesabatlarla çıxış ediblər. Onlar həyata keçirilən layihələr, üzvlərlə işin təşkili, institusional prosedurların təkmilləşdirilməsi və qarşıda duran vəzifələr barədə ətraflı məlumat veriblər.

Yığıncaqda Palatanın maliyyə hesabatı da təqdim olunub, maliyyə vəsaitlərindən səmərəli və şəffaf istifadə olunduğu diqqətə çatdırılıb. Eyni zamanda İntizam Komissiyasının sədri Nahid Həsənov rəhbərlik etdiyi qurumun fəaliyyəti, daxil olan müraciətlər və görülən tədbirlər barədə məlumat verib.

Yığıncaq qarşıdakı dövrdə qiymətləndirmə sahəsində institusional inkişafın davam etdirilməsi və beynəlxalq standartlara uyğun fəaliyyətin gücləndirilməsi ilə bağlı qərarlarla başa çatıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Nərimanov rayonunda çoxmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib
23:22 05.10.2026
Nərimanov rayonunda çoxmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib
Türkiyədə təyyarədə bomba xəbərdarlığı edilib, sərnişinlər təxliyə olunub
23:12 05.10.2026
Türkiyədə təyyarədə bomba xəbərdarlığı edilib, sərnişinlər təxliyə olunub
Abşeronda 3 gün əvvəl restoranda döyülən 32 yaşlı kişi bu gün ölüb
23:05 05.10.2026
Abşeronda 3 gün əvvəl restoranda döyülən 32 yaşlı kişi bu gün ölüb
Nauman Mahmud Məkkə Müdafiə İttifaqının Baş katibi seçilib
22:56 05.10.2026
Nauman Mahmud Məkkə Müdafiə İttifaqının Baş katibi seçilib
Rəşad Nəbiyev: "İlham Əliyevin dünya çempionatının açılışında iştirakı cüdoya xüsusi önəmin göstəricisidir"
22:46 05.10.2026
Rəşad Nəbiyev: "İlham Əliyevin dünya çempionatının açılışında iştirakı cüdoya xüsusi önəmin göstəricisidir"
Pezeşkian: Hazırkı şəraitdə ABŞ-la danışıqların mənası yoxdur
22:42 05.10.2026
Pezeşkian: Hazırkı şəraitdə ABŞ-la danışıqların mənası yoxdur
Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişinə sadiqdir
22:33 05.10.2026
Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişinə sadiqdir
İki cərrah məsuliyyətə cəlb olunub - VİDEO
22:27 05.10.2026
İki cərrah məsuliyyətə cəlb olunub - VİDEO
"Euronews": "Formula 1" Bakının turizm təqviminin əsas hadisələrindən biri olub
22:19 05.10.2026
"Euronews": "Formula 1" Bakının turizm təqviminin əsas hadisələrindən biri olub
Nigeriyada göyərtəsində onlarla insanın olduğu gəmi batıb
22:12 05.10.2026
Nigeriyada göyərtəsində onlarla insanın olduğu gəmi batıb
Ermənistan və Türkiyə Gümrü-Qars elektrik ötürücü xəttinin işinin bərpasını müzakirə edib
22:07 05.10.2026
Ermənistan və Türkiyə Gümrü-Qars elektrik ötürücü xəttinin işinin bərpasını müzakirə edib
Merz: Yaxın Şərqdə münaqişənin həllindən danışmaq hələ tezdir
22:00 05.10.2026
Merz: Yaxın Şərqdə münaqişənin həllindən danışmaq hələ tezdir
Azərbaycan-Nigeriya münasibətlərinin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb
21:54 05.10.2026
Azərbaycan-Nigeriya münasibətlərinin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb
Ucarda şagirdin məktəbdən kənarlaşdırılması narazılıq yaradıb - VİDEO
21:51 05.10.2026
Ucarda şagirdin məktəbdən kənarlaşdırılması narazılıq yaradıb - VİDEO
Tovuzda 29 yaşlı gənc bıçaqlanıb, ona xəsarət yetirməkdə atası şübhəli bilinir
21:47 05.10.2026
Tovuzda 29 yaşlı gənc bıçaqlanıb, ona xəsarət yetirməkdə atası şübhəli bilinir
Arvadını bıçaqlayıb könüllü polisə təslim oldu - VİDEO
21:41 05.10.2026
Arvadını bıçaqlayıb könüllü polisə təslim oldu - VİDEO