Türkiyəli futbolçu Arda Güler "Real Madrid"də aprel ayının oyunçusu seçilib. AZXEBER.COM bu barədə "Fanatik" nəşrinə istinadən xəbər verir. Səs verən azarkeşlər yarımmüdafiəçini ayın futbolçusu mükafatına layiq görüblər. Qeyd edək ki, Arda Güler bu mövsüm "Real Madrid"in heyətində 50 matça çıxaraq altı qol vurub, 14 məhsuldar ötürmə ilə yadda qalıb.