“TRT-3” tele-kanalında türkiyəli futbolçu Arda Turan və sevgilisi Sinem Kobalın İspaniyada avtomobil qəzasına düşməsi və vəziyyətlərinin ağır olması barədə xəbər ölkə ictimaiyyətini həm təşvişə salıb, həm də kədərləndirib.Bir müddət sonra isə NTV-də telefonla canlı efirə qoşulan Ardanın meneceri Əhməd Bulud bu xəbərin doğru olmadığını, ulduz futbolçunun məşqdə olduğunu deyib: “Qətiyyən elə bir şey yoxdur. Arda hal-hazırda əynində forması məşq edir, saban matçda iştirak edəcək. Hər hansı bir avtomobil qəzası baş verməyib”.