“Arutunyan öz açıqlamaları ilə nə qədər savadsız, təsadüfi və oyuncaq bir fiqur olduğunu göstərir”

“Arutunyan öz açıqlamaları ilə nə qədər savadsız, təsadüfi və oyuncaq bir fiqur olduğunu göstərir”
SİYASƏT
15:26 30.05.2020
2078
Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev Azərbaycan Respublikasının işğal olunmuş Qarabağ bölgəsində Ermənistan tərəfindən təşkil edilmiş qondarma rejimin "başçısının” açıqlamasını şərh edib.

AZXEBER.COM həmin şərhi təqdim edir: 

Ermənistan tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş Qarabağ bölgəsində yaradılmış qondarma rejimin "başçısı" Araik Arutunyan bildirib ki, əgər Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin erməni icmasının öz müqəddəratını təyinetmə hüququnu tanıyarsa və təhlükəsizlik təminatı verərsə, münaqişə mərhələli şəkildə həll edilə bilər.

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri olaraq bildirmək istəyirəm ki, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllini və Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin hər iki icmasının sülh şəraitində birgə yaşamasını və inkişafını fəal şəkildə dəstəkləyirik.
Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni icması 1975-ci il Helsinki Yekun Aktında nəzərdə tutulmuş öz müqəddəratını təyinetmə prinsipindən bölgənin azərbaycanlı icması ilə birlikdə bərabərhüquqlu şəkildə və Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü çərçivəsində istifadə edə bilər. Öz müqəddəratını təyinetmə prinsipi heç bir halda ölkələrin ərazi bütövlüyünün pozulması, işğal faktının legitimləşdirilməsi, yaxud ərazilərin ilhaqı ilə nəticələnə bilməz.

Təhlükəsizlik təminatı ilə bağlı səslənən fikirlərə gəldikdə isə qeyd etməliyəm ki, Ermənistan – Azərbaycan münaqişəsindən ən çox əziyyət çəkən məhz əraziləri işğal olunmuş Azərbaycan Respublikası və mənim kimi öz doğma yurdlarından didərgin salınmış yüzminlərlə azərbaycanlı məcburi köçkünlərdir.
Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin erməni icması üçün yeganə təhlükəsizlik riski işğala əsaslanan hazırki status-kvonun Ermənistan tərəfindən qorunub saxlanılması siyasətidir. Ermənistan Silahlı Qüvvələrinin mərhələli həllin tərkib hissəsi kimi Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və azərbaycanlı məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki erməni icması üçün heç bir təhlükə yaratmayacaq. 

Ermənistanın və qondarma rejimin təhlükəsizliklə bağlı iddiaları münaqişənin həllini yubatmaq və nəticədə Azərbaycan ərazilərinin işğalını uzatmaq üçün bəhanədən başqa bir şey deyildir.

Bundan əlavə nəzərə alınmalıdır ki, Ermənistan – Azərbaycan münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupunun hər üç həmsədr ölkəsi BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir və onlar əldə olunacaq sülh sazişinə cavabdeh olacaqlar. Elə təkcə bu amil Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində təhlükəsizliyin təmin edilməsi ilə bağlı çox önəmli bir məqamdır.

Buna görə də Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq bir daha erməni icmasını icmalararası dialoq təklifimizə səs verməyə çağırırıq.

Son olaraq bildirmək istərdim ki, zaman-zaman kriminal məsələlərdə adı hallanmış oliqarx A.Arutunyan öz açıqlamaları ilə "siyasət” və "idarəetmə”də nə qədər savadsız, təsadüfi və oyuncaq bir fiqur olduğunu göstərir. Onun Azərbaycanı hədələməsi isə istehza və gülüş doğurur. Əslində, bu qondarma "başçı”nın özü də yaxşı dərk edir ki, bölgənin erməni icmasının Azərbaycanın suverenliyindən kənar heç bir gələcəyi yoxdur. Tam ümidvarıq ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni icması tezliklə belə kriminal ünsürlərin "hakimiyyəti”ndən azad olunacaqdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vurğuladığı kimi ölkəmiz öz ərazi bütövlüyünü təmin edəcək və işğaldan azad edilmiş bütün torpaqlarda bərpa işləri aparılacaqdır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xəzərdə meyit aşkarlandı
19:07 29.06.2025
Xəzərdə meyit aşkarlandı
Təbrizdə partlayış baş verib, 8 nəfər yaralanıb
18:52 29.06.2025
Təbrizdə partlayış baş verib, 8 nəfər yaralanıb
Zelenski Ukraynanın Ottava Konvensiyasından çıxması haqqında fərman imzalayıb
18:47 29.06.2025
Zelenski Ukraynanın Ottava Konvensiyasından çıxması haqqında fərman imzalayıb
Elçin və Hissdən yeni iş birliyi
18:27 29.06.2025
Elçin və Hissdən yeni iş birliyi
Yekaterinburqda öldürülən azərbaycanlıların nəşləri sabah Vətənə gətiriləcək
18:25 29.06.2025
Yekaterinburqda öldürülən azərbaycanlıların nəşləri sabah Vətənə gətiriləcək
Cümşüdün öldüyü yolun məsuliyyətini kim daşıyır?
18:17 29.06.2025
Cümşüdün öldüyü yolun məsuliyyətini kim daşıyır?
Almaniyanın xarici işlər naziri: Rusiya Almaniyada dinc həyata və azadlığa təhdid yaradır
18:10 29.06.2025
Almaniyanın xarici işlər naziri: Rusiya Almaniyada dinc həyata və azadlığa təhdid yaradır
Yekaterinburqda zorakılıqla saxlanılan azərbaycanlıların məhkəməsi başa çatıb
17:48 29.06.2025
Yekaterinburqda zorakılıqla saxlanılan azərbaycanlıların məhkəməsi başa çatıb
Azərbaycanın Rus icması azərbaycanlılara qarşı Rusiya güc strukturlarının qəddar davranışını pisləyir
17:29 29.06.2025
Azərbaycanın Rus icması azərbaycanlılara qarşı Rusiya güc strukturlarının qəddar davranışını pisləyir
Deputat: Rusiya mehriban qonşuluq siyasəti anlamadı
17:12 29.06.2025
Deputat: Rusiya mehriban qonşuluq siyasəti anlamadı
Goranboyda yol qəzası olub, 7 nəfər xəsarət alıb
16:52 29.06.2025
Goranboyda yol qəzası olub, 7 nəfər xəsarət alıb
"Bu, Azərbaycan mətbuatının tarixində ilk hadisədir" - Natiq Məmmədli
16:48 29.06.2025
"Bu, Azərbaycan mətbuatının tarixində ilk hadisədir" - Natiq Məmmədli
Azərbaycan parlamentinin nümayəndə heyəti Moskvada keçiriləcək iclasda iştirak etməyəcək
16:24 29.06.2025
Azərbaycan parlamentinin nümayəndə heyəti Moskvada keçiriləcək iclasda iştirak etməyəcək
Rusiya ilə bağlı qərar “Dream Fest”ə də təsir etdi - Siyahı dəyişəcək
16:21 29.06.2025
Rusiya ilə bağlı qərar “Dream Fest”ə də təsir etdi - Siyahı dəyişəcək
Yekaterinburq məhkəməsi Şahin Lalayev barəsində həbs qətimkan tədbiri seçib
16:09 29.06.2025
Yekaterinburq məhkəməsi Şahin Lalayev barəsində həbs qətimkan tədbiri seçib
Füzulidə kanalda batan şəxsin axtarışları davam edir
15:45 29.06.2025
Füzulidə kanalda batan şəxsin axtarışları davam edir