Arvadının başına meyvəqabını vurdu - 1500 manat cərimələndi

Arvadının başına meyvəqabını vurdu - 1500 manat cərimələndi
KRİMİNAL
12:27 18.06.2026
418
Şamaxıda həyat yoldaşına yüngül xəsarət yetirən şəxs cəzalandırılıb.

Barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə iş açılan rayonun Hacıqədirli kənd sakini 27 yaşlı M.Məlikova (şərti) hökm oxunub.

Şamaxı Rayon Məhkəməsinin hökmü ilə o, 1500 manat cərimə edilib.

Qeyd edək ki, hadisə bir neçə ay əvvəl M.Məlikov və həyat yoldaşı Mələkin (şərti) yaşadığı evdə baş verib. Mübahisə zəminində M.Məlikov arvadının başına meyvəqabı ilə zərbə endirib.

Polisə müraciət edən qadının alın nahiyəsində yüngül xəsarət müəyyən edilib.
 
///qafqazinfo
OXŞAR XƏBƏRLƏR