Halk Bankın rəhbərinin evindən 4,5 milyon dollar pul tapılıb.
AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, dünən tutulan Halk Bankın rəhbəri Süleyman Arslanın evindən 4,5 milyon dollar pul tapılıb. Pullar kitabxanada olan ayaqqabı qutularının içindən çıxıb.
Polis Süleyman Arslanın xanımının telefon danışıqları zamanı ərinə “Yaşıllar gəldi” ifadəsini işlətməsindən sonra əməliyyata başlayıb.
Qeyd edək ki, dünəndən başlayan əməliyyatlar nəticəsində çoxlu sayda yüksək vəzifəli şəxslər və iş adamları həbs edilib. Onların arasında azərbaycanlı iş adamı Rıza Zərrəb da var.