ASAP tərəfindən Xocalı soyqırımının ölkə xaricində tanıdılması istiqamətində tədbirlər keçirilib – FOTO

ASAP tərəfindən Xocalı soyqırımının ölkə xaricində tanıdılması istiqamətində tədbirlər keçirilib – FOTO
GƏNCLİK
20:38 28.02.2022
1798
Azərbaycanlı Tələbə və Məzunlar Platforması tərəfindən Xocalı soyqırımının ölkə xaricində tanıdılması istiqamətində silsilə tədbirlər keçirilib.

Xocalı faciəsinə həsr olunan tədbirlər çərçivəsində Azərbaycanlı Tələbə və Məzunlar Birliyinə (ASAP) üzv olan gənclərin, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasına üzv və tərəfdaş olan gənclər təşkilatlarının nümayəndələrinin, Azərbaycanda təhsil alan və Erasmus Tələbə Şəbəkəsi – Azərbaycan İctimai Birliyinə (ESN Azerbaijan) üzv olan əcnəbi tələbələrin iştirakı ilə fevralın 24-də ADA Universitetində "Xocalı Soyqırımı beynəlxalq ictimaiyyətin gözü ilə” konfransı keçirilib.

Soyqırımı ilə bağlı həqiqətlərin, erməni təcavüzkarları tərəfindən törədilən zorakılıq və vəhşiliklər barədə xarici ölkə gənclərinin məlumatlandırılması, faciə barədə faktların beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması və təbliği məqsədi ilə təşkil olunan konfransda ASAP-ın xarici ölkələrdəki fəal nümayəndələri iştirak edərək, bu vaxtadək görülən işlər barədə məlumat verib, soyqırımının beynəlxalq ictimaiyyət tərəfindən layiq olduğu hüquqi-siyasi qiyməti alması üçün gərəkli olan fəaliyyət istiqamətləri barədə fikirlərini açıqlayıblar.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü həyata keçirilən "Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına dəstək məqsədilə, ASAP-ın xarici ölkələrdəki nümayəndələri tərəfindən 23-26 fevral tarixlərində Türkiyə və Amerika Birləşmiş Ştatlarında Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş aksiyalar təşkil olunub, yerli əhali Ermənistan ordusunun Xocalı şəhərində yerli azərbaycanlı əhaliyə qarşı törətdiyi vəhşilik və soyqırımı aktı barədə məlumatlandırılıb, beynəlxalq ictimaiyyətə Xocalı faciəsini soyqırımı aktı kimi tanıması çağırışları edilib.

Qeyd edək ki, ASAP nümayəndəsi və ASAP Türkiyə icmasının üzvləri fevralın 25-də Ümraniyyə bələdiyyəsində Xocalı hadisələrinə həsr edilmiş sərgidə tərəfdaş kimi iştirak edib, soyqırımının ildönümü ilə bağlı digər bir tədbir isə həmin tarixdə Mərmərə Universitetində baş tutub. Təşkilat üzvləri hər iki tədbirdə Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya birliyinin diqqətinə çatdırılması yolları barədə danışıb, bu məsələdə Azərbaycan və Türkiyə gəncliyinin birgə fəaliyyətinin daha da artırılması vacibliyini vurğulayıblar.

Qardaş ölkənin Yalova Universitetində təşkil olunan tədbirdə isə ASAP gəncləri ali təhsil ocağının müəllim və tələbələri qarşısında Xocalı soyqırımı ilə bağlı təqdimatla çıxış edib, faciənin ağrı-acısını özündə əks etdirən şəkillər nümayiş olunub, xarici tələbələrə məlumatlandırıcı bukletlər paylanılıb.

ABŞ-ın Vaşinqton ştatında azərbaycanlı gənclərin təşəbbüsü ilə baş tutan aksiyada Xocalı qurbanlarına ədalət tələb olunub, yerli sakinlərə Xocalı soyqırımı ilə bağlı məlumatları özündə əks etdirən bukletlər paylanılıb.

Beynəlxalq birliyin diqqətini çəkmək niyyəti daşıyan aksiya və tədbirlər zamanı xaricdə yaşayan həmvətənlərimiz, xüsusilə gənclərin yaşadıqları və təhsil aldıqları ölkələrdə ildən-ilə daha yaxşı təşkilatlanması, xalqımıza qarşı düşmənçilik aparan qüvvələrin qarşısının alınmasında ardıcıl və sistemli mübarizənin aparılması yaxın gələcəkdə Xocalı soyqırımı ilə bağlı həqiqətlərin daha geniş kütlələrə çatdırılacağına inam yaradır.
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Məhərrəm ayı bu tarixdə başlayır - FƏTVA
14:02 11.06.2026
Məhərrəm ayı bu tarixdə başlayır - FƏTVA
Ölkəmizdə arağa meyillilik artır – Biz niyə içirik?
13:56 11.06.2026
Ölkəmizdə arağa meyillilik artır – Biz niyə içirik?
Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
13:46 11.06.2026
Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
Qız övladı olan valideynlərə erkən pensiya veriləcək? - VACİB AÇIQLAMA
13:44 11.06.2026
Qız övladı olan valideynlərə erkən pensiya veriləcək? - VACİB AÇIQLAMA
Bakıda tanınmış restoranda dönərə görün nə qatırlar - Fotolar
13:34 11.06.2026
Bakıda tanınmış restoranda dönərə görün nə qatırlar - Fotolar
AYNA 419 min manat ödəyib bu dayanacaqları sökdürür
13:30 11.06.2026
AYNA 419 min manat ödəyib bu dayanacaqları sökdürür
"İqtisadi tariximizdə dərin bir devalvasiya şoku da yaşanıb" - Mikayıl Cabbarov
13:28 11.06.2026
"İqtisadi tariximizdə dərin bir devalvasiya şoku da yaşanıb" - Mikayıl Cabbarov
Xərçəngdən əziyyət çəkən blogerin vəziyyəti ağırdır - FOTO
13:21 11.06.2026
Xərçəngdən əziyyət çəkən blogerin vəziyyəti ağırdır - FOTO
İsveçdən əcnəbilərlə bağlı yeni qərar: Daimi oturum icazəsi ləğv olunur
13:20 11.06.2026
İsveçdən əcnəbilərlə bağlı yeni qərar: Daimi oturum icazəsi ləğv olunur
ADNSU-da Respublika Fənn Olimpiadalarının təbiət fənləri üzrə qalibləri mükafatlandırıldı - FOTOLAR
13:18 11.06.2026
ADNSU-da Respublika Fənn Olimpiadalarının təbiət fənləri üzrə qalibləri mükafatlandırıldı - FOTOLAR
"Arzum" ləqəbli blogerin heç bir vəsatəti təmin edilmədi
13:13 11.06.2026
"Arzum" ləqəbli blogerin heç bir vəsatəti təmin edilmədi
Şəhid övladları üçün ənənəvi “Məzun Günü” tədbiri təşkil olundu - FOTOLAR
13:01 11.06.2026
Şəhid övladları üçün ənənəvi “Məzun Günü” tədbiri təşkil olundu - FOTOLAR
İran: ABŞ hücumları atəşkəsi faktiki olaraq yararsız hala salıb
12:38 11.06.2026
İran: ABŞ hücumları atəşkəsi faktiki olaraq yararsız hala salıb
"İnsanın dostu onun cibidir, çünki..." - Aysun
12:35 11.06.2026
"İnsanın dostu onun cibidir, çünki..." - Aysun
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı yeni QƏRAR
12:34 11.06.2026
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı yeni QƏRAR
İmtahana gedən tələbə quyuya düşüb xəstəxanalıq olub - Anası şirkətdən şikayətçidir
12:28 11.06.2026
İmtahana gedən tələbə quyuya düşüb xəstəxanalıq olub - Anası şirkətdən şikayətçidir