Ağstafada Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə şənlik təşkil olunub - FOTOLAR

Ağstafada Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə şənlik təşkil olunub - FOTOLAR
SOSİAL
16:11 24.12.2024
331
Ağstafada 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü və  Yeni il münasibəti ilə uşaqlar üçün möhtəşəm bayram şənlikləri təşkil olunub.
AZXEBER.COM xəbər verir ki, Heydər Əliyev Mərkəzində saat 12:00 və 15:00-da keçirilən bayram şənlikləri Ağstafa Rayon İcra Hakimiyyəti və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Ağstafa rayon şöbəsi ilə birgə təşkil olunub. Bayram tədbirində şəhid və qazi övladları, xüsusi qayğıya ehtiyacı olan, eləcə də ev şəraitində təhsil alan uşaqlar, məsul şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Tədbirdə Ağstafa RİH başçısı Seymur Orucov, millət vəkilləri  Ülviyyə Ağayeva və Azər Əmiraslanov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədrinin müşaviri Elşad Novruzov çıxış edərək uşaqları qarşıdan gələn bayramlar münasibəti ilə təbrik edib, onlara dövlətimiz tərəfindən göstərilən xüsusi diqqət və qayğıdan, Vətənə layiqli övlad kimi qayğısız böyümələri, hərtərəfli inkişaflarının təmin edilməsi istiqamətində görülən işlərdən bəhs ediblər. Qeyd olunub ki, uşaqların hərtərəfli inkişafının təmin olunmasına yönəldilmiş dövlət uşaq siyasətinin əsası hər zaman sonsuz sevgi, minnətdarlıq və qürurla xatırladığımız müasir müstəqil Azərbaycanın qurucusu, əbədiyaşar lider Heydər Əliyevin adı ilə bağlıdır. Vətən və xalq üçün gərəkli vətəndaş kimi yetişmələrini hər zaman diqqətdə saxlayan Ümummilli Lider uşaqların ən böyük himayədarı, sevimlisi olub. Əminliklə qeyd edirik ki, Ulu Öndərin yaratdığı və gələcək nəsillər üçün miras qoyduğu ənənələr Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə azərbaycanlı uşaqların taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir. Heydər Əliyev Fondu tərəfindən uşaqlara dövlət qayğısının gücləndirilməsi, onların rifah halının yaxşılaşdırılması ilə bağlı vacib proqramlar və layihələr reallaşdırılır. 

Bakı Bələdiyyə Teatrının nümayiş etdirdiyi "Qış nağılı” tamaşası, Şaxta baba və Qar qız, eyni zamanda, digər nağıl qəhrəmanları personajlarının iştirakı ilə keçirilən müxtəlif əyləncəli proqramlar uşaqların böyük sevincinə səbəb olub. 

Şənliklərdə iştirak edən 800 nəfər uşağa bayram hədiyyələri təqdim olunub.
 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu il qış sərt keçəcək: Güclü şaxta və qar gözlənilir
16:16 02.11.2026
Bu il qış sərt keçəcək: Güclü şaxta və qar gözlənilir
“Stop” sözü “Toxta” ilə əvəzlənə bilməz – Dilçidən deputatın təklifinə ETİRAZ
16:01 02.11.2026
“Stop” sözü “Toxta” ilə əvəzlənə bilməz – Dilçidən deputatın təklifinə ETİRAZ
Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI
16:00 02.11.2026
Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI
Vəzifəli şəxs rüşvətə görə həbs edildi
15:57 02.11.2026
Vəzifəli şəxs rüşvətə görə həbs edildi
Macarıstan Türk dünyasından uzaqlaşır? - Niyə Ankara görüşündə iştirak etmədilər?
15:31 02.11.2026
Macarıstan Türk dünyasından uzaqlaşır? - Niyə Ankara görüşündə iştirak etmədilər?
Deputat “Halloween”dən danışdı: “Öz milli bayramlarımızı qeyd etməyən insanlar…”
15:28 02.11.2026
Deputat “Halloween”dən danışdı: “Öz milli bayramlarımızı qeyd etməyən insanlar…”
HONOR X9e Pro: Sərhədlərə meydan oxu
15:17 02.11.2026
HONOR X9e Pro: Sərhədlərə meydan oxu
Bu şəxslərə həftəiçi ilk gediş 1 qəpik olacaq
15:13 02.11.2026
Bu şəxslərə həftəiçi ilk gediş 1 qəpik olacaq
Fazil Mustafa: “Əmək hüquqlarını qorumaq istəyərkən sahibkarlar da çətinlik çəkir”
14:47 02.11.2026
Fazil Mustafa: “Əmək hüquqlarını qorumaq istəyərkən sahibkarlar da çətinlik çəkir”
Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: “Azərbaycanlı uşaqlar öz dilində oxusun”
14:32 02.11.2026
Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: “Azərbaycanlı uşaqlar öz dilində oxusun”
Azərbaycanda bu sürücülər də imtahan verəcək
14:09 02.11.2026
Azərbaycanda bu sürücülər də imtahan verəcək
“Türkiyə-Azərbaycan münasibətlərini korlamağa çalışırlar” - Deputat
13:46 02.11.2026
“Türkiyə-Azərbaycan münasibətlərini korlamağa çalışırlar” - Deputat
Ceyranbatan gölündə meyit tapılması xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA
13:46 02.11.2026
Ceyranbatan gölündə meyit tapılması xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA
İki ölkədə işləyənlərin pensiyası necə hesablanacaq? – Deputatdan AÇIQLAMA
13:38 02.11.2026
İki ölkədə işləyənlərin pensiyası necə hesablanacaq? – Deputatdan AÇIQLAMA
Şoyqu: Qərbin müstəmləkə gücləri öz-özünə dağılır
13:36 02.11.2026
Şoyqu: Qərbin müstəmləkə gücləri öz-özünə dağılır
Krediti olub işsiz qalanlara ŞAD XƏBƏR – Borcu belə ödəyə biləcəklər
13:30 02.11.2026
Krediti olub işsiz qalanlara ŞAD XƏBƏR – Borcu belə ödəyə biləcəklər