“Atletiko”nun ümidi “Qarabağ”a qalıb - Simeone

“Atletiko”nun ümidi “Qarabağ”a qalıb - Simeone
İDMAN
12:15 22.11.2017
4310

"Roma” ilə İtaliyada keçirdiyimiz oyundan sonra rəqib çox "artırıb”. 

AZXEBER.COM-un APA-ya istinadən məlumatına görə, bu sözləri "Atletiko”nun baş məşqçisi Dieqo Simeone deyib.

"Qarabağ”ın Çempionlar Liqasındakı rəqiblərindən olan İspaniya nəhəngi bu gün V tur çərçivəsində "Roma” ilə üz-üzə gələcək. Madridliləri növbəti mərhələ şansını davam etdirmək üçün "Vanda Metropolitano” stadionunda yalnız qələbə qane edir. Simeonenin komandası qarşıdakı iki görüşdə qələbə qazansa belə, 1/8 finala vəsiqə qazanıb-qazanmamağı "Qarabağ”dan asılı olacaq.

Ancaq argentinalı mütəxəssis Azərbaycan çempionunun çıxışı barədə düşünmədiklərini bildirib: "Roma”nın futbolçuları nə etdiklərini yaxşı bilirlər və bunun uğurlu yol olduğuna inanırlar. Qələbə qazandıqca özlərinə inamı daha da artır. Rəqibin heyətində Daniele De Rossi kimi təcrübəli futbolçu var. Hansı ki, bu vəziyyəti idarə edəcək səviyyədədir. Biz hazırda yalnız özümüz barədə düşünməliyik. Bundan sonra "Qarabağ”ın nəticəsinə baxmaq olar. Ümumiyyətlə, "Qarabağ”ın hansı nəticəni göstərməsindən asılı olmayaraq, öz oyunumuza köklənməliyik. Çox az vaxtımız qalıb. Həyatı gözəlləşdirən məqamlardan biri də bəzən gözlənilməz hadisələrin baş verməsidir. Biz də qarşıdakı iki matçda qələbə qazanmaq üçün bütün gücümüzü ortaya qoyacağıq”.

Qeyd edək ki, sona 2 tur qalmış "Atletiko” 3 xalla C qrupunda 3-cü pillədə qərarlaşıb. Lider "Roma”nın 8, "Çelsi”nin 7, "Qarabağ”ın isə aktivində 2 xal var. 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Qalibaf: Qafqaz xarici güclərin rəqabət meydanına çevrilməməlidir
20:23 05.10.2026
Qalibaf: Qafqaz xarici güclərin rəqabət meydanına çevrilməməlidir
Dirk Lölke: İlham Əliyevin Berlin səfəri münasibətlərin yeni mərhələsinin başlanğıcıdır
20:17 05.10.2026
Dirk Lölke: İlham Əliyevin Berlin səfəri münasibətlərin yeni mərhələsinin başlanğıcıdır
Ceyhun Bayramov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
20:11 05.10.2026
Ceyhun Bayramov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
Mariya Zaxarova: Yaponiya münasibətləri pisləşdirəcək hərəkətləri davam etdirir
20:07 05.10.2026
Mariya Zaxarova: Yaponiya münasibətləri pisləşdirəcək hərəkətləri davam etdirir
İsrailin 27 diplomatı Böyük Britaniyadan çıxarıla bilər
20:01 05.10.2026
İsrailin 27 diplomatı Böyük Britaniyadan çıxarıla bilər
“Bloomberg”: NATO Rusiyanın hücumu halında "sürətli qələbə" planı hazırlayır
19:56 05.10.2026
“Bloomberg”: NATO Rusiyanın hücumu halında "sürətli qələbə" planı hazırlayır
Mirzoyan və Əraqçi TRIPP layihəsinin imkanlarını müzakirə ediblər
19:49 05.10.2026
Mirzoyan və Əraqçi TRIPP layihəsinin imkanlarını müzakirə ediblər
Azərbaycan hərbçiləri Pakistanda təlimlərdə iştirak edib
19:44 05.10.2026
Azərbaycan hərbçiləri Pakistanda təlimlərdə iştirak edib
Prezidentin sosial şəbəkə hesablarında Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışından paylaşım edilib
19:32 05.10.2026
Prezidentin sosial şəbəkə hesablarında Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışından paylaşım edilib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edildi
19:32 05.10.2026
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edildi
Rubio: ABŞ Rusiyadakı taun şübhəsi ilə bağlı vəziyyəti yaxından izləyir
19:15 05.10.2026
Rubio: ABŞ Rusiyadakı taun şübhəsi ilə bağlı vəziyyəti yaxından izləyir
Aİ Moldovaya 157 milyon avroluq vəsait ayırıb
19:08 05.10.2026
Aİ Moldovaya 157 milyon avroluq vəsait ayırıb
AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır
18:55 05.10.2026
AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır
Fransada 500-ə yaxın məktəb bağlanacaq
18:40 05.10.2026
Fransada 500-ə yaxın məktəb bağlanacaq
Bakıda sinif yoldaşı tərəfindən bıçaqlanan yeniyetmə vəfat edib
18:27 05.10.2026
Bakıda sinif yoldaşı tərəfindən bıçaqlanan yeniyetmə vəfat edib
BƏƏ 17 iranlı məhbusu Tehrana təhvil verib
18:18 05.10.2026
BƏƏ 17 iranlı məhbusu Tehrana təhvil verib