Avropada Azərbaycan neftinə ciddi rəqib: Kral bazara girir - FOTOLAR

Avropada Azərbaycan neftinə ciddi rəqib: Kral bazara girir - FOTOLAR
İQTİSADİYYAT
13:46 15.10.2015
2175
Dünyanın ən iri neft hasilatçısı olan Səudiyyə Ərəbistanı ilk dəfə Avropa neft bazarına girib və sentyabrın sonlarından başlayaraq Polşaya neft çatdırmağa başlayıb.
Səudiyyə neftinin Polşaya daxil olması Rusiyanı bu ölkə bazarından sıxışdırıb. Rusiya Polşaya ildə 20 milyon ton neft satırdı.
 Rusiyanın energetika naziri Aleksandr Novak Səudiyyə Ərəbistanının Avropa neft bazarına girməsini “ciddi çağırış” adlandırıb.
“Bizdə neft bazarları qlobaldır. Hər ölkə neftini kimə, hara satmaqda sərbəstdir. Bu, rəqabətdir və hazırda olduqca sərt rəqabət gedir... Biz görürük ki, Səudiyyə Ərəbistanı neft bazarında rəqabətdə iştirak etmək strategiyasını reallaşdırır, ona görə də hamı buna hazır olmalıdır. Xüsusən də neft bazarında təklifin tələbi xeyli üstələdiyi bir vaxtda”- deyə “Röyter” agentliyi Novakdan sitat gətirir.
Rusiyanın ixrac neftinin 40 faizə yaxını - ildə təxminən 100 milyon ton neft Avropanın şimalına gedir. Bu region Rusiyanın “Urals” markalı neftinin əsas istehlakçısıdır. Lakin son vaxtlar Yaxın Şərqdən ucuz sortların Avropa bazarlarına yol tapması ilə Rusiya nefti mövqelərini itirməyə başlayıb.
Səudiyyə Ərəbistanının bazarda peyda olması isə rəqabəti daha da kəskinləşdirəcək və qiymətlərin sonrakı ucuzlaşmasına səbəb olacaq.
Xatırladaq ki, Azərbaycan neftinin də əsas istehlakçısı Avropa ölkələridir. Bu yaxınlarda ABŞ-ın energetika üzrə nüfuzlu “Platts” agentliyi yazmışdı ki, Qərbi Afrikadan neft daşınmalarının artırılması ilə əlaqədar Avropanın bəzi ölkələrdən, o cümlədən Azərbaycandan aldığı neftin həcmi azalacaq.
Məlumatda bildirilirdi ki, Qərbi Afrika neftinə Asiyada tələbat azaldığından, həmçinin daşınma marşrutunun əlverişliliyini nəzərə alaraq Avropanın neft emalı ilə məşğul olan şirkətləri sentyabrdan başlayaraq Nigeriya və Anqoladan daha çox neft alacaq.
Ekspertlərin fikrincə, sentyabrdan etibarən Qərbi Afrikadan Avropaya günə 1,6 milyon barrel neft daşınır. Vəziyyətin bu şəkildə dəyişməsi Azərbaycan neftinin alıcısı olan şirkətlərin üzünü Qərbi Afrikaya doğru çevirməsinə səbəb olacaq.
Qərbi Afrika nefti ilə yanaşı Səudiyyə Ərəbistanı neftinin də Avropa bazarına girməsi şübhəsiz ki, Azərbaycan nefti üçün də rəqabətin kəskinləşməsi deməkdir. Rəqabətə davam gətirmək üçün Azərbaycan neftinin satışını təşkil edən treyderlər daha aşağı qiymət təklif etməli olacaq.
Bundan əvvəl Azərbaycan neftinin əsas müştərilərindən olan İsrailin İraq kürdlərindən neft almağa başladığı məlum olmuşdu. “Financial Times” qəzetinin yazdığına görə, bu ilin mayından avqustun 11-nə qədər İsrail İraq kürdlərindən 19 milyon barreldən çox neft alıb.
İsrailin İraq kürdlərindən aldığı neftin dünya bazarı qiymətləri ilə dəyəri 1 milyard dollar yaxındır. Beləliklə, İsrail həmin müddət ərzində neftə olan tələbatının dörddə üçünü məhz İraq neftinin hesabına ödəyib.
virtualaz.org
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
17:43 05.08.2026
Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
"Forsaj", "Ceyms Bond", "Boz Adam"... – Azərbaycan hansı məşhur filmlərə ev sahibliyi edib?
17:40 05.08.2026
"Forsaj", "Ceyms Bond", "Boz Adam"... – Azərbaycan hansı məşhur filmlərə ev sahibliyi edib?
"Bakıda taksi qiymətləri bahalaşacaq, tıxaclar artacaq" - XƏBƏRDARLIQ
17:36 05.08.2026
"Bakıda taksi qiymətləri bahalaşacaq, tıxaclar artacaq" - XƏBƏRDARLIQ
Zəng yox, mesaj: İnsanlar niyə danışmaq əvəzinə yazışmağa üstünlük verir?
17:23 05.08.2026
Zəng yox, mesaj: İnsanlar niyə danışmaq əvəzinə yazışmağa üstünlük verir?
Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ
17:08 05.08.2026
Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ
Bakıda bu avtobus marşrutunun hərəkəti dəyişdirildi
17:04 05.08.2026
Bakıda bu avtobus marşrutunun hərəkəti dəyişdirildi
“Köhnə stereotiplər Azərbaycanın hüquqi mövqeyini dəyişə bilməz”- Deputat
16:55 05.08.2026
“Köhnə stereotiplər Azərbaycanın hüquqi mövqeyini dəyişə bilməz”- Deputat
Hacıbəy Heydərli: Bu fərman sosial şəbəkə platformalarının məsuliyyətini artıracaq
16:38 05.08.2026
Hacıbəy Heydərli: Bu fərman sosial şəbəkə platformalarının məsuliyyətini artıracaq
Kapital Bank-ın istiqrazlarına tələbat buraxılış həcmini üç dəfəyə yaxın üstələdi
16:37 05.08.2026
Kapital Bank-ın istiqrazlarına tələbat buraxılış həcmini üç dəfəyə yaxın üstələdi
Evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanıldı
16:29 05.08.2026
Evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanıldı
Süni intellektlə hazırlanan saxta videoları necə tanımaq olar?
16:22 05.08.2026
Süni intellektlə hazırlanan saxta videoları necə tanımaq olar?
İsti havada avtomobildə qoyulmamalı 10 əşya - Partlayış və yanğın riski yarada bilər
16:14 05.08.2026
İsti havada avtomobildə qoyulmamalı 10 əşya - Partlayış və yanğın riski yarada bilər
“Vardanyanın rəhbərlik etdiyi bankı “camaşırxana” adlandırıblar” - Deputat
16:09 05.08.2026
“Vardanyanın rəhbərlik etdiyi bankı “camaşırxana” adlandırıblar” - Deputat
Kolleclərdə ən yüksək təhsil haqqı olan ixtisaslar – SİYAHI
16:04 05.08.2026
Kolleclərdə ən yüksək təhsil haqqı olan ixtisaslar – SİYAHI
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
16:00 05.08.2026
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
Şirvan kanalı bərpa edildi
15:57 05.08.2026
Şirvan kanalı bərpa edildi