Avropada səyahət qaydalarını yumşaldan ölkələr - SİYAHI

Avropada səyahət qaydalarını yumşaldan ölkələr - SİYAHI
MARAQLI
08:52 19.05.2021
871
Koronavirusun yayılması səbəbindən bir çox Avropa dövləti səyahət qadağaları tətbiq edir. Ancaq buna baxmayaraq, turistlər üçün giriş qaydalarını yumşaldan ölkələr də var.

"TRT Haber” həmin ölkələrin siyahısını təqdim edib.

Danimarka 26 iyun tarixinə qədər Avropa İttifaqının (Aİ) rəqəmsal sertifikatı ilə sərhədlərini bütün turistlərə açmağı planlaşdırır. Ölkə 1 may tarixindən etibarən Aİ/Şengen ölkələrinə səyahət icazəsi verib.

15 may tarixindən etibarən 20 milyon insanı peyvənd etmək məqsədinə çatan Fransanın 9 iyunda və ondan sonra bəzi beynəlxalq səyahətlərə icazə verəcəyi gözlənilir. Ölkə "TousAntiCovid” adlı tətbiq ilə sərnişinlərin peyvənd/test vəziyyətini izləyəcək. Digər tərəfdən, məhdudiyyətlərə məruz qalacaq və ya səyahət izni veriləcək ölkələr müəyyənləşdiriləcək.

Malta 1 iyundan etibarən tam peyvənd olunmuş insanların ölkəyə girişinə icazə verməyi planlaşdırır. Ölkədə 2 gecədən çox qalan qonaqlar əlavə haqq ödəməlidir.

Böyük Britaniyada 17 may tarixindən etibarən yaşıl kateqoriyaya daxil olan ölkələrə gediş-gəlişə karantin olmadan sərbəst hərəkət təklif olunur. Bununla yanaşı, bu ölkələrdən gələn turistlər səyahət etməzdən əvvəl PCR testindən keçməlidirlər. Hal-hazırda Britaniyanın yaşıl siyahısında olan yerlər: Avstraliya, Yeni Zelandiya, Sinqapur, Bruney, İslandiya, Farer Adaları, Cəbəllütariq, Folkland Adaları, İsrail, Gürcüstan və Cənubi Sandviç Adaları, Saint Helena və Portuqaliya.

Portuqaliya 17 may tarixindən etibarən sərhədlərinin bütün Aİ/Şengen bölgəsi vətəndaşlarına və Britaniyaya məcburi olmayan səyahətə açıq olduğunu bildirib. Ölkəyə gələcək 2 yaşdan yuxarı hamı mənfi nəticəli test təqdim etməlidir.

İtaliya 16 may tarixindən etibarən beynəlxalq səyahətlərin açılmasının ilk addım kimi Britaniya və İsraildən gələn turistlərin ölkəyə karantinsiz girişinə icazə verir.

Niderland 15 may tarixindən etibarən Portuqaliya, Malta, İrlandiya, Tayland, Ruanda, Aruba, Kurakao və Sint Maarten və bəzi Yunan adalarına məcburi olmayan səyahətlərə icazə verib.

14 may tarixindən etibarən Yunanıstan Aİ ölkələri, ABŞ, Britaniya və İsrailə səyahətə icazə verib. Bu ölkələrdən olan insanlar tam peyvəndlənməli və ya mənfi nəticəli test təqdim etməlidirlər.

Almaniyanın Robert Koç İnstitutu 13 may tarixindən etibarən ölkəyə gəlməmişdən 72 saat əvvəl tam peyvənd edilmiş və testi mənfi olan insanların karantin tətbiq edilməsinə ehtiyac olmadığını bildirib. Ancaq bu, "yüksək riskli” ölkələrdən gələnlərə şamil edilmir.

1 aprel tarixindən etibarən Xorvatiya tam peyvənd edilmiş və ya koronavirusdən sağalan insanların karantin olmadan ölkəyə girməsinə icazə verir.

18 martda açıqlanan qərarla İslandiya Aİ ölkələrindən tam peyvənd olunmuş insanlara səyahət icazəsi verən ilk ölkələrdən biridir. Bununla yanaşı, ölkə bu Rusiya və ya Çin peyvəndləri vurulan insanları qəbul etmir.

Polşa 18 fevral tarixindən etibarən Aİ ölkələri və İslandiya, Lixtenşteyn, Norveç, İsveçrə, Gürcüstan, Yaponiya, Yeni Zelandiya, Tayland, Cənubi Koreya, Tunis və Avstraliyadan tam peyvənd olunmuş şəxslərə karantin tətbiq etmir.

Estoniya hökuməti fevralın 2-də peyvənd olunmuş turistlərin və koronavirusdan sağalanların karantindən azad olacağını açıqlayıb.

Rumıniyanın Fövqəladə Hallar üzrə Milli Komitəsi yanvar ayının sonunda vaksin vurulan turistlərin karantinə alınmasına ehtiyac olmadığını bildirib. Ölkədə karantinin iyun ayında tamamilə qaldırılacağına ümid edilir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
TuranBank-ın İH Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
14:59 19.06.2026
TuranBank-ın İH Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Lerikdə "Uşaqlar üçün Konstitusiya" layihəsi çərçivəsində maarifləndirici tədbir keçirildi - FOTO
14:44 19.06.2026
Lerikdə "Uşaqlar üçün Konstitusiya" layihəsi çərçivəsində maarifləndirici tədbir keçirildi - FOTO
Lissabonda səfirliyimiz təsis ediləcək - Sərəncam
14:33 19.06.2026
Lissabonda səfirliyimiz təsis ediləcək - Sərəncam
Zaur Mikayılov Zaqatala rayonunda vətəndaşlarla görüşdü
14:21 19.06.2026
Zaur Mikayılov Zaqatala rayonunda vətəndaşlarla görüşdü
Qurbanov Yankoviçlə bağlı qərarını verdi
14:19 19.06.2026
Qurbanov Yankoviçlə bağlı qərarını verdi
"Park Yasamal"da hər ehtiyaca uyğun mənzillər: hazır və tikintisi davam edən binalarda satışlar davam edir!
14:15 19.06.2026
"Park Yasamal"da hər ehtiyaca uyğun mənzillər: hazır və tikintisi davam edən binalarda satışlar davam edir!
Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar
14:09 19.06.2026
Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar
"Taksilərə 2-3 dəqiqəlik şərait yaradılsın" - Deputatdan təklif
13:53 19.06.2026
"Taksilərə 2-3 dəqiqəlik şərait yaradılsın" - Deputatdan təklif
"AzParking"də texniki problem yarananda sürücülər nə etməlidir?
13:38 19.06.2026
"AzParking"də texniki problem yarananda sürücülər nə etməlidir?
Azərbaycan banklar vətəndaşlara faizsiz pul verə bilər - AÇIQLAMA
13:37 19.06.2026
Azərbaycan banklar vətəndaşlara faizsiz pul verə bilər - AÇIQLAMA
Astroloqlardan xoş xəbər: Bu bürclər həftəsonu daha çox qazanacaq
13:34 19.06.2026
Astroloqlardan xoş xəbər: Bu bürclər həftəsonu daha çox qazanacaq
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim
13:28 19.06.2026
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim
Mütəxəssislərdən xəbərdarlıq: Kaliforniyada dağıdıcı zəlzələnin əlamətləri görünür
13:20 19.06.2026
Mütəxəssislərdən xəbərdarlıq: Kaliforniyada dağıdıcı zəlzələnin əlamətləri görünür
Gülüstan Əliyeva “Qərbi Azərbaycana qayıdış” festivalında - VİDEO
13:11 19.06.2026
Gülüstan Əliyeva “Qərbi Azərbaycana qayıdış” festivalında - VİDEO
Azərbaycan məktəblilərindən möhtəşəm uğur
13:05 19.06.2026
Azərbaycan məktəblilərindən möhtəşəm uğur
Sənədsiz evlər üçün amnistiya elan edilsin - Deputat
13:03 19.06.2026
Sənədsiz evlər üçün amnistiya elan edilsin - Deputat