Avropanın daha bir ölkəsində karantin elan edildi

DÜNYA
23:42 31.10.2020
885
Avstrya hökuməti koronavirus təhlükəsi ilə bağlı 3 noyabrdan etibarən ölkənin bütün ərazisində karantin elan edib.

AZXEBER.COM xəbər verir ki, bunu Avstriyanın baş naziri Sebastian Kurts bəyan edib.

"Çərşənbə axşamından etibarən noyabr ayının sonunadək ölkədə karantin tətbiq ediləcək. Saat 20:00-dan səhər saat 06:00-dək evdən çıxmağa müəyyən məhdudiyyət qoymaq lazımdır. Qanunda nəzərdə tutulduğu kimi, bu evdən ümumiyyətlə çıxmağın mümkün olmayacağı anlamına gəlmir. Əlbətdə ki, işə gedə, digər insanlara kömək edə və ya gəzintiyə çıxa bilərsiniz. Konkret olaraq, bu o deməkdir ki, ziyarətə gedə bilməzsiniz, yəni evdən çıxaraq başqa insanlarla görüşmək olar. Bu lazımdır, çünki bu cür görüşlər infeksiya sayının artmasına səbəb olub” deyə, Kurts bildirib.

3 noyabrdan etibarən iaşə müəssisələri - restoranlar, barlar və kafelər müştəriləri qəbul etməyəcək və yalnız yemək çatdırılması xidməti işləyəcək. Gecə saat 20 00-dan səhər saat 06:00-a qədər yalnız beş halda çölə çıxmaq mümkün olacaq: təcili işə, ehtiyacı olan insanlara kömək etmək, gəzmək, ərzaq almağa və həyat üçün təhlükə yarandıqda.

Dövlət orqanlarının işi istisna olmaqla kütləvi tədbirlərin keçirilməsi qadağandır. Otellər turizm məqsədilə müştəri qəbul etməyəcək. İdman tədbirləri tamaşaçısız keçiriləcək. Məktəblər və kitabxanalar işlərinə davam edəcəklər. Yuxarı siniflər və universitetlər distant təhsilə keçəcək. Rəqs məktəbləri, idman zalları, əyləncə parkları, hamamlar, teatrlar, operalar, kinoteatrlar bağlanacaq. Pərakəndə satış nöqtələrində alıcıların sayı məhdud olacaq. İş yerlərində tibbi maskalar taxmaq və başqalarından məsafəni qorumaq tövsiyə ediləcək.

OXŞAR XƏBƏRLƏR