Avtomobilə sərnişin kimi əyləşən şəxsin 120 min dolları oğurlanıb - VİDEO

Avtomobilə sərnişin kimi əyləşən şəxsin 120 min dolları oğurlanıb - VİDEO
SOSİAL
23:18 11.06.2026
233
Bakıda sərnişinin 120 min dollar pulu oğurlanıb.

AZXEBER.COM-un Xezerxeber.az-a istinadən məlumatına görə, iyunun 4-də paytaxtın Binəqədi rayonu ərazisində avtomobildə sərnişin qismində əyləşən bir nəfərin 120 min dollarının oğurlanması barədə polisə məlumat daxil olub.

Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən həmin avtomobilin sürücüsü Əfsan Məmmədov və onunla cinayətdə qabaqcadan əlbir olan tanışı Samir Bəylərli saxlanılıblar.

Araşdırmalarla müəyyən edilib ki, Əfsan Məmmədov avtomobildə əyləşən əvvəldən tanıdığı şəxsin üzərində külli miqdarda pul vəsaiti olacağından xəbərdar olub və bu barədə Samir Bəylərliyə məlumat verib. Onlar aralarında razılaşaraq sərnişinin avtomobildən düşəcəyi vaxtı müəyyənləşdiriblər. Daha sonra nəqliyyat vasitəsinin guya nəzarətsiz qalması səbəbindən avtomobildən oğurluq edilməsi görüntüsü yaradaraq talama cinayətini həyata keçiriblər.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR