Ayxan Abbasov: "Nə olur olsun, futbolçularımın arxasındayam"

Ayxan Abbasov: "Nə olur olsun, futbolçularımın arxasındayam"
İDMAN
01:42 31.10.2021
321
"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 9-cu turu çərçivəsində "Səbail"ə qarşı keçirdikləri oyunu dəyərləndirib. 

AZXEBER.COM xəbər verir ki, Abbasov, 2:0 hesabıyla qələbə qazandıqları matçdan sonra baş tutan mətbuat konfransında belə danışıb:
 
"Komandamı təbrik edirəm. Azarkeşlərə təşəkkür edirəm. Bu gün dəstəyə ehtiyacımız var idi. Çempionatın önəmli yerindəyik. Bu gün xal itirməklə rəqiblərdən uzaqlaşa bilərdik. Çempionatın sonu nə olur olsun, mən futbolçularımın arxasındayam. Burada olduğum illərdə çox ilklərə imza atmışıq. Biz ilk növbədə bunu futbolçulara borcluyuq. Çalışacağıq ki, daha yaxşı olaq. Sona qədər mübarizə aparacağıq. İnanırıq və mübarizəmizə davam edəcəyik".
 
- Səid Rza qol vurdu və azarkeşlərə gözəl jest etdi...

- Sistemdə bəzi dəyişikliklər etmişdik. Rəqibi də təbrik etməliyik. Aftandil Hacıyevin işi çox çətindir. "Səbail" "Qarabağ"ı udub, buraya gəlmişdi. Oyuna iki hücumçuyla başlamaq istədik. Rəqibin üstünlük yaratmasına imkan vermədik. Səid yeni gəlib, uyğunlaşması üçün vaxt lazımdır. Potensialı var. Mənə 100 hücumçu göndərməyiblər ki, seçim edim. İmkanlara uyğun futbolçu gətiririk. Səid qol vuraraq azarkeşləri coşdurdu.
 
- İki hücumçuyla oynamağa davam edəcəksiz?
 
- Ötən il də bu sistemlə oynadığımız oyunlar olub. Bilirsiz ki, çempionatda az qol vuran komandalardanıq. Bundan əlavə, bu gün mütləq 3 xal qazanmalıydıq. İstəyirdim ki, iki hücumçuyla rəqibin müdafiəsini təzyiq altında saxlayaq. 
 
- Bu gün qapıda Aydın Bayramova yox, Tərlan Əhmədliyə şans vermişdiz. Bu, nəylə bağlıydı? 
 
- Tərlana şans verməyi düşünürdüm. Aydın gənc qapıçı idi, milliyə düşdü. O, o qədər əziyyətlə bura çatıb ki... Mənim Aydına inamım 100 faizdir. Hərdən istirahət etməli, rəqabəti hiss etməlidir. Tərlana da güvənirəm. Futbolçularım milliyə getsə də, oynayan oyunçu sayı azdır. Aydın yığmaya çağırılsa da, oynamır. Bu, bizə çətinlik yaradır. Bəzi mövqelər var ki, rotasiya edə bilmirik. Bu gün Vurğun da uzun müddətdən sonra matça çıxdı. Roman Hüseynov da həmçinin. Hərdən "Sumqayıt" haqda danışanda cəmi 2-3 futbolçudan söz açılır. Amma digər futbolçular da var. İnanıram ki, Tərlan da milli komandaya düşəcək.
 
- "Qarabağ"la oyunda hansı dəyişikliklərə əl atacaqsız?
 
- "Qarabağ" indi daha güclüdür. Səhv etmirəmsə, çempionatın 5-6 turunda ehtiyat qüvvəylə oynayıb. Onlar yaxşı formadadırlar. Biz oyuna hazırlaşacağıq. Rəqibi təhlil edəcəyik. Bizdə də itkilər var. Elvin Bədəlov üçün mövsüm bitib. Murad Xaçayevə ağır cəza verilib. Təhqir etmək 4 oyundur, toxunmaq 5. Bununla bağlı şikayət etmişik. Bizə düşən odur ki, çalışaq. İnşallah, yaxşı olacaq.
 
- Hakimlikdən razı qaldız?
 
- Mən hər zaman olanı deyirəm. Bəzi şeylər var ki, yəqin onu qəbul etmirlər. Hakim xoşuma gəldi, imkan verdi ki, oynayaq. Qırmızı vərəqə epizoduna baxmaq lazımdır. Səhvlər ola bilər. Belə cavan hakimlər səhv etsələr, başa düşmək olar. Amma təcrübəli hakimlərin səhvlərini adam qəbul edə bilmir. Gəlib hakimlərə baxsınlar, alınmırsa sənədlərini verib göndərsinlər. Mən kimisə təhqir etmirəm. Vallah, mən də qocalanda getməyimlə bağlı məsləhət versələr, gedərəm.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib
20:05 23.08.2026
İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib
Özbəkistanda İlham Əliyevin şərəfinə verilən ziyafətdə Müslüm Maqomayevin əsəri səsləndirilib - VİDEO
20:04 23.08.2026
Özbəkistanda İlham Əliyevin şərəfinə verilən ziyafətdə Müslüm Maqomayevin əsəri səsləndirilib - VİDEO
Müttəfiqlikdən nəsillərüstü dostluğa - Azərbaycan-Özbəkistan münasibətlərində əbədi mərhələ
19:53 23.08.2026
Müttəfiqlikdən nəsillərüstü dostluğa - Azərbaycan-Özbəkistan münasibətlərində əbədi mərhələ
İlham Əliyev Özbəkistanda "Yeni Daşkənd" layihəsi ilə tanış olub - VİDEO
19:51 23.08.2026
İlham Əliyev Özbəkistanda "Yeni Daşkənd" layihəsi ilə tanış olub - VİDEO
Daşkənddə Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
19:30 23.08.2026
Daşkənddə Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Daşkənddə Azərbaycan və Özbəkistan sənədlərinin imzalanma və mübadiləsi mərasimi olub - VİDEO
19:18 23.08.2026
Daşkənddə Azərbaycan və Özbəkistan sənədlərinin imzalanma və mübadiləsi mərasimi olub - VİDEO
Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsi son beş ildə 3 dəfə artıb
19:06 23.08.2026
Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsi son beş ildə 3 dəfə artıb
Prezidentlərin təltifolunma mərasimi keçirilib - FOTOLAR
19:00 23.08.2026
Prezidentlərin təltifolunma mərasimi keçirilib - FOTOLAR
SEPAH: İranın ABŞ sanksiyalarına qarşı mübarizə ssenarisi mövcuddur
18:53 23.08.2026
SEPAH: İranın ABŞ sanksiyalarına qarşı mübarizə ssenarisi mövcuddur
Manuel Noyer TARİX YAZDI
18:48 23.08.2026
Manuel Noyer TARİX YAZDI
UEFA Çempionlar Liqası: "Sabah" - "Hapoel" oyununun hakimləri müəyyənləşdi
18:44 23.08.2026
UEFA Çempionlar Liqası: "Sabah" - "Hapoel" oyununun hakimləri müəyyənləşdi
İsmayıllıda minik avtomobilləri toqquşub, xəsarət alanlar var
18:38 23.08.2026
İsmayıllıda minik avtomobilləri toqquşub, xəsarət alanlar var
Mirziyoyev Özbəkistan-Azərbaycan nəqliyyat dəhlizinin yaradılmasını təklif edib
18:34 23.08.2026
Mirziyoyev Özbəkistan-Azərbaycan nəqliyyat dəhlizinin yaradılmasını təklif edib
Mirziyoyev İlham Əliyevin Özbəkistana dövlət səfərinin tarixi əhəmiyyət kəsb etdiyini bildirib
18:28 23.08.2026
Mirziyoyev İlham Əliyevin Özbəkistana dövlət səfərinin tarixi əhəmiyyət kəsb etdiyini bildirib
Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimləri baş tutub
18:25 23.08.2026
Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimləri baş tutub
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
18:20 23.08.2026
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO