Azərbaycanda baş məşqçiyə görünməmiş cəza verildi

Azərbaycanda baş məşqçiyə görünməmiş cəza verildi
İDMAN
08:47 16.02.2011
2393

AFFA İntizam Komitəsinin növbəti toplantısı keçirilib. ANS PRESS-in AFFA-ya istinadən verdiyi məlumata görə, toplantıda futbol qarşılaşmalarında baş tutan bir sıra mübahisəli məqamlar müzakirə edilib. 

İntizam Komitəsinin çıxardığı qərarları nəzərinizə çatdıdırırıq: 12 fevral 2011-ci il tarixində XIX Unibank Premyer Liqasının XX turunun “Bakı” – “Muğan” matçında “Bakı” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 (min) manat cərimə olunur. 

11 fevral 2011-ci il tarixində XIX Unibank Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XX turunun MOİK – “Turan” matçının 40-cı dəqiqəsində “Turan” klubunun 7 №-li futbolçusu Cavid Tağıyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 1000 (min) manat cərimə olunur. 

11 fevral 2011-ci il tarixində XIX Unibank Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XX turunun “İnter” – “Simurq” matçında “İnter” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 (beş yüz) manat cərimə olunur. Matçın 62-ci dəqiqəsində “Simurq” klubunun 13 №-li futbolçusu Elçin Süleymanov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 2000 (iki min) manat cərimə olunur. 

12 fevral 2011-ci il tarixində I divizionun XIV turunun “Şuşa” – “MKT-Araz” matçında “MKT-Araz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 (yüz) manat cərimə olunur. 12 fevral 2011-ci il tarixində I divizionun XIV turunun “Göyəzən” – “Bakılı” matçının 79-cu dəqiqəsində “Bakılı” klubunun 8 №-li futbolçusu Samir Quliyev əllə oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 (iyirmi) manat cərimə olunur. Oyun başa çatdıqdan sonra “Bakılı” klubunun baş məşqçisi Elçin Həsənov geniş kütlə qarşısında AFFA və PFL-in nümayəndələrinin ünvanına nalayiq ifadlər işlətmiş, oyun hakimlərinə hədə-qorxu gəlmiş və onları təhqir etmişdir. Bu səbəbdən də adıçəkilən şəxs 17 oyunluq cəzalanır, klub 2650 (iki min altı yüz əlli) manat məbləğində cərimə olunur. 

13 fevral 2011-ci il tarixində I divizionun XIV turunun “Energetik” – “Neftçi” İSM matçında hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 100 (yüz) manat cərimə olunur. 8 fevral 2011-ci il tarixində “Azercell U-17 Liqa”nın MOİK – AZAL matçında MOİK klubu iştirak etmədiyi üçün 0:3 hesablı texniki məğlubiyyət verilir. 8 fevral 2011-ci il tarixində “Azercell U-17 Liqa”nın “Simurq” – “Xəzər Lənkəran” matçının 79-cu dəqiqəsində “Simurq” klubunun 8 №-li futbolçusu Roini İsmayılov əllə oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır. Oyun başa çatdıqdan sonra “Xəzər-Lənkəran” klubunun 17 №-li futbolçusu Turqut Hüseynzadə hakimləri təhqir etdiyinə görə futbolçu 4 oyunluq cəzalanır. 

8 fevral 2011-ci il tarixində “Azercell U-17 Liqa”nın “Qəbələ” – “Qarabağ” matçının 58-ci dəqiqəsində “Qəbələ” klubunun 16 №-li futbolçusu Bəhram Mehdizadə hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır. 8 fevral 2011-ci il tarixində “Kapital Bank U -15 Liqa”nın “Muğan” – “MKT-Araz” matçında “MKT-Araz” klubu iştirak etmədiyi üçün 0:3 hesablı texniki məğlubiyyət verilir. 9 fevral 2011-ci il “Kapital Bank U -15 Liqa”nın “Gəncə” – “Simurq” matçında “Simurq” klubu iştirak etmədiyi üçün 0:3 hesablı texniki məğlubiyyət verilir. 13 fevral 2011-ci il tarixində futzal üzrə I dəstənin “Olimpik Star” – “İnteqral” matçının 35-ci dəqiqəsində “İnteqral” klubunun 4 №-li futzalçısı Kristofer Okeman hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futzalçı 4 oyunluq cəzalanır. 13 fevral 2011-ci il tarixində futzal üzrə I dəstənin “Neftçi” – “Evro ABM” matçında “Evro ABM” klubu iştirak etmədiyi üçün 0:5 hesablı texniki məğlubiyyət verilir.

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ-də zəlzələ baş verdi
20:54 10.05.2025
ABŞ-də zəlzələ baş verdi
İlham Əliyevin sosial şəbəkə hesablarında Ağdam Muğam Mərkəzinin açılışından görüntülər paylaşıldı - VİDEO
20:32 10.05.2025
İlham Əliyevin sosial şəbəkə hesablarında Ağdam Muğam Mərkəzinin açılışından görüntülər paylaşıldı - VİDEO
Şəkidə AĞIR QƏZA: 7 nəfər yaralandı, ikisi uşaqdır
20:23 10.05.2025
Şəkidə AĞIR QƏZA: 7 nəfər yaralandı, ikisi uşaqdır
Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır
20:16 10.05.2025
Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır
Ağstafada iki maşın toqquşdu - Xəsarət alanlar var
20:06 10.05.2025
Ağstafada iki maşın toqquşdu - Xəsarət alanlar var
Mingəçevirdə yas-yasa qarışdı
19:50 10.05.2025
Mingəçevirdə yas-yasa qarışdı
Türkiyə Hindistanla Pakistan arasında atəşkəs qərarını alqışlayıb
19:33 10.05.2025
Türkiyə Hindistanla Pakistan arasında atəşkəs qərarını alqışlayıb
“Rusiya sülhü rədd edərsə...” - Kir Starmer
19:18 10.05.2025
“Rusiya sülhü rədd edərsə...” - Kir Starmer
Prezidentdən mühüm mesaj: Bizimlə bu gün hesablaşmayan sabah peşman olur
19:06 10.05.2025
Prezidentdən mühüm mesaj: Bizimlə bu gün hesablaşmayan sabah peşman olur
Bakının bu bölgəsində təhlükə: İlanlar peyda oldu - VİDEO
19:01 10.05.2025
Bakının bu bölgəsində təhlükə: İlanlar peyda oldu - VİDEO
Lənkəranda avtomobil 10 yaşlı məktəblini vurub
18:57 10.05.2025
Lənkəranda avtomobil 10 yaşlı məktəblini vurub
“Bir fikrimiz də var, onu ilk dəfə mən ictimaiyyətlə bölüşürəm” - İlham Əliyev
18:51 10.05.2025
“Bir fikrimiz də var, onu ilk dəfə mən ictimaiyyətlə bölüşürəm” - İlham Əliyev
Prezident: Vətən müharibəsi həm peşəkarlıq, həm qəhrəmanlıq, həm milli ruh salnaməsidir
18:44 10.05.2025
Prezident: Vətən müharibəsi həm peşəkarlıq, həm qəhrəmanlıq, həm milli ruh salnaməsidir
Hindistan və Pakistan arasında atəşkəs əldə olundu
18:41 10.05.2025
Hindistan və Pakistan arasında atəşkəs əldə olundu
Azərbaycan Prezidenti: Azad olunmuş bölgələrə səfər edən xarici qonaqlar öz təəccübünü gizlədə bilmirlər
18:35 10.05.2025
Azərbaycan Prezidenti: Azad olunmuş bölgələrə səfər edən xarici qonaqlar öz təəccübünü gizlədə bilmirlər
Prezident və xanımı Ağdam Muğam Mərkəzinin açılışını ediblər - FOTOLAR
18:31 10.05.2025
Prezident və xanımı Ağdam Muğam Mərkəzinin açılışını ediblər - FOTOLAR