Azad Rəhimov dünya şöhrətli atlet Kolin Jeksonu qəbul edib

Azad Rəhimov dünya şöhrətli atlet Kolin Jeksonu qəbul edib
GƏNCLİK
13:55 24.04.2012
1665
Bu gün gənclər və idman naziri Azad Rəhimov Dünya şöhrətli atlet Kolin Jekson (Colin Jackson), İngiltərə Futbol Assosiasiyasının sabiq İcraçı Direktoru, tanınmış idman jurnalisti Devid Devis (David Davies) və “Beynəlxalq İdman Həyəcanı” proqramının regional rəhbəri Elayas Musanqeyi qəbul edib. AGİN-in mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın AZXEBER.COM-a verdiyi məlumata görə, nazir qonaqları salamladıqdan sonra onların Azərbaycan idmanına, xüsusən paralimpiyaçılara olan diqqətinin önəmindən danışdı. Bunula yanaşı Azad Rəhimov Azərbaycan idmanında qazanılan qələbələr, ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin idmana göstərdiyi qayğı, 2012-ci ilin ölkə başçısının sərəncamı ilə “İdman ili” elan olunması, London Yay Olimpiya oyunlarına hazırlıq, Bakının 2020-ci il üçün Olimpiya və Paralimpiya oyunlarına namizəd şəhər olması barədə məlumat verdi. Azad Rəhimov: “Sevindirici haldır ki, Azərbaycan bu il ilk dəfə olaraq olimpiya oyunlarında velosiped, avarçəkmə idman növləri ilə də təmsil olunacaq. Biz eyni zamanda otüstü hokkey, açıq suda üzgüçülük, , kamandan ox atma idman növlərindən də lisenziya gözləyirik. Atletika idman növündə də qazanılan qələbələri xüsusi olaraq vurğulamaq istərdim.” Nazir fəaliyyət göstərən olimpiya komplekslərindən soz açaraq bildirdi ki, bu il Cəlilabad və Qobustanda da Olimpiya komplekslərinin istifadəyə verilməsi nəzərdə tutulur. Bunula yanaşı nazir 2013-cü ildə Şirvan, Xaçmaz, Qax, Göy-Göldə də Olimpiya komplekslərinin tikilməsinin planlaşdırıldığını, hal-hazırda ölkədə Olimpiya Futbol stadionunun, Gimnastika Kompleksinin, boks, cüdo, mərkəzlərinin tikintisinin getdiyini diqqətə çatdırdı. Azad Rəhimov: “Bu il ölkəmiz üçün sözün əsl mənasında önəmli ildir. Buna ən böyük misal kimi “Eurovision” mahnı müsabiqəsini, 17 yaşında qızlar arasında futbol üzrə dünya çempionatını, Bakinin 2020 Olimpiya oyunlarına ev sahibliyi etməsi istiqamətində böyük addımlar atmasını, London Yay Olimpiya oyunlarına hazırlağı gətirə bilərəm.” Qonaqlar öz növbəsində bu gün Azərbaycanda idmanın inkişafının göz önündə olduğunu, Olimpiya oyunlarında Azərbaycan idmançılarının daha böyük qələbələrə imza atdıqlarını, idmanla məşğul olan gənc nəsiln daha çox yetişdiyini xüsusi olaraq vurğuladılar.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
00:16 19.04.2026
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
23:50 18.04.2026
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
23:32 18.04.2026
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
23:23 18.04.2026
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
23:15 18.04.2026
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
22:56 18.04.2026
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
22:45 18.04.2026
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
22:24 18.04.2026
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir