Azad Rəhimov Küveytin media kapitanları ilə görüşdü

Azad Rəhimov Küveytin media kapitanları ilə görüşdü
GƏNCLİK
16:10 20.04.2012
1624
Aprelin 19-da Küveytin dövlət komitəsində Gənclər və idman naziri Azad Rəhimov və Küveyt Dövlətinin Gənclər və İdman Dövlət Komitəsinin Sədri, general Feysal Əl Cəzzaf arasında geniş müzakirələr aparıldı. Daha sonra A.Rəhimov və general F.Cəzzafın iştirakı ilə kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mətbuat konfransı keçirildi.AGİN-in mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın AZXEBER.COM-a verdiyi məlumata görə, mətbuat konfransında çıxış edən Azad Rəhimov Küveytə səfəri zamanı buradakı idman kompleksləri, müxtəlif idman federasiyalarının fəaliyyəti ilə yaxından tanış olmaq imkanının yarandığını, həmçinin, Küveytli həmkarı ilə iki ölkə arasında böyüməkdə olan qarşılıqlı əməkdaşlığın daha da sürətli inkişaf perspektivləri ətrafında səmərəli fikir mübadiləsi aparıldığını diqqətə çatdırdı. Bununla yanaşı, nazir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə idmanın inkişafına və gənclər siyasətinə xüsusi önəm verdiyini bildirərək, son illər ərzində Azərbaycanda istifadəyə verilən çoxsaylı idman komplekslərinin geniş infrastrukturu haqqında məlumat verdi. Azad Rəhimov KİV nümayəndələrinə məhz bu böyük potensiala əsaslanaraq, Azərbaycanın 2020-ci il Olimpiya Oyunlarının keçirilməsi üçün namizədliyini irəli sürdüyünü bildirdi. Öz növbəsində general Feysal Əl Cəzzaf 2010-cu ildə Azərbaycana rəsmi səfəri zamanı burada gənclər və idman sahələrinə dövlət səviyyəsində göstərilən diqqətin əyani şahidi olduğunu söylədi. Küveyt gənclər təşkilatının üzvlərinin Azərbaycana səfər etdiklərini, Küveytin ən böyük karate və uşu idman növləri üzrə klubları üçün 2010-11-ci illərdə Bakı şəhərində təlim-məşq toplantılarının keçirildiyini və bununla yanaşı, Azərbaycana gələn Küveyt idmançılarının istirahəti üçün də münasib şəraitinin yaradıldığını bildirdi. Habelə, F.Cəzzaf ölkəmizin mülayim iqlimindən, füsünkar təbiətindən və idmançıların məşqləri üçün yaradılan münbit şəraitdən də söz açaraq, Azərbaycana səfəri zamanı xalqımızın böyük qonaqpərvər xüsusiyyətlərinin əyani şahidi olduğuna diqqətə çatdırdı. Söhbət əsnasında, hər iki tərəf Azərbaycanın “İrəli” İctimai Birliyinin Küveyt və ümumiyyətlə, Yaxın Şərq regionunda aparıcı gənclər təşkilatı sayılan “LoYAC-Lothan Youth Achievement Center”lə artıq imzaladığı (2010-cu il aprel ayının 16-da) “Anlaşma Memorandumu”nun əhəmiyyətini xüsusi vurğulayaraq, sözügedən iki qurum arasında mövcud əməkdaşlığın daha da dərinləşdirilməsinin zəruriliyini qeyd etdilər. Elə həmin gün Azad Rəhimov Küveytin Skvoş Federasiyası və Atıclıq poliqonu ilə tanış oldu.İki gün davam edəcək səfər çərçivəsində Azad Rəhimovun Küveytin müxtəlif idman növləri federasiyalarının rəhbərləri ilə görüşləri, həmçinin, “Ərəb Klubu” üzgüçülük və “Bayan” nümunəvi idman kompleksləri ilə tanışlığı nəzərdə tutulub. Qeyd edək ki, Azərbaycan Respublikasının Gənclər və İdman Naziri Azad Rəhimov Küveyt Dövlətinin Gənclər və İdman Dövlət Komitəsinin Sədri, general Feysal Əl Cəzzafın dəvəti ilə 18 aprel tarixində Əl-Küveyt şəhərinə rəsmi səfərə gedib. 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
00:16 19.04.2026
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
23:50 18.04.2026
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
23:32 18.04.2026
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
23:23 18.04.2026
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
23:15 18.04.2026
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
22:56 18.04.2026
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
22:45 18.04.2026
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
22:24 18.04.2026
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir