Azər Türk Bank sahibkar müştərilərin rahatlığı üçün məsafədən xidmətə üstünlük verir

Azər Türk Bank sahibkar müştərilərin rahatlığı üçün məsafədən xidmətə üstünlük verir
İQTİSADİYYAT
11:12 09.12.2021
472
Dövlət bankı Azər Türk Bankın son dövrdə qurduğu ekosistem hüquqi şəxs və fərdi sahibkar olan müştərilərə onlayn qaydada xidmət göstərməyə tam imkan verir.

AZXEBER.COM xəbər verir ki, müştərinin istənilən bank xidmətini internetdən, mobil əlavədən və digər vasitələrlə məsafədən əldə edə bilməsi üçün Bank tərəfindən hər bir şərait yaradılmışdır.

Belə ki, sahibkar Azər Türk Bankın internet səhifəsinə daxil olub onlayn müraciət göndərməklə fərqli valyutalarda, heç bir ödəniş etmədən müxtəlif növ hesablar açmaq imkanına malikdir.

Bankın "ATB business” internet-bankçılıq xidmətinə qoşulmaqla müştərilər öz hesablarını dünyanın istənilən nöqtəsində, günün istənilən vaxtı izləyə və idarə edə, bank əməliyyatlarının geniş çeşidini banka gəlmədən həyata keçirə bilir. Qeyd edək ki, Azər Türk Bankda hesabı olmayan şəxslər də "ATB Business” internet-bankçılığa qoşula bilərlər. Qeydiyyat zamanı onlayn hesabın açılması barədə həmin şəxsə təklif gəlir. Hesab açıldıqdan sonra qeydiyyat Bank tərəfindən tamamlanır.

Son texnologiyaların tətbiqi sayəsində "ATB Business” xidmətindən istifadə intuitiv şəkildə aparılır, əsasən qayda və təlimatlara müraciət etməyə ehtiyac qalmır.

Bu proqramın birbaşa olaraq müştərilərin şirkət daxili kargüzarlıq sistemlərinə qoşulması (API inteqrasiya) və ödənişlərin məcmu şəkildə imzalanması (təsdiqlənməsi) mümkündür.

Eləcə də "ATB Business Mobile” tətbiqindən istifadə edən müştərilər də əməliyyatları banka gəlmədən, onlayn rejimdə, rahat şəkildə həyata keçirir. Qeyd edək ki, bu tətbiq mütəmadi olaraq yeni imkanlarla zənginləşən, çoxfunksiyalı "ATB Business” internet-bankçılıq xidmətinin mobil versiyasıdır.

Sahibkar müştərilər Bankın E-POS xidmətindən də məmnuniyyətlə istifadə edirlər.

Bankın müştərilərin istifadəsinə verdiyi E-POS xidməti virtual ödəniş qəbulu terminalıdır. Bu xidmət sahibkarın gördüyü iş və ya təqdim etdiyi məhsul müqabilində kartlarla aparılan ödənişlərin onlayn qaydada qəbul edən unikal vasitədir.

E-POS xidmətinə qoşulan sahibkar məhsul və xidmət əldə etmək istəyən müştərilərinə onlayn ödəniş üçün istənilən sayda link (keçid) yaratmaq imkanına malik olur. Alıcı, Bank tərəfindən SMS və ya e-mail vasitəsilə göndərilən linkə daxil olmaqla, istənilən bank kartı ilə ödəməni həyata keçirir. Bütün əməliyyatlar "3D Secure” protokolu ilə qorunur.

Qeyd edək ki, "Elektron ticarət” (E-commerce) xidməti istifadəçiləri avtomatik olaraq E-POS xidmətinə qoşulmuş hesab edilir və hər iki xidmətdən eyni anda faydalana bilərlər.

Bankın xidmət ofislərində ADM terminallar quraşdırılmışdır ki, bu da korporativ müştərilərə, bank əməkdaşları ilə təmasda olmadan, sərbəst

şəkildə hesabları üzərindən nağd məxaric və mədaxil əməliyyatları aparmaq imkanını verir.

Bankın saytında hüquqi şəxslər və fərdi sahibkarlar üçün yaradılmış https://hub.atb.az/ səhifəsi istifadəçilər tərəfindən məmnunluqla qarşılanıb.

Belə ki, qeyd olunmuş portal üzərindən müştəri sifarişlərinin qəbulu ilə yanaşı, müxtəlif növ sənədlərin elektron şəkildə bir və ya ikitərəfli qaydada imzalanması həyata keçirilir.

Azər Türk Bank klassik bank modelindən uzaqlaşmaq, müasir elektron xidmət şəbəkəsi qurmaq əzmindədir.

Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı www.atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 3000 945, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
00:27 19.09.2026
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu - FOTO - VİDEO
00:21 19.09.2026
İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu - FOTO - VİDEO
Bürclər bu günə nə deyir?
00:07 19.09.2026
Bürclər bu günə nə deyir?
ABŞ-İran gərginliyi yenidən alovlanır: Tehrandan "100 faiz hazırıq" mesajı
23:49 18.09.2026
ABŞ-İran gərginliyi yenidən alovlanır: Tehrandan "100 faiz hazırıq" mesajı
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
23:38 18.09.2026
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Qərarsız olan dörd bürc
23:29 18.09.2026
Qərarsız olan dörd bürc
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
23:12 18.09.2026
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
Saxta əlillik dərəcəsi verən həkimin məhkəməsində "povestka" paylayan danışdı
23:04 18.09.2026
Saxta əlillik dərəcəsi verən həkimin məhkəməsində "povestka" paylayan danışdı
Yardımlıda açıq ərazidə yanğın olub - Video
22:53 18.09.2026
Yardımlıda açıq ərazidə yanğın olub - Video
Onlar özlərini heç kimə sübut etməyə çalışmırlar - Ən güclü bürclər
22:37 18.09.2026
Onlar özlərini heç kimə sübut etməyə çalışmırlar - Ən güclü bürclər
Sürücü parkinqi bağlamağı unutsa, nə baş verir? - AYNA-dan açıqlama
22:16 18.09.2026
Sürücü parkinqi bağlamağı unutsa, nə baş verir? - AYNA-dan açıqlama
"Qarabağ" "Şəfa"nı məğlub etdi
22:09 18.09.2026
"Qarabağ" "Şəfa"nı məğlub etdi
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar insanlara təhlükədir? - VİDEO
21:53 18.09.2026
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar insanlara təhlükədir? - VİDEO
Cəlilabadda sürücü yük maşınını təmir edərkən altında qaldı
21:48 18.09.2026
Cəlilabadda sürücü yük maşınını təmir edərkən altında qaldı
Göygöl rayonunun Üçtəpə kəndində qanunsuz tikili sökülüb  - FOTOLAR
21:43 18.09.2026
Göygöl rayonunun Üçtəpə kəndində qanunsuz tikili sökülüb - FOTOLAR
Narkotikə görə saxlanılan məşhurlardan xəbər var
21:30 18.09.2026
Narkotikə görə saxlanılan məşhurlardan xəbər var