“Azərbaycan dilində Azərbaycana qarşı informasiya müharibəsi aparılır” - Hacıbəy Heydərli yazır

“Azərbaycan dilində Azərbaycana qarşı informasiya müharibəsi aparılır” - Hacıbəy Heydərli yazır
ÖZƏL
00:10 11.10.2026
200
Hacıbəy Heydərli,
Mətbuat Şurası İdarə Heyətinin üzvü
 
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır”.

Prezident İlham Əliyevin YAP-ın qurultayında səsləndirdiyi bu fikirlər, bəlkə də, heç vaxt indiki qədər aktual olmayıb. Bu gün həmin reallığı görmək üçün uzağa getməyə, hansısa xarici ölkənin mediasını izləməyə belə ehtiyac yoxdur. Sosial şəbəkələrə daxil olmaq kifayətdir. Qonşu ölkələrdə yaradılan və Azərbaycan dilidə fəaliyyət göstərən profillərə baxmaq kifayətdir. Qarşımıza çıxan mənzərə düşündürücü olmaqla yanaşı, ciddi narahatlıq doğurur.

Sosial şəbəkələrdə xarici ölkələrdən idarə olunan onlarla, yüzlərlə hesab, profil və səhifə Azərbaycan dilində Azərbaycana qarşı nifrət püskürür, cəmiyyətdə qarşıdurma yaratmağa çalışır, dövlətə və milli maraqlara qarşı inamsızlıq formalaşdırmağa çalışır. Bəziləri açıq şəkildə yalan məlumatlar yayır, bəziləri həqiqətləri təhrif edir, digərləri isə cəmiyyətin həssas məqamlarından istifadə edərək insanları bir-birinə qarşı qoymağa çalışır.

Ən təhlükəli məqam isə budur ki, bu təxribatların dili bizə yad deyil, ana dilimizdir.

Xaricdən idarə olunan səhifələrdə Azərbaycan cəmiyyətinin problemlərindən istifadə olunur, milli emosiyalar hədəfə alınır. Məqsəd yalnız hansısa xəbəri çatdırmaq və ya bir hadisəni fərqli təqdim etmək deyil. Məqsəd insanları öz dövlətinə, cəmiyyətinə, gələcəyinə və bir-birinə qarşı şübhəyə salmaqdır.

İnformasiya müharibəsinin ən təhlükəli forması insanın öz dilində onun şüuruna təsir etməkdir.

Çünki insan öz dilində gördüyü, oxuduğu və eşitdiyi məlumatı daha asan qəbul edir. Təxribatçı hesablar da məhz bu psixoloji reallıqdan istifadə edir. Azərbaycan dilində yazırlar, yerli auditoriyanın düşüncə tərzini və emosiyalarını bilirlər, mövcud problemləri şişirdir, bəzən isə olmayan hadisələri həqiqət kimi təqdim edirlər. Bir müddət sonra yalan o qədər təkrarlanır ki, insanlar onu həqiqət hesab etməyə başlayırlar.
 


Bəs ən böyük problem nədədir?

Problem ondadır ki, biz bəzən informasiya müharibəsini yalnız hərbi əməliyyatlar zamanı xatırlayırıq. Halbuki bu müharibə hər gün, hər saat, telefonlarımızın ekranında davam edə bilər. Bir saxta xəbər, manipulyativ video, kontekstdən çıxarılmış çıxış və ya saxta profildən yayılan iddia minlərlə insana təsir göstərə bilər. İnsanlar isə çox vaxt məlumatın mənbəyini yoxlamadan onu paylaşır, bilmədən təxribatın yayılmasına xidmət edirlər.

Bu gün Azərbaycan dilində Azərbaycana qarşı aparılan təxribatları görüb susmaq olmaz. Amma həmin təxribatlara qarşı mübarizə də emosiyalarla deyil, faktlarla, peşəkarlıqla, hüquq çərçivəsində və ardıcıl şəkildə aparılmalıdır.

Azərbaycan dilini Azərbaycana qarşı nifrətin və təxribatın alətinə çevirmək istəyənlər bilməlidirlər ki, bu cəmiyyət həqiqətlə yalanı ayırd etməyi bacarmalıdır.

Prezidentin qurultayda səsləndirdiyi fikirlər bu gün hər birimiz üçün ciddi xəbərdarlıq kimi qəbul edilməlidir. Çünki informasiya müharibəsində təhlükəni vaxtında görməmək, yalanı həqiqət kimi paylaşmaq və cəmiyyətin manipulyasiyasına göz yummaq sonradan daha ağır nəticələrə səbəb ola bilər.

Artıq bir şeyə əmin olmalıyıq: Azərbaycan dilində danışan, Azərbaycan auditoriyasına müraciət edən hər kəsin məqsədi həqiqətən Azərbaycana xidmət etməkdirmi?

Cavab aydındır: xeyr. Ona görə də bu gün təkcə kimin nə yazdığına deyil, hansı faktlara əsaslandığına, hansı məqsədə xidmət etdiyinə və yaydığı məlumatın cəmiyyətə nə qazandırdığına baxmalıyıq.

İnformasiya müharibəsi reallıqdır. Bu müharibədə uduzmamaq üçün ayıq-sayıq olmalıyıq.

Çünki bəzən bir ölkəyə qarşı ən təhlükəli hücum onun sərhədlərindən deyil, öz vətəndaşlarının telefon ekranlarından başlayır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İranın cənub-şərqində partlayış oldu - Yüksək rütbəli polis zabiti öldü
01:36 11.10.2026
İranın cənub-şərqində partlayış oldu - Yüksək rütbəli polis zabiti öldü
01:25 11.10.2026
“Məktəbli qızların hicab taxmasını tələb edən valideynlərin narazılığını başa düşə bilmirəm” - Sabir Rüstəmxanlı
01:15 11.10.2026
“Məktəbli qızların hicab taxmasını tələb edən valideynlərin narazılığını başa düşə bilmirəm” - Sabir Rüstəmxanlı
Əvvəl oğulu, sonra ananı öldürdülər - Qohumların YOL DAVASI
01:13 11.10.2026
Əvvəl oğulu, sonra ananı öldürdülər - Qohumların YOL DAVASI
Zelenski Trampın sərt bəyanatlarından dərhal sonra Britaniyanın baş naziri ilə danışıb
01:03 11.10.2026
Zelenski Trampın sərt bəyanatlarından dərhal sonra Britaniyanın baş naziri ilə danışıb
Pentaqon: İranla əməliyyatlar zamanı 21 ABŞ hərbçisi ölüb, 865-i yaralanıb
00:50 11.10.2026
Pentaqon: İranla əməliyyatlar zamanı 21 ABŞ hərbçisi ölüb, 865-i yaralanıb
Uitkoff və Kuşner yaxın günlərdə Moskvaya səfər edəcəklər
00:40 11.10.2026
Uitkoff və Kuşner yaxın günlərdə Moskvaya səfər edəcəklər
İran hücum təhlükəsinə görə sərhəddəki vəziyyəti açıqladı
00:30 11.10.2026
İran hücum təhlükəsinə görə sərhəddəki vəziyyəti açıqladı
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
00:20 11.10.2026
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
“Azərbaycan dilində Azərbaycana qarşı informasiya müharibəsi aparılır” - Hacıbəy Heydərli yazır
00:10 11.10.2026
“Azərbaycan dilində Azərbaycana qarşı informasiya müharibəsi aparılır” - Hacıbəy Heydərli yazır
Ən kinli bürclər: İllər keçsə də, incikliyi unutmurlar
00:08 11.10.2026
Ən kinli bürclər: İllər keçsə də, incikliyi unutmurlar
Ermənistanın Gəncədə törətdiyi dördüncü terrordan altı il ötür
00:02 11.10.2026
Ermənistanın Gəncədə törətdiyi dördüncü terrordan altı il ötür
"Barselona"nın növbəti qurbanı "Xetafe" oldu
23:59 10.10.2026
"Barselona"nın növbəti qurbanı "Xetafe" oldu
Estoniyanın Baş naziri Aİ-yə təklif: Rusiyanın neft emalı zavodlarını xarabalığa çevirin
23:53 10.10.2026
Estoniyanın Baş naziri Aİ-yə təklif: Rusiyanın neft emalı zavodlarını xarabalığa çevirin
Mərmərə dənizində zəlzələ olub, İstanbulda da hiss edilib
23:42 10.10.2026
Mərmərə dənizində zəlzələ olub, İstanbulda da hiss edilib
Azərbaycanlı gənc Polşada vəfat etdi
23:31 10.10.2026
Azərbaycanlı gənc Polşada vəfat etdi