20 min manatı keçəndən sonra nə olacaq? – Azərbaycanda sabahdan pul köçürmələri ilə bağlı YENİ QAYDA

20 min manatı keçəndən sonra nə olacaq? – Azərbaycanda sabahdan pul köçürmələri ilə bağlı YENİ QAYDA
ÖZƏL
17:56 30.09.2026
1231
Xəbər verdiyimiz kimi, maliyyə qurumlarının elektron pul köçürmələri barədə məlumatı Maliyyə Monitorinqi Xidmətinə təqdim etməsi qaydasında dəyişiklik edilib.

Yeni qaydaya əsasən, oktyabrın 1-dən etibarən bir təqvim ili ərzində elektron pul köçürmələrinin ümumi məbləği 20 min manata çatdıqdan sonra müştərinin həyata keçirəcəyi növbəti elektron köçürmələr barədə məlumat Maliyyə Monitorinqi Xidmətinə təqdim ediləcək.

Dəyişikliyin böyük məbləğdə və mütəmadi pul köçürən vətəndaşların maliyyə əməliyyatlarına, eləcə də bank xidmətlərindən istifadə davranışına necə təsir edəcəyi maraq doğurur.

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan iqtisadçı Günay Hüseynova bildirib ki, pul köçürmələrinə nəzarətin gücləndirilməsi çirkli pulların dövriyyədən çıxarılması və vergidən yayınmanın qarşısının alınması məqsədi daşıyır.

"Pul köçürmələrinə tətbiq olunan limit və ya bu əməliyyatlara xüsusi nəzarətin olması çirkli pulların dövriyyədən çıxarılması və vergidən yayınmanın qarşısının alınması məqsədi daşıyır.

Vətəndaşların gündəlik maliyyə əməliyyatları və bank xidmətlərindən istifadə edən şəxslərin bu dəyişikliklə bağlı narahatlıqlarına gəldikdə isə, əslində, ümumi maliyyə əməliyyatları ilə bağlı proseslər daha da şəffaflaşır. Məlumdur ki, sıravi vətəndaşlar gündəlik olaraq yüksək məbləğlərdə əməliyyatlar həyata keçirmirlər. Əksər hallarda sahibkarlar və ya digər şəxslər sıravi vətəndaşların bank hesablarından istifadə edirlər. Artıq bu kimi halların qarşısının alınması mümkün olacaq”, – deyə iqtisadçı qeyd edib.

Günay Hüseynova bildirib ki, həyata keçirilən kommersiya əməliyyatları qanuni şəkildə sənədləşdirildiyi və vergilər ödənildiyi halda, vətəndaşların narahatlığına əsas yoxdur:

"İkinci məsələ şirkətlərlə bağlıdır. Əgər şəxsin alış fakturası varsa, həyata keçirdiyi ticari əməliyyatlar qanunvericiliyin tələblərinə uyğundursa, bununla bağlı bəyannamə təqdim edilib, gəlirlər göstərilib və dövlət rüsumları ödənilibsə, 20 min deyil, 50 min manat da olsa, narahatlığa əsas yoxdur.

İstifadə davranışına təsirinə gəldikdə isə, sıravi vətəndaş üçün bunun ciddi təsiri olmayacaq. Fiziki və hüquqi şəxslərə gəldikdə isə, yuxarıda qeyd etdiyim kimi, sənədləri tam qaydasındadırsa, hər hansı problem yaranmamalıdır”.

İqtisadçının sözlərinə görə, sahibkarların vergidən yayınmaq məqsədilə vətəndaşların bank hesablarından istifadə etməsi halları müəyyən məsuliyyət yarada bilər.

"Əgər sahibkar tərəfindən əlavə üsullardan istifadə edilməklə vergidən yayınma halları baş verərsə, qanunvericiliyə əsasən həm sahibkar, həm də bu prosesdə vasitəçi olan vətəndaş məsuliyyətə cəlb oluna bilər. Yaxın zamanda daha effektiv mexanizmin hazırlanması gözlənilir”, – deyə G. Hüseynova əlavə edib.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Qeysəriyyə əməliyyatından bir müddət sonra dünyasını dəyişdi - VİDEO
22:33 06.10.2026
Qeysəriyyə əməliyyatından bir müddət sonra dünyasını dəyişdi - VİDEO
FIBA Avropa Kuboku: "Neftçi" müntəzəm mövsümdəki ilk oyunda məğlub olub
22:26 06.10.2026
FIBA Avropa Kuboku: "Neftçi" müntəzəm mövsümdəki ilk oyunda məğlub olub
Türkiyənin ailə və sosial xidmətlər naziri şəhidlərimizin həyat yoldaşları ilə görüşüb - FOTO
22:16 06.10.2026
Türkiyənin ailə və sosial xidmətlər naziri şəhidlərimizin həyat yoldaşları ilə görüşüb - FOTO
Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib
22:10 06.10.2026
Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib
Böyük Britaniya və Azərbaycan strateji tərəfdaşlıqda yeni mərhələyə keçir
22:03 06.10.2026
Böyük Britaniya və Azərbaycan strateji tərəfdaşlıqda yeni mərhələyə keçir
Macarıstanda 2027-ci ildən etibarən sərvət vergisi tətbiq olunacaq
21:57 06.10.2026
Macarıstanda 2027-ci ildən etibarən sərvət vergisi tətbiq olunacaq
Övladları 1-ci sinfə gedən bir qrup valideyndən dərs proqramı ilə bağlı şikayət - VİDEO
21:49 06.10.2026
Övladları 1-ci sinfə gedən bir qrup valideyndən dərs proqramı ilə bağlı şikayət - VİDEO
Kahramanmaraşda İŞİD-ə qarşı əməliyyat zamanı 39 şübhəli saxlanılıb
21:43 06.10.2026
Kahramanmaraşda İŞİD-ə qarşı əməliyyat zamanı 39 şübhəli saxlanılıb
Dron hücumundan bir gün əvvəl kapitan oğlu ilə danışıb - VİDEO
21:34 06.10.2026
Dron hücumundan bir gün əvvəl kapitan oğlu ilə danışıb - VİDEO
Paşinyan Ermənistanda tutulan Azərbaycan əsgəri haqqında danışıb
21:28 06.10.2026
Paşinyan Ermənistanda tutulan Azərbaycan əsgəri haqqında danışıb
Middle East Eye: Türkiyə Səudiyyə Ərəbistanına məhdud hərbi kontingent göndərəcək
21:24 06.10.2026
Middle East Eye: Türkiyə Səudiyyə Ərəbistanına məhdud hərbi kontingent göndərəcək
Məktəblinin öldürüldüyü dava sentyabrın 24-dən başlayıbmış - VİDEO
21:16 06.10.2026
Məktəblinin öldürüldüyü dava sentyabrın 24-dən başlayıbmış - VİDEO
Aİ təmsilçiləri sabah Rusiyaya qarşı yeni və genişmiqyaslı sanksiyaları təsdiqləməyə hazırlaşır
21:09 06.10.2026
Aİ təmsilçiləri sabah Rusiyaya qarşı yeni və genişmiqyaslı sanksiyaları təsdiqləməyə hazırlaşır
Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək
21:02 06.10.2026
Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək
Fransanın səfiri İran XİN-ə çağırılıb
20:57 06.10.2026
Fransanın səfiri İran XİN-ə çağırılıb
Fransa DİN: Etirazlarda 256 min nəfər iştirak edib
20:51 06.10.2026
Fransa DİN: Etirazlarda 256 min nəfər iştirak edib