“Evim Sensin” filmi Bakıda böyük marağa səbəb olub.
Xəbər verdiyimiz kimi, tanınmış müğənni Özcan Denizin və Fahriye Evcenin baş rollarını paylaşdığı “Evim Sensin” filmi bu gün Nizami kinoteatrında yayımlanıb.
AZXEBER.COM-un məlumatına görə, səhər saatlarından kinoteatrın ətrafında yüzlərlə adam toplaşmağa başlayıb və nəticədə kinoteatrın kassasında uzun sıra yaranıb.
Hadisə yerinə polis əməkdaşları da cəlb olunub .