Azərbaycan İslam Partiyasının sədri 12 il müddətinə azadlıqdan məhrum edildi

Azərbaycan İslam Partiyasının sədri 12 il müddətinə azadlıqdan məhrum edildi
Bütün Xəbərlər
19:01 07.10.2011
1617
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədov, partiyanın sədr müavini Vaqif Abdullayev, Astara rayon təşkilatının sədri Rufulla Axundzadə, Mövsüm Səmədovun qayını Firdovsi Məmmədrzayevin, qohumu Dəyanət Səmədovun, partiya üzvü Zülfüqar Mikayılovun və Fəraməz Abbasovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.APA-nın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Hacı Mövsüm Səmədov 12 il, Vaqif Abdullayev 11 il, Rufulla Axundzadə 11 il 6 ay, Firdovsi Məmmədrzayev 10 il, Dəyanət Səmədov 10 il, Fəraməz Abbasov 11 il müddətinə azadlıqdan məhrum ediliblər. Zülfüqar Mikayılov isə 5 il sınaq müddəti təyin olunmaqla, 11 il müddətinə şərti cəzaya məhkum olunub.
OXŞAR XƏBƏRLƏR