Azərbaycan millisi FIFA U-15 dünya çempionatında növbəti oyununu keçirib

Azərbaycan millisi FIFA U-15 dünya çempionatında növbəti oyununu keçirib
İDMAN
20:50 25.10.2026
240
Azərbaycan millisinin Bakıda təşkil edilən FIFA U-15 dünya çempionatında növbəti oyunu keçirilib.

AZXEBER.COM xəbər verir, Famil Xəlilovun baş məşqçisi olduğu kollektiv Avstraliya seçməsi ilə qarşılaşıb. Hövsan Yarış Kompleksinin 10A meydançasında keçirilən matç rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Yığmamız bu gün keçirdiyi birinci görüşdə Andorraya minimal hesabla qalib gəlib - 1:0.

Azərbaycan millisi mundialdakı ilk oyununda ötən gün Timor-Leste yığmasını 6:0 hesabı ilə üstələyib.

Qeyd edək ki, FIFA U-15 dünya çempionatı və festivalına oktyabrın 30-da yekun vurulacaq.
OXŞAR XƏBƏRLƏR