Azərbaycan millisinin futbolçusu: “Hədəfim PSJ-də oynamaqdır”

Azərbaycan millisinin futbolçusu: “Hədəfim PSJ-də oynamaqdır”
İDMAN
19:34 02.12.2022
412
"Super Liqada özümü təsdiq etdikdən sonra Avropaya yollanmaq istəyirəm. Hədəfim Fransada PSJ-nin formasını geyinməkdir”.

Bunu 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin və Türkiyənin "Antalyaspor” klubunun oyunçusu Ege Bilsel DHA-ya açıqlamasında deyib.

İlk dəfə 2020-ci ildə U-17 yığmamıza, ötən ildən isə U-19 millimizə çağırılan gənc hücumçu Azərbaycanı seçməsinin səbəbini izah edib. 18 yaşlı forvard gələcəkdə Türkiyənin əsas komandasında oynamaq arzusunda olduğunu da etiraf edib: "U-14 yığmasında oynadıqdan sonra Türkiyənin aşağı yaş qrupu üzrə digər komandalarından dəvət almadığım üçün qardaş ölkə Azərbaycandan gələn təklifi qəbul etdim. Azərbaycan tərəfi məni izləyirdi və klubuma məktub yollamışdı. Ardından mənimlə təmas qurdular, dəvəti müsbət cavablandırdım. Düşündüm ki, özümü orada daha yaxşı göstərə biləcəyəm. Ən böyük hədəflərimdən biri isə Türkiyənin A millisinin formasını geyinməkdir”.

Ege Bilsel Azərbaycan yığmasının formasını geyindiyi üçün çox xoşbəxt olduğunu qeyd edib: "Dəvət gələndə Azərbaycanın U-17 yığması Avropa çempionatında iştirak edəcəkdi. Qrupumuzda İspaniya, Belçika və Lüksemburq var idi. Gözəl vitrin idi, ispaniyalı və belçikalı skautlar oyunumuzu izləyəcəkdilər. Azərbaycanı seçdiyim üçün çox xoşbəxtəm. Yaxşı ki, getmişəm. İki dövlət, bir millət anlayışını orada gördüm. Türkiyəli olduğum üçün məni daha çox sevdiklərini hiss etdim. Oradakı komanda yoldaşlarımın hamısının xətrini çox istəyirəm. Onları Türkiyənin ən gözəl şəhəri olan Antalyaya dəvət etmişəm”.

Milliləşdirilmiş futbolçu Braziliya yığmasının lideri Neymarı özünə örnək götürdüyünü bildirib: "Böyük futbolçu olmaq, nəhəng klublarda oynamaq istəyirəm. Uşaqlığımdan Neymarı özümə nümunə götürmüşəm. Meydançadakı oyunundan tutmuş, saç stilinə qədər, onu hərtərəfli izləyirəm. Kilian Mbappeni də bəyənirəm”.

Qeyd edək ki, "Antalyaspor”un yetirməsi olan Ege Bilsel hazırda bu klubun U-19 komandasında çıxış edir.
 
///Report
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Paşinyan: TRIPP-in icrasına başlamaq üçün gündəlik işləyirik
13:18 06.10.2026
Paşinyan: TRIPP-in icrasına başlamaq üçün gündəlik işləyirik
Eldəniz Əmirov: Aqrar qanunun nəticəsi onun tətbiqindən asılı olacaq
13:12 06.10.2026
Eldəniz Əmirov: Aqrar qanunun nəticəsi onun tətbiqindən asılı olacaq
Təcili Yardım Mərkəzinə yeni direktor təyin edildi
13:02 06.10.2026
Təcili Yardım Mərkəzinə yeni direktor təyin edildi
“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir
12:41 06.10.2026
“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir
Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul etdi - FOTOLAR
12:37 06.10.2026
Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul etdi - FOTOLAR
Havalar soyudu, küçə ticarəti dəyişdi – İndi ən çox bunlar satılır
12:33 06.10.2026
Havalar soyudu, küçə ticarəti dəyişdi – İndi ən çox bunlar satılır
Yağışlı havalarda sürücülər nələrə diqqət etməlidir? - Ekspertdən vacib tövsiyələr
12:19 06.10.2026
Yağışlı havalarda sürücülər nələrə diqqət etməlidir? - Ekspertdən vacib tövsiyələr
Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya açılıb
12:14 06.10.2026
Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya açılıb
Duracaq və qarajlarla bağlı - Dəyişiklik
11:57 06.10.2026
Duracaq və qarajlarla bağlı - Dəyişiklik
İstanbulda məktəbdə insident: 8 şagird yaralandı
11:56 06.10.2026
İstanbulda məktəbdə insident: 8 şagird yaralandı
Qubada 19 kiloqram narkotik vasitə aşkarlandı
11:53 06.10.2026
Qubada 19 kiloqram narkotik vasitə aşkarlandı
ADNSU müəllimlərinə yüksək məbləğdə mükafat verildi
11:43 06.10.2026
ADNSU müəllimlərinə yüksək məbləğdə mükafat verildi
Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi - VİDEO
11:38 06.10.2026
Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi - VİDEO
Yağış yağanda şəhəri kanalizasiya qoxusu bürüyür – Səbəbi nədir?
11:25 06.10.2026
Yağış yağanda şəhəri kanalizasiya qoxusu bürüyür – Səbəbi nədir?
Pensiya artımında yenilik: Aşağı pensiya alanlar daha çox qazana bilər
11:18 06.10.2026
Pensiya artımında yenilik: Aşağı pensiya alanlar daha çox qazana bilər
VIII Qurultay Azərbaycanın yeni inkişaf mərhələsinin prioritetlərini müəyyənləşdirdi
11:09 06.10.2026
VIII Qurultay Azərbaycanın yeni inkişaf mərhələsinin prioritetlərini müəyyənləşdirdi