Azərbaycan Prezidenti və Türkmənistan Xalq Məsləhətinin sədri “Sea Breeze”də olublar

Azərbaycan Prezidenti və Türkmənistan Xalq Məsləhətinin sədri “Sea Breeze”də olublar
SİYASƏT
20:26 16.07.2025
993
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iyulun 16-da "Sea Breeze” istirahət mərkəzində olublar.

AZXEBER.COM xəbər verir ki, "Sea Breeze”in təsisçisi Emin Ağalarov dövlətimizin başçısına və Türkmənistan Xalq Məsləhətinin sədrinə Xəzər dənizinin sahilində yerləşən kurort ərazisində həyata keçirilən və qarşıdakı dövr üçün nəzərdə tutulan layihələr barədə məlumat verib.

Qeyd olunub ki, bu istirahət mərkəzini paytaxtdan cəmi 30 dəqiqəlik məsafə ayırır. Müxtəlif formatda çoxsaylı daşınmaz əmlak obyektlərini bir araya gətirən "Sea Breeze” dünyada nadir layihə hesab olunur. Burada indiyədək 3 milyon kvadratmetrdən çox yaşayış və kommersiya daşınmaz əmlak layihəsi həyata keçirilərək istifadəyə verilib, 500-dən artıq daşınmaz əmlak obyekti tikilib. Bundan başqa, ərazidə 50 hektar sahəni əhatə edən aypara şəklində nadir süni yarımada da yaradılacaq.

"Sea Breeze”də artıq 20 min sakin yaşayır. 2028-ci ilə qədər isə onların sayı 50 mindən çox olacaq. Layihə tam yekunlaşdırıldıqdan sonra burada 500 min sakin yaşayacaq.

"Sea Breeze”də sakinlər və qonaqlar üçün rahat şəraitin yaradılması, eləcə də onların asudə vaxtının səmərəli təşkili məqsədilə zəruri infrastruktur qurulub. Belə ki, burada istirahət zonaları, parklar və çimərliklər üçün 150 hektardan çox ərazi ayrılıb, məktəb, uşaq bağçası, xəstəxana tikilib, təxminən 10 milyon bitki və ağac əkilərək, yaşıllıq sahələrinin ümumi ərazisi 300 hektara çatdırılıb. Hazırda 500 hektar ərazini əhatə edən "Sea Breeze”in əsas layihələri sahilboyu yerləşir.

"Sea Breeze”in ərazisində 6560 nəfər işlə təmin olunub, gələcəkdə bu rəqəmin xeyli artırılması planlaşdırılır. Layihəyə yatırılan ümumi investisiyanın məbləği 3 milyard ABŞ dollarına çatıb. Növbəti beş ildə isə 10 milyard dollardan çox sərmayənin cəlb olunması planlaşdırılır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Unibank ağacəkmə kampaniyasında iştirak edib
16:22 05.11.2026
Unibank ağacəkmə kampaniyasında iştirak edib
Prezident bu məşhur aparıcıları da təltif etdi - FOTO
16:20 05.11.2026
Prezident bu məşhur aparıcıları da təltif etdi - FOTO
Bakının mərkəzinə yaxın ərazidə evlər 41 min manata– SƏBƏB budur
16:03 05.11.2026
Bakının mərkəzinə yaxın ərazidə evlər 41 min manata– SƏBƏB budur
Zəngilan Aqroparkı yaradılıb - FƏRMAN
15:57 05.11.2026
Zəngilan Aqroparkı yaradılıb - FƏRMAN
Prezident bir qrup media nümayəndəsini təltif edib - SƏRƏNCAM
15:54 05.11.2026
Prezident bir qrup media nümayəndəsini təltif edib - SƏRƏNCAM
Azərbaycanda 2027-ci ildə bu şəxslərə 1500 manat veriləcək - Deputatdan açıqlama
15:43 05.11.2026
Azərbaycanda 2027-ci ildə bu şəxslərə 1500 manat veriləcək - Deputatdan açıqlama
Prezident qanuna dəyişiklikləri təsdiqlədi
15:38 05.11.2026
Prezident qanuna dəyişiklikləri təsdiqlədi
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit!
15:36 05.11.2026
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit!
"Crescent Mall"da nə baş verib? – Açıqlama
15:20 05.11.2026
"Crescent Mall"da nə baş verib? – Açıqlama
Azərbaycanda saatlıq maaş tətbiq ediləcək – 1 saatın qiyməti bu qədər ola bilər
15:18 05.11.2026
Azərbaycanda saatlıq maaş tətbiq ediləcək – 1 saatın qiyməti bu qədər ola bilər
"Azərbaycan bu gün qalib, bütövləşən ölkə olaraq yeni hədəflərə doğru inamla addımlayır"
15:11 05.11.2026
"Azərbaycan bu gün qalib, bütövləşən ölkə olaraq yeni hədəflərə doğru inamla addımlayır"
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
14:56 05.11.2026
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
14:49 05.11.2026
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
14:37 05.11.2026
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
Daha bir marşrutun avtobusları yenilənir
14:19 05.11.2026
Daha bir marşrutun avtobusları yenilənir
“İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”
14:08 05.11.2026
“İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”