Azərbaycan Qəzzaya niyə sülhməramlı göndərməyəcək? - Fərid Şəfiyevdən açıqlama

Azərbaycan Qəzzaya niyə sülhməramlı göndərməyəcək? - Fərid Şəfiyevdən açıqlama
SİYASƏT
15:16 08.01.2026
929
Azərbaycan Qəzza məsələsində sülhün təmin olunmasına dəstək göstərməyə hazır olsa da, bölgədə həyata keçirilməsi müzakirə olunan sülhməramlı missiyada iştirak etməyəcək. Prezident İlham Əliyev bu barədə müsahibəsində də açıq şəkildə mövqeyini ortaya qoydu. Azərbaycan daha əvvəl Kosovada, Əfqanıstanda və İraqda BMT-nin sülhməramlı əməliyyatlarında iştirak edib və həm hərbi, həm də mülki personal vasitəsilə sülhün qorunmasına dəstək göstərib. Bu təcrübə humanitar yardımların çatdırılması və texniki avadanlıqla dəstəyin təmin olunmasında Azərbaycanın potensialını göstərir. Hazırda isə Qəzza zolağı gərgin və təhlükəli vəziyyətdədir. Azərbaycan yalnız humanitar yardım və texniki avadanlıqla dəstək göstərməklə prosesi dəstəkləyə biləcəyini vurğulayıb.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev AZXEBER.COM-a açıqlamasında deyib ki, iki növ sülhməramlı əməliyyat mövcuddur:

"İki növ sülhməramlı əməliyyat mövcuddur. Birincisi sülhməramlı əməliyyatlar, ikincisi isə sülhün tətbiq edilməsi əməliyyatlarıdır. Bu bölgü BMT-nin nizamnaməsinə uyğun olaraq 6-cı və 7-ci fəsillərdə əksini tapıb. Azərbaycan Kosova, Əfqanıstan və İraqda sülhməramlı əməliyyatlarda iştirak edib. Hazırda isə məhdud tərkibdə, dörd nəfərlik kontingentlə Sudanda təmsil olunur. Sülhməramlı əməliyyatlar zamanı əsasən hərbi qulluqçular, bəzi hallarda isə mülki nümayəndələr cəlb olunur. Burada məqsəd müəyyən obyektlərin mühafizəsi, sərhədlərdə və ya təmas xəttində sülhün qorunmasıdır. Yəni, bu fəaliyyət mahiyyət etibarilə sülhməramlı xarakter daşıyır”.

Sədr qeyd edib ki, sülhün tətbiq edilməsi isə fərqli anlayışdır:

"Sülhün tətbiq edilməsi əməliyyatlarında artıq gücdən istifadə nəzərdə tutulur. Belə hallarda təbii ki, itkilər də ola bilər. Prezident açıq şəkildə qeyd edib ki, Azərbaycan ölkə xaricində bu tip əməliyyatlarda iştirak etməyəcək. Qəzzada vəziyyət hələ də qeyri-müəyyəndir, bölgədə atışmalar davam edir. Digər tərəfdən, HƏMAS, Fələstin və İsrail tərəflərinin bu məsələyə münasibəti də sual altındadır. İsrail Azərbaycanın bu məsələdə iştirakını çox da arzuolunan hesab etmir. HƏMAS-ın mövqeyi isə hələlik bəlli deyil. Bundan əlavə, təhlükəsizliklə bağlı ciddi risklər mövcuddur. Məhz bu səbəbdən hazırda cavabsız qalan çoxsaylı suallar var. Azərbaycan sülhməramlı əməliyyatlarda iştirak edib və hazırda da edir. Lakin sülhün tətbiq edilməsi əməliyyatlarında Azərbaycan iştirak etməyəcək”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hacıbəy Heydərli: Media nümayəndələri dezinformasiyaya qarşı mübarizədə də fəal olmalıdır”
15:48 18.09.2026
Hacıbəy Heydərli: Media nümayəndələri dezinformasiyaya qarşı mübarizədə də fəal olmalıdır”
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
15:41 18.09.2026
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Baş Prokurorluq İsmayıllıda media və vətəndaş cəmiyyəti əməkdaşlığı mövzusunda konfrans keçirdi - FOTOLAR
15:34 18.09.2026
Baş Prokurorluq İsmayıllıda media və vətəndaş cəmiyyəti əməkdaşlığı mövzusunda konfrans keçirdi - FOTOLAR
Döyülən yeniyetmə süni tənəffüs aparatına qoşuldu - TƏBİB
15:30 18.09.2026
Döyülən yeniyetmə süni tənəffüs aparatına qoşuldu - TƏBİB
Yeni mənzil axtaranlar üçün Sumqayıtdan fürsət: 12 000 manatdan başlayan ilkin ödəniş
15:04 18.09.2026
Yeni mənzil axtaranlar üçün Sumqayıtdan fürsət: 12 000 manatdan başlayan ilkin ödəniş
Binəqədidə Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirildi - FOTOLAR
14:55 18.09.2026
Binəqədidə Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirildi - FOTOLAR
Həftəsonunun ən şanslı 4 bürcü
14:40 18.09.2026
Həftəsonunun ən şanslı 4 bürcü
Cümə namazı vaxtı partlayış - 15 ölü, 50 yaralı
14:23 18.09.2026
Cümə namazı vaxtı partlayış - 15 ölü, 50 yaralı
Pezeşkian ABŞ-yə gedir
14:07 18.09.2026
Pezeşkian ABŞ-yə gedir
Dövlət Suverenliyi Günü – Azərbaycanın dövlətçilik tarixinin mühüm səhifəsi
13:59 18.09.2026
Dövlət Suverenliyi Günü – Azərbaycanın dövlətçilik tarixinin mühüm səhifəsi
İctimai nəqliyyatda sıxlığın qarşısı necə almaq olar – VİDEOSORĞU
13:53 18.09.2026
İctimai nəqliyyatda sıxlığın qarşısı necə almaq olar – VİDEOSORĞU
Konqoda Ebola həyəcanı: Yoluxanların sayı artdı
13:52 18.09.2026
Konqoda Ebola həyəcanı: Yoluxanların sayı artdı
İsmayıllı rayon prokurorluğunda “Açıq Qapı” günü keçirildi - FOTOLAR
13:17 18.09.2026
İsmayıllı rayon prokurorluğunda “Açıq Qapı” günü keçirildi - FOTOLAR
Bakıda bu məktəblər onlayn tədrisə keçir - SİYAHI
13:06 18.09.2026
Bakıda bu məktəblər onlayn tədrisə keçir - SİYAHI
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
12:58 18.09.2026
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
Ramiz Mehdiyevin kürəkəninin özbaşınalığı: Milyonlarla manatı verilməyən qadın borc bataqlığına düşdü
12:26 18.09.2026
Ramiz Mehdiyevin kürəkəninin özbaşınalığı: Milyonlarla manatı verilməyən qadın borc bataqlığına düşdü