Azərbaycan Qış Olimpiadasında təmsil olunacaq

Azərbaycan Qış Olimpiadasında təmsil olunacaq
İDMAN
20:56 01.12.2017
1348
Azərbaycan Qış Olimpiya Oyunlarındakı iştirak ənənəsini davam etdirəcək.
 
AZXEBER.COM Apasport-a istinadən xəbər verir ki, yığmamız ardıcıl 6-cı dəfə Ağ Olimpiadada mübarizə aparacaq.Azərbaycanın bayrağı ilk dəfə 1998-ci ildə Yaponiyanın Naqona şəhərində dalğalanıb. Həmin vaxtdan bütün analoji yarışlara qatılan ölkəmiz 2018-ci ildə Cənubi Koreyanın Pxençxan şəhərində təşkil olunacaq Qış Olimpiya Oyunlarında da idman ailəsindən kənar düşməyəcək.
 
Artıq Azərbaycanın Asiya ölkəsindəki təmsilçi sayı da dəqiqləşib. Yığmamız Pxençxanda yalnız 1 idmançı ilə mübarizə aparacaq. Ardıcıl 3-cü, ümumilikdə 4-cü dəfə dağ xizəyi yarışlarında təmsilçimiz də start xəttinə çıxacaq. Bu dəfə ölkəmizi Robert Solsona təmsil edəcək. 22 yaşlı Andorra əsilli dağ xizəkçisi lisenziya xallarının sayına görə Cənubi Koreyada çıxış etmək hüququna yiyələnib. Onun Azərbaycan bayrağı altında Olimpiadaya qatılması isə növbəti həftə rəsmən açıqlanacaq.
 
Nəhəng slalomda çıxış edən Solsona Olimpiadada 2 dəst medal uğrunda mübarizə aparacaq. O, nəhəng slalomla yanaşı, slalomda da mükafata iddia edəcək.
 
Qeyd edək ki, Soçi-2014-də də ölkəmiz yalnız dağ xizəyində təmsil olunmuşdu. Patrik Braxner kişilərin, Qaya Bassani Antivari qadınların yarışında Rusiyada iştirak hüququna yiyələnmişdi.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
21:10 05.10.2026
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
İlham Əliyev Əhməd Yusifovu qələbə münasibətilə təbrik edib
21:02 05.10.2026
İlham Əliyev Əhməd Yusifovu qələbə münasibətilə təbrik edib
İtaliya XİN Azərbaycan-Ermənistan sülh prosesini dəstəkləyir
20:56 05.10.2026
İtaliya XİN Azərbaycan-Ermənistan sülh prosesini dəstəkləyir
Vyanada Orta Dəhlizin əhəmiyyətinə dair fikir mübadiləsi aparılıb
20:50 05.10.2026
Vyanada Orta Dəhlizin əhəmiyyətinə dair fikir mübadiləsi aparılıb
Ceyhun Bayramovla Marko Rubio arasında telefon danışığı olub
20:42 05.10.2026
Ceyhun Bayramovla Marko Rubio arasında telefon danışığı olub
Zelenski: Ukraynalı pilotlar Fransanın "Rafale" təyyarələrində təlimlərə başlayacaqlar
20:40 05.10.2026
Zelenski: Ukraynalı pilotlar Fransanın "Rafale" təyyarələrində təlimlərə başlayacaqlar
Vens: İran Britaniyadakı aviabazada baş verən insidentlə əlaqəli ola bilər
20:33 05.10.2026
Vens: İran Britaniyadakı aviabazada baş verən insidentlə əlaqəli ola bilər
İranın daxili işlər naziri Qətərə səfər edib
20:29 05.10.2026
İranın daxili işlər naziri Qətərə səfər edib
Qalibaf: Qafqaz xarici güclərin rəqabət meydanına çevrilməməlidir
20:23 05.10.2026
Qalibaf: Qafqaz xarici güclərin rəqabət meydanına çevrilməməlidir
Dirk Lölke: İlham Əliyevin Berlin səfəri münasibətlərin yeni mərhələsinin başlanğıcıdır
20:17 05.10.2026
Dirk Lölke: İlham Əliyevin Berlin səfəri münasibətlərin yeni mərhələsinin başlanğıcıdır
Ceyhun Bayramov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
20:11 05.10.2026
Ceyhun Bayramov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
Mariya Zaxarova: Yaponiya münasibətləri pisləşdirəcək hərəkətləri davam etdirir
20:07 05.10.2026
Mariya Zaxarova: Yaponiya münasibətləri pisləşdirəcək hərəkətləri davam etdirir
İsrailin 27 diplomatı Böyük Britaniyadan çıxarıla bilər
20:01 05.10.2026
İsrailin 27 diplomatı Böyük Britaniyadan çıxarıla bilər
“Bloomberg”: NATO Rusiyanın hücumu halında "sürətli qələbə" planı hazırlayır
19:56 05.10.2026
“Bloomberg”: NATO Rusiyanın hücumu halında "sürətli qələbə" planı hazırlayır
Mirzoyan və Əraqçi TRIPP layihəsinin imkanlarını müzakirə ediblər
19:49 05.10.2026
Mirzoyan və Əraqçi TRIPP layihəsinin imkanlarını müzakirə ediblər
Azərbaycan hərbçiləri Pakistanda təlimlərdə iştirak edib
19:44 05.10.2026
Azərbaycan hərbçiləri Pakistanda təlimlərdə iştirak edib