Azərbaycan Rusiya-Ukrayna ətrafında yaranmış vəziyyətin diplomatik həllinə tərəfdardır

Azərbaycan Rusiya-Ukrayna ətrafında yaranmış vəziyyətin diplomatik həllinə tərəfdardır
SOSİAL
23:46 02.03.2022
302
Azərbaycan Rusiya və Ukrayna arasında müharibə ətrafında yaranmış vəziyyətin beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən suverenliyə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına hörmətlə, tam uyğun, sülh yolu ilə diplomatik vasitələrlə həllinin tərəfdarıdır.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycanın BMT-dəki nümayəndəsi Yaşar Əliyev təşkilatın Baş Assambleyasının 11-ci fövqəladə xüsusi sessiyasında çıxışı zamanı deyib.

"Ukrayna və onun ətrafında vəziyyət həddindən artıq narahatlıq doğurur və bu, gərginliyin azaldılması, beynəlxalq hüquqa uyğun olaraq sülh yolu ilə həllinin tapılması üçün təcili tədbirlərin görülməsini tələb edir. Azərbaycan mövcud böhranın xüsusilə mülki əhali arasında əhəmiyyətli itkilərə səbəb olmaqda davam etməsindən dərin təəssüf hissi keçirir. Ölən və yaralananların ailələrinə başsağlığı veririk.

Biz beynəlxalq humanitar hüquqa ciddi riayət etməyə çağırırıq. Vətəndaşların həyatı və mülki infrastruktur hər zaman qorunmalı və təmin olunmalıdır. İnkişaf edən humanitar böhran mövcud vəziyyətin mülki əhaliyə təsirini yumşaltmaq üçün sürətli tədbirlər görməyi tələb edir. Bu anlaşmaya əsaslanaraq, Azərbaycan artıq Ukrayna xalqına dərman, tibbi avadanlıq və digər zəruri əşyalarla ikitərəfli əsasda humanitar yardım göstərib”, - bəyanatda deyilir.

Yaşar Əliyev qeyd edib ki, dövlətlər arasında dostluq və əməkdaşlığa aid beynəlxalq hüququn norma və prinsiplərinə ciddi əməl olunması, dövlətlərin üzərinə götürdüyü öhdəliklərin vicdanla yerinə yetirilməsi beynəlxalq və regional sülhün və təhlükəsizliyin qorunması üçün mühüm əhəmiyyət kəsb edir. "Ona görə də Azərbaycan vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün bir daha təcili dialoqa çağırır və tərəflər arasında birbaşa danışıqların aparılmasının vacibliyini vurğulayır”, - bəyanatda vurğulanır.

"Report”un diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, Baş Assambleyanın "Ukraynaya qarşı təcavüz” qətnaməsinin səsverməsində Azərbaycanın mövqeyi birbaşa Azərbaycanın Qoşulmama Hərəkatının sədri olması və üzvlərinin bu cür problemlərə və münaqişələrə ilk növbədə qərəzsiz münasibət bəsləməsi ilə birbaşa bağlıdır.

Eyni zamanda, Azərbaycan birmənalı olaraq Ukraynadakı münaqişənin beynəlxalq hüququn prinsipləri, o cümlədən dövlətlərin suverenliyi və ərazi bütövlüyünün qorunub saxlanılması prinsipləri əsasında həllinin lehinə çıxış edib.

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası Rusiya Federasiyasını Ukraynaya qarşı hərbi əməliyyatları dayandırmağa və bütün Rusiya qoşunlarını Ukrayna ərazilərindən, o cümlədən Krım və Donbassdan çıxarmağa çağıran "Ukraynaya qarşı təcavüz” adlı qətnaməni dəstəkləyib.

O cümlədən, BMT-yə üzv olan 141 ölkə qətnamənin lehinə, 5-i əleyhinə, 35-i isə bitərəf qalıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
16:49 25.06.2026
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
16:47 25.06.2026
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
16:30 25.06.2026
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
16:30 25.06.2026
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
16:08 25.06.2026
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
16:01 25.06.2026
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
16:00 25.06.2026
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
15:53 25.06.2026
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
15:52 25.06.2026
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
15:47 25.06.2026
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
FHN Aqşin Fatehin restoranını bağladı
15:43 25.06.2026
FHN Aqşin Fatehin restoranını bağladı
Prezident bu ölkədəki səfiri geri çağırdı
15:19 25.06.2026
Prezident bu ölkədəki səfiri geri çağırdı
Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi - FOTO
15:16 25.06.2026
Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi - FOTO
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
15:10 25.06.2026
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
Avropada istidən ölənlərin sayı artdı
14:49 25.06.2026
Avropada istidən ölənlərin sayı artdı
Kahramanmaraşda faciəvi yanğın: 3 nəfər həyatını itirdi
14:42 25.06.2026
Kahramanmaraşda faciəvi yanğın: 3 nəfər həyatını itirdi