Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub

Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub
SİYASƏT
23:42 23.10.2026
188
Azərbaycanın Brüsseldəki səfiri Məmməd Əhmədzadə etimadnaməsinin surətini Belçika Kralı Filipə təqdim edib.

AZXEBER.COM xəbər verir ki, bu barədə səfir özünün "X" sosial şəbəkə hesabında paylaşım edib.

Səfir bildirib ki, kralla görüş zamanı iki ölkə arasındakı münasibətlər müzakirə olunub.

"Etimadnaməmi Belçika Kralı Əlahəzrət Filipə təqdim etmək şərəfinə nail oldum. Müzakirələrimiz Azərbaycan-Belçika münasibətlərinin hazırkı vəziyyəti və gələcək perspektivləri, eləcə də regional proseslər ətrafında cəmləşdi", - M. Əhmədzadə yazıb.
 




OXŞAR XƏBƏRLƏR