Azərbaycan - Şimali İrlandiya matçının stadionu dəyişdirilib

Azərbaycan - Şimali İrlandiya matçının stadionu dəyişdirilib
İDMAN
14:03 26.04.2017
1793
2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində iyunun 10-da keçiriləcək Azərbaycan – Şimali İrlandiya oyununun stadionu dəyişdirilib.
 
"Report"un məlumatına görə, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Bunadək oyunun "Bakcell Arena”da təşkil olunacağı bildirilirdi. Oyun saat 20:00-da başlanacaq.
 
AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu açıqlamasında stadion dəyişikliyinə azarkeş amilini səbəb göstərib: "Şimali İrlandiya ilə oyunu ona görə "Bakcell Arena"ya salmışdıq ki, Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar Respublika stadionunun çox yüklənəcəyinə dair söhbətlər var idi. Amma martın 26-da millimizin Respublika stadionunda Almaniya yığması ilə keçirdiyi oyundan sonra Şimali İrlandiya ilə qarşılaşmada da böyük azarkeş dəstəyinin olacağı qənaətinə gəldik. Əslində İslamiadaya görə Bakı Olimpiya Stadionu daha çox yüklənəcəyindən, görüşü Tofiq Bəhramov adına stadionda keçirmək istəyi ilə UEFA-ya müraciət etdik. Qarşı tərəf də məlumatlandırıldıqdan sonra müsbət cavab aldıq. İnanırıq ki, Respublika stadionunda yenə anşlaq olacaq". Qeyd edək ki, C qrupunda 5 turdan sonra Şimali İrlandiya 10 xalla 2-ci, Azərbaycan isə 7 xalla 4-cü pillədə qərarlaşıb. Bu komandalar arasında Belfastda keçirilmiş görüşdə meydan sahibləri qalib gəlib - 4:0.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Paytaxt yollarında dayanacaq problemi: Taksi sürücüləri sərnişinləri harada mindirib-düşürməlidirlər? - VİDEO
01:35 20.04.2026
Paytaxt yollarında dayanacaq problemi: Taksi sürücüləri sərnişinləri harada mindirib-düşürməlidirlər? - VİDEO
Otlaq sahəsi əkinə çevrildi - Kəndlilər çıxılmaz vəziyyətdə qaldılar - VİDEO
00:27 20.04.2026
Otlaq sahəsi əkinə çevrildi - Kəndlilər çıxılmaz vəziyyətdə qaldılar - VİDEO
ABŞ qüvvələri İran gəmisinə atəş açıblar
23:51 19.04.2026
ABŞ qüvvələri İran gəmisinə atəş açıblar
Kanalizasiya xətləri təmir edildi, asfaltın bərpası "yaddan çıxdı" - VİDEO
23:44 19.04.2026
Kanalizasiya xətləri təmir edildi, asfaltın bərpası "yaddan çıxdı" - VİDEO
Bakıdan Məkkəyə velosipedlə gedir - Video
23:26 19.04.2026
Bakıdan Məkkəyə velosipedlə gedir - Video
Şahbaz Şərif Pezeşkianla danışıqlar prosesini müzakirə etdi
23:18 19.04.2026
Şahbaz Şərif Pezeşkianla danışıqlar prosesini müzakirə etdi
Masallıda qəzada ölən 18 yaşlı gəncin fotosu
22:58 19.04.2026
Masallıda qəzada ölən 18 yaşlı gəncin fotosu
"Bavariya" 35-ci dəfə Almaniya çempionu olub
22:29 19.04.2026
"Bavariya" 35-ci dəfə Almaniya çempionu olub
Vəfat etmiş şəxslərin kredit borclarının öhdəlikləri necə tənzimlənməlidir? - VİDEO
22:15 19.04.2026
Vəfat etmiş şəxslərin kredit borclarının öhdəlikləri necə tənzimlənməlidir? - VİDEO
ABŞ-də silahlı hücum - 8 uşaq həlak oldu
21:56 19.04.2026
ABŞ-də silahlı hücum - 8 uşaq həlak oldu
Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı YENİ TƏKLİF - VİDEO
21:45 19.04.2026
Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı YENİ TƏKLİF - VİDEO
İRNA: İran ABŞ ilə danışıqların ikinci mərhələsində iştirak etməkdən imtina edib
21:43 19.04.2026
İRNA: İran ABŞ ilə danışıqların ikinci mərhələsində iştirak etməkdən imtina edib
Kiyev Türkiyədən Zelenski - Putin görüşünü təşkil etməsini istəyib
21:39 19.04.2026
Kiyev Türkiyədən Zelenski - Putin görüşünü təşkil etməsini istəyib
Cəlilabadda ağır qəzada xəsarət alanlardan biri evə buraxıldı
21:12 19.04.2026
Cəlilabadda ağır qəzada xəsarət alanlardan biri evə buraxıldı
Pula-pul deməyəcək 3 bürc - Gəlirli fürsətlər olacaq
20:55 19.04.2026
Pula-pul deməyəcək 3 bürc - Gəlirli fürsətlər olacaq
"Hər il yaxşı məhsul olurdu, amma indi satış yoxdur" - Tovuzlu fermerlərdən ŞİKAYƏT - VİDEO
20:42 19.04.2026
"Hər il yaxşı məhsul olurdu, amma indi satış yoxdur" - Tovuzlu fermerlərdən ŞİKAYƏT - VİDEO