Azərbaycan tarixiylə bağlı yanlış məlumatlar 'Eurovision'un saytından çıxarıldı

MƏDƏNİYYƏT
14:49 08.02.2012
3122

Dünən AZXEBER.COM xəbər portalında yayımlanan "Eurovision'un rəsmi saytında Azərbaycan tarixi təhrif edildi" adlı xəbər böyük rezonansa səbəb olub. Bu xəbərdən sonra sayt rəhbərliyi yanlışlığı aradan qaldırıb və "Midiya qədim kürd tayfasıdır" cümləsini saytdan çıxarılıb. Bu haqda mətbuata “Eurovision -2012” mahnı müsabiqəsinin İşçi Qrupunun PR və kommunikasiya rəhbəri Tahir Məmmədov məlumat verib: «Eurovision.tv saytında Azərbaycanla bağlı bir müddət əvvəl materialla tanış olduqda bəzi məqamlar bizi də qane etmədi və bununla bağlı məsul şəxslərlə danışdıq. Təbii ki, onlar bizimlə razılaşdılar. Bir həmkar kimi onlar bizim bu və ya digər müraciətlərimizə hər zamankı kimi adekvat reaksiya verdilər. Nəticədə tarixi həqiqətləri əks etdirməyən həmin məqam saytdan çıxarılıb. Çox qısa vaxtda saytda bütün istifadəçilər ölkəmiz haqqında daha mükəmməl yazını oxuya biləcəklər».

T.Məmmədov Eurovision.tv saytında bu cür informasiyaların yerləşdirilməsi ilə bağlı azərbaycanlı istifadəçiləri və jurnalistləri qınayıb: “Bu, materialı hazırlayan müəllifin deyil, onun istinad etdiyi mənbənin səhvidir. Onlar isə bu məlumatları beynəlxalq ensiklopediya hesab olunan vikipediyadan götürürlər. Bu cür məqamlardan müxtəlif yozumlu yazılar hazırlayan bəzi həmkarlarımız yaxşı olar ki, bircə dəfə vaxtlarını vikipediya kimi yanlış informasiyalarla dolu beynəlxalq ensiklopediyalardakı səhvlərin düzəldilməsinə sərf etsinlər. Bax, bu əsl vətəndaş mövqeyi olardı».Xatırladaq ki, saytda Azərbaycan tarixi bölməsində qədim Midiya dövləti haqda yazılmışdıı ki, midiyalılar hind-avropa mənşəli olublar və müasir kürdlərin əcdadlarıdır.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb